Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT

2026-11-04 15:57:07 2625 baxış
Xəbər şəkil

8 Noyabr Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biri, milli qürurumuzun, qəhrəmanlığımızın, sarsılmaz iradəmizin və tarixi ədalətin təntənəsinin rəmzidir. Bu möhtəşəm Zəfər xalqımızın azadlıq və müstəqillik ideallarına sədaqətinin, dövlətimizin siyasi və hərbi qüdrətinin, milli birliyimizin və qətiyyətimizin bütün dünyaya nümayişidir.
Azərbaycan xalqı 2020-ci ildə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə imza ataraq otuz ilə yaxın davam edən Ermənistan işğalına son qoydu. Noyabrın 8-də Qarabağın tacı, milli-mədəni irsimizin beşiyi olan Şuşanın azad edilməsi xalqımızın qəhrəmanlıq salnaməsində əbədi yaşayacaq möhtəşəm hadisəyə çevrildi.

Tarixi Zəfər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının Cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsinin, illərlə həyata keçirilən məqsədyönlü siyasətin, güclü iqtisadiyyatın, müasir ordu quruculuğunun və xalq–iqtidar birliyinin məntiqi nəticəsidir.

Azərbaycan dövləti uzun illər beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyən Ermənistanın işğalçılıq siyasətinə öz hərbi qüdrəti və siyasi iradəsi ilə son qoydu. Beynəlxalq təşkilatların fəaliyyətsizliyi, ayrı-ayrı dövlətlərin ikili standartlara əsaslanan mövqeyi tarixi ədalətin bərpasına mane ola bilmədi. Azərbaycan dövləti ərazi bütövlüyünün və suverenliyinin toxunulmaz olduğunu, milli maraqlarından heç bir halda güzəştə getməyəcəyini bütün dünyaya nümayiş etdirdi.

2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində dövlət suverenliyinin tam bərpası tarixi Zəfərimizin məntiqi tamamlanması oldu. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edərək dövlətçilik tarixində yeni mərhələyə qədəm qoydu. Qarabağda separatizmə birdəfəlik son qoyulması Azərbaycanın suverenliyinin, konstitusiya quruluşunun və milli dövlətçilik iradəsinin sarsılmazlığını bir daha təsdiq etdi.

Azərbaycan regionda yeni siyasi reallıqların əsas müəllifi, Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təşəbbüskarıdır. Möhtərəm Cənab Prezident İlham Əliyevin müstəqil, prinsipial və uzaqgörən siyasəti nəticəsində ölkəmiz beynəlxalq münasibətlər sistemində mövqelərini daha da möhkəmləndirir, milli maraqlarını qətiyyətlə müdafiə edir. Azərbaycan qalib dövlət olaraq Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin bərqərar olunması, regionda yeni əməkdaşlıq mühitinin formalaşması istiqamətində ardıcıl və prinsipial siyasət həyata keçirir.

Tarixi Zəfərimizin əzəməti  Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərində, Böyük Qayıdış Proqramının ardıcıl icrasında, doğma torpaqlarına qayıdan soydaşlarımızın sevincində öz ifadəsini tapır. İşğal dövründə dağıdılmış şəhər və kəndlərimiz yenidən qurulur, müasir infrastruktur yaradılır, milli-mədəni və mənəvi irsimiz bərpa edilir. Dövlətimiz azad etdiyi torpaqlara yeni həyat bəxş etməklə hərbi Qələbəsini davamlı inkişaf və quruculuq nailiyyətləri ilə möhkəmləndirir.

Möhtərəm Cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyi, uzaqgörən siyasəti və sarsılmaz siyasi iradəsi sayəsində Azərbaycanın qüdrətinin daha da artırılmasına, dövlət suverenliyimizin möhkəmləndirilməsinə və tarixi Zəfərimizin nailiyyətlərinin əbədiləşdirilməsinə yönəlmiş siyasəti qətiyyətlə dəstəklədiyimizi bəyan edirik. 

Tarixi Zəfərimizin altıncı ildönümündə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə və Vətən müharibəsinin bütün iştirakçılarına sonsuz minnətdarlığımızı bildiririk. Azərbaycan xalqı qəhrəman övladlarının fədakarlığını heç zaman unutmayacaqdır.

Müzəffər Ali Baş Komandan, Möhtərəm Cənab Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, müdrik rəhbərliyi və  Ordumuzun qəhrəmanlığı sayəsində qazanılmış tarixi Zəfər dövlətçilik salnaməmizin əbədi şərəf zirvəsidir. Zəfər müstəqil Azərbaycanın qüdrətinin, xalqımızın milli birliyinin və sarsılmaz iradəsinin təcəssümü olaraq nəsildən-nəslə ötürüləcək, əbədi yaşayacaqdır! 

Ulu Tanrı Müzəffər Ali Baş Komandanımızı, dövlətimizi və xalqımızı qorusun!

Ana Vətən Partiyası
04 noyabr 2026-cı il

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01