Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY

2026-11-02 10:11:47 6616 baxış
Xəbər şəkil

 

Möhtərəm Cənab Prezident İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlər və mətbuata verdiyi bəyanat Azərbaycanın çoxşaxəli xarici siyasət strategiyasının, beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl diplomatik fəaliyyətinin növbəti mühüm təzahürüdür. Laos dövlət başçısının Azərbaycana ilk rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoymaqla yanaşı, Azərbaycanın Cənub-Şərqi Asiya regionunda siyasi və iqtisadi mövqelərinin möhkəmləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.

Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.

O qeyd edib ki, ölkə başçımız Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və praqmatik siyasət Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, təşəbbüskar və nüfuzlu dövlət kimi mövqeyini daha da gücləndirməkdədir:
"Ölkəmizin müxtəlif coğrafi regionlarda yerləşən dövlətlərlə qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa və ortaq maraqlara əsaslanan münasibətlər qurması milli maraqlarımızın qlobal miqyasda təmin olunmasına xidmət edir. Bu baxımdan Azərbaycan–Laos əlaqələrinin inkişafı dövlətimizin Asiya istiqamətində diplomatik fəaliyyətinin genişlənməsini və xarici siyasət prioritetlərinin ardıcıllıqla reallaşdırılmasını nümayiş etdirir.

Azərbaycan ilə Laos arasında otuz ildən artıq müddəti əhatə edən diplomatik münasibətlər qarşılıqlı etimad və siyasi həmrəylik əsasında formalaşıb. İki dövlətin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin mövqeyini dəstəkləməsi, qarşılıqlı maraq doğuran məsələlərdə konstruktiv əməkdaşlıq nümayiş etdirməsi münasibətlərin möhkəm siyasi təmələ malik olduğunu təsdiqləyir. Dövlət başçılarının müxtəlif beynəlxalq platformalarda baş tutmuş görüşləri və aparılmış müzakirələr ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verib.

Səfər zamanı imzalanan Birgə Bəyanat Azərbaycan ilə Laos arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi və münasibətlərin yeni mərhələyə yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, bu sənəd qarşıdakı dövrdə əməkdaşlığın əsas istiqamətlərini özündə ehtiva edir. Təkbətək və geniştərkibli görüşlərdə əldə olunan razılaşmalar siyasi dialoqun iqtisadi və humanitar layihələrlə zənginləşdirilməsi üçün əlverişli imkanlar yaradır. Ən mühüm məqam tərəflərin mövcud əlaqələri daha yüksək səviyyəyə çatdırmaq və qarşılıqlı faydalı əməkdaşlığı yeni istiqamətlər üzrə inkişaf etdirmək barədə ortaq mövqe nümayiş etdirməsidir.

İkitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri parlamentlərarası əməkdaşlıqdır. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsi siyasi dialoqun institusional əsaslarını gücləndirir. Parlament diplomatiyası dövlətlərarası münasibətlərin inkişafında, qanunvericilik təcrübəsinin bölüşdürülməsində və beynəlxalq parlament təşkilatlarında qarşılıqlı dəstəyin təmin olunmasında mühüm rol oynayır. Hakim siyasi partiyalar arasında imzalanmış Anlaşma Memorandumu siyasi əlaqələrin dövlət institutları səviyyəsində, partiyalararası müstəvidə inkişaf etdiyini göstərir. Sözügedən əməkdaşlıq siyasi təcrübə mübadiləsinin genişləndirilməsi və qarşılıqlı anlaşmanın dərinləşdirilməsi baxımından əhəmiyyətlidir".

Deputat bildirib ki, xüsusi əhəmiyyət kəsb edən məqam Azərbaycan və Laosun ikitərəfli əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi və qarşılıqlı faydalı əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi istiqamətində ortaq iradə ortaya qoymasıdır:
"Azərbaycan ilə Laos arasında siyasi əlaqələrin yüksək səviyyədə olmasına baxmayaraq, ticarət dövriyyəsinin həcmi tərəflərin iqtisadi imkanlarını tam əks etdirmir. Adıçəkilən reallığın dövlət başçıları səviyyəsində açıq şəkildə ifadə olunması və konkret tapşırıqların verilməsi iqtisadi əməkdaşlığın yeni mərhələyə keçməsi istiqamətində ciddi siyasi iradənin göstəricisidir.

