Azərbaycanda xalq-iqtidar birliyi ən yüksək səviyyədədir
44 gün davam edən Vətən müharibəsi nəticəsində Qəhrəman Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğala son qoydu, torpaqlarımız azad olundu. Bu tarix əbədi yaşayacaq.
Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir.
Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və Azərbaycan yenidən nəfəs almağa başladı. Dözüm, səbir, ədalətə inam, öz Prezidentinə inam Azərbaycan xalqını Qələbəyə gətirdi.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən balanslaşdırılmış siyasət, 44 gün davam edən Vətən müharibəsində Qəhrəman Ordumuzun tarixi qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizdə həyata keçirilən siyasi və iqtisadi islahatlar, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində əldə edilən uğurlar imkan verir ki, yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanın həm işğaldan azad olmuş ərazilərində, həm də bütünlükdə ölkə üzrə hərtərəfli sürətli inkişafa nail olmaq üçün nəzərdə tutulan bütün layihələr həyata keçirilsin.

Salyan rayonu Qarabağlı kənd 2-saylı tam orta məktəb Müəlliməsi :"Elmira Salahova".