Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir

2026-11-04 09:00:01 295 baxış
Xəbər şəkil

Azərbaycanın müasir tarixində Şuşanın azadlığı ilə nəticələnən Zəfər uzun illər ərzində formalaşan dövlətçilik strategiyasının, milli birliyin və Vətən sevgisinin məntiqi nəticəsidir. Bu qələbənin təməlində xalqımızın tarixi torpaqlarına qayıtmaq əzmi, dövlətimizin müstəqilliyini möhkəmləndirmək iradəsi və Azərbaycan Ordusunun güclənməsi dayanır. Şuşaya aparan yol asan olmamış, bu yolda xalqımız ağır sınaqlardan keçmiş, lakin öz amalından və tarixi həqiqətlərindən heç vaxt dönməmişdir.
Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi müdrik dövlətçilik siyasəti ilə bağlıdır. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ölkədə siyasi sabitliyin təmin edilməsi, güclü dövlət quruculuğunun həyata keçirilməsi, iqtisadiyyatın inkişafı və milli ordunun formalaşdırılması Azərbaycanın gələcək qələbələri üçün möhkəm zəmin yaratdı. Heydər Əliyev Qarabağ probleminin həllini dövlətin qarşısında dayanan əsas vəzifələrdən biri kimi müəyyənləşdirərək Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə, milli maraqlarımızın müdafiəsinə və xalqımızın mübarizə əzminin qorunmasına xüsusi diqqət yetirirdi.
Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Ölkənin iqtisadi və hərbi potensialının artırılması, müasir silahlarla təchiz olunmuş güclü ordunun yaradılması, beynəlxalq əlaqələrin genişləndirilməsi və milli həmrəyliyin möhkəmləndirilməsi Azərbaycanın qarşısında yeni imkanlar açdı. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan öz gücünə, imkanlarına və tarixi ədalətin bərpa olunacağına inanan qüdrətli dövlətə çevrildi.
Şuşa Zəfərinə gedən uzun yol xalqımızın yaddaşında dərin iz buraxan hadisələrlə müşayiət olundu. Ermənistanın işğalçılıq siyasəti, torpaqlarımızın uzun illər düşmən tapdağı altında qalması və doğma yurdlarından didərgin düşmüş insanların yaşadığı məcburi köçkünlük həyatı xalqımızın mübarizə əzmini daha da gücləndirdi. Azərbaycan heç vaxt işğalla barışmadı, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq öz ərazi bütövlüyünün bərpası uğrunda siyasi və diplomatik mübarizəsini davam etdirdi. Bununla yanaşı, dövlətimiz hərbi qüdrətini artıraraq torpaqlarımızın azad olunması üçün bütün zəruri hazırlıqları həyata keçirdi.
2016-cı ilin Aprel döyüşləri, 2018-ci ildə Günnüt əməliyyatı və 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən döyüşlər Azərbaycan Ordusunun gücünü və döyüş hazırlığını nümayiş etdirən mühüm hadisələr oldu. Bu hadisələr xalqımızın qələbəyə olan inamını möhkəmləndirdi, ordumuzun döyüş ruhunu və peşəkarlığını bir daha təsdiqlədi. Nəhayət, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi ilə nəticələnən böyük Zəfər yoluna çevrildi.
44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək bir-birinin ardınca şəhər və kəndlərimizi işğaldan azad etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında hərbçilərimiz döyüş meydanında böyük şücaət, peşəkarlıq və fədakarlıq nümayiş etdirdilər. Bu müharibənin ən mürəkkəb və həlledici mərhələsi isə Qarabağın tacı sayılan Şuşa uğrunda aparılan əməliyyat oldu.
Şuşanın coğrafi mövqeyi, mürəkkəb dağlıq relyefi və düşmənin şəhərdə yaratdığı müdafiə istehkamları onun azad edilməsini son dərəcə çətinləşdirirdi. Lakin Azərbaycan əsgərinin Vətən sevgisi, döyüş əzmi və qəhrəmanlığı bütün maneələri üstələdi. Xüsusi təyinatlı qüvvələrimizin çətin keçilməz dağ yollarından irəliləyərək, əlbəyaxa döyüşlərdə göstərdikləri şücaət Şuşa əməliyyatını hərb tariximizin unudulmaz səhifəsinə çevirdi. Ağır texnikadan istifadə edilmədən, böyük cəsarət və hərbi məharət hesabına həyata keçirilən bu əməliyyat Azərbaycan Ordusunun peşəkarlığının və döyüş ruhunun parlaq nümunəsi oldu.
2020-ci il noyabrın 8-də Prezident İlham Əliyevin xalqa müraciəti