Bakıda keçirilməsi nəzərdə tutulan Laos–Azərbaycan biznes-forumu işgüzar dairələr arasında birbaşa əlaqələrin qurulması, investisiya imkanlarının araşdırılması və perspektivli layihələrin müəyyənləşdirilməsi üçün mühüm platforma olacaq. Laos tərəfindən Azərbaycan investorlarına konkret investisiya layihələri təqdim etmək təşəbbüsü iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraqların layihələr vasitəsilə həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan xarici sərmayələri cəlb edən ölkə, beynəlxalq investisiya məkanında fəal iştirak edən, iqtisadi imkanlarını müxtəlif coğrafiyalarda reallaşdıran güclü dövlətdir. Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizin maliyyə potensialı əhəmiyyətli dərəcədə artıb, xarici investisiyalarının coğrafiyası genişlənib. Azərbaycanın müxtəlif dövlətlərdə milyardlarla dollar həcmində sərmayə yatırması iqtisadi qüdrətimizin və beynəlxalq tərəfdaşlar üçün etibarlı investor mövqeyimizin göstəricisidir. Laosla mümkün investisiya əməkdaşlığı sözügedən siyasətin yeni istiqamətlərindən birinə çevriləcəkdir.

İkitərəfli münasibətlərin perspektivli sahələrindən biri də nəqliyyat və logistika əməkdaşlığıdır. Müasir beynəlxalq iqtisadi münasibətlərdə nəqliyyat dəhlizlərinə nəzarət, tranzit imkanlarının genişləndirilməsi və alternativ ticarət marşrutlarının formalaşdırılması dövlətlərin geoiqtisadi mövqeyini müəyyən edən əsas amillərdəndir. Azərbaycan bu istiqamətdə həyata keçirdiyi irimiqyaslı infrastruktur layihələri ilə Avrasiya məkanının mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Laosun qonşu dövlətlərlə dəmir yolu bağlantılarını genişləndirməsi və gələcəkdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna inteqrasiya imkanlarının nəzərdən keçirilməsi iki ölkə arasında əməkdaşlığa yeni geoiqtisadi məzmun qazandıracaqdır. Azərbaycanın müasir liman, dəmir yolu və avtomobil yolu infrastrukturu Asiya ilə Avropa arasında yükdaşımaların genişləndirilməsi üçün mühüm imkanlar yaradır. Bu baxımdan Laosun regional nəqliyyat şəbəkələri vasitəsilə Trans-Xəzər marşrutuna qoşulması Azərbaycanın beynəlxalq tranzit sistemində artan rolunu bir daha ön plana çıxarır. Dövlət başçımız Cənab İlham Əliyevin bəyanatında diqqət çəkən mühüm məsələlərdən biri də mina təhlükəsi ilə bağlı əməkdaşlıq imkanlarıdır. Azərbaycan və Laos fərqli tarixi dövrlərdə baş vermiş hərbi münaqişələrin ağır humanitar nəticələri ilə üzləşmiş dövlətlərdir. Laosda müharibədən onilliklər keçməsinə baxmayaraq, partlamamış hərbi sursatlar insanların həyat və sağlamlığı üçün təhlükə yaratmaqdadır. Azərbaycan Ermənistanın uzunmüddətli işğal siyasətinin ağır nəticələrindən biri olan genişmiqyaslı mina problemi ilə mübarizə aparır.
Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində bir milyondan artıq mina basdırması, müharibədən sonrakı illərdə yüzlərlə vətəndaşımızın mina partlayışları nəticəsində həlak olması və ya ağır xəsarət alması cinayətkar siyasətin humanitar fəsadlarının davam etdiyini göstərir. Mina təhlükəsi insanların həyatına yönəlmiş təhdid, eyni zamanda, azad edilmiş ərazilərdə bərpa-quruculuq prosesini və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışını çətinləşdirən ciddi maneədir. Azərbaycanın minatəmizləmə sahəsində əldə etdiyi zəngin təcrübənin Laosla paylaşılması, qabaqcıl texnologiyalardan istifadə, peşəkar kadrların hazırlanması və birgə təlim proqramlarının həyata keçirilməsi iki ölkə arasında humanitar əməkdaşlığın inkişafına töhfə verəcəkdir. Bu istiqamətdə Azərbaycan və Laosun birgə səyləri müharibələrin yaratdığı ağır humanitar fəsadların aradan qaldırılmasına və beynəlxalq əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Humanitar əlaqələrin inkişafı, xüsusilə təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi səfərin mühüm nəticələri sırasındadır. Sovet dövründə iki mindən artıq laoslu tələbənin Azərbaycanda ali təhsil alması xalqlarımız arasında formalaşmış tarixi və mədəni əlaqələrin göstəricisidir. Ölkə rəhbərimiz Cənab İlham Əliyevin sözügedən ənənənin bərpası ilə bağlı təşəbbüsü və müvafiq təqaüd mexanizmlərinin təklif olunması Azərbaycan təhsilinin beynəlxalq əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xarici tələbələrin ölkəmizdə təhsil alması akademik əməkdaşlıq, o cümlədən, Azərbaycanın mədəniyyətinin, tarixinin və milli dəyərlərinin beynəlxalq miqyasda tanıdılması deməkdir. Bu baxımdan təhsil diplomatiyası xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və uzunmüddətli dostluq münasibətlərinin formalaşmasına xidmət edən mühüm amildir.

Energetika, mədənçilik və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanlarının müzakirə olunması münasibətlərin çoxşaxəli inkişaf perspektivlərini ortaya qoyur. Azərbaycanın enerji sektorunda formalaşdırdığı zəngin təcrübə, kənd təsərrüfatının modernləşdirilməsi və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirdiyi siyasət qarşılıqlı təcrübə mübadiləsi üçün əlverişli zəmin yaradır. Razılaşdırılmış təşəbbüslərin layihələr vasitəsilə reallaşdırılması qeyd olunan sahələrdə iqtisadi tərəfdaşlığın inkişafına və qarşılıqlı faydalı nəticələrin əldə edilməsinə əlverişli şərait yaradacaqdır".

Günay Ağamalı hesab edir ki, Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfərinin mühüm beynəlxalq tədbir ərəfəsində baş tutması xüsusi əhəmiyyət kəsb edir. Bü Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq platforması kimi artan nüfuzunun göstəricisidir:
"Ölkəmizin mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, müxtəlif siyasi və iqtisadi sistemlərə malik dövlətlər arasında konstruktiv münasibətlərin inkişafına töhfə verməsi Möhtərəm Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış və milli maraqlara əsaslanan siyasətin nəticəsidir.

Azərbaycan–Laos münasibətlərinin inkişafı bir daha təsdiqləyir ki, müasir beynəlxalq münasibətlər sistemində coğrafi məsafə dövlətlər arasında səmərəli əməkdaşlığın qurulmasına maneə deyil. Əsas şərt qarşılıqlı etimadın, ortaq maraqların və konkret nəticələrə hesablanmış təşəbbüslərin mövcudluğudur.

Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəri və əldə olunan razılaşmalar iki ölkə arasında münasibətlərin yeni mərhələyə yüksəlməsi üçün mühüm zəmin formalaşdırır. Cənab Prezident İlham Əliyevin uzaqgörən, praqmatik və milli maraqlara söykənən siyasəti Azərbaycanın beynəlxalq tərəfdaşlıqların ıardıcıl şəkildə genişləndirir, dövlətimizin nüfuzunu və iqtisadi imkanlarını daha da gücləndirir. Azərbaycan regional proseslərin fəal iştirakçısı, qlobal əməkdaşlıq təşəbbüslərində öz mövqeyi və strateji baxışı ilə seçilən qüdrətli dövlətdir.





Oxşar xəbərlər


Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
2026-11-02
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
2026-11-02
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib
2026-11-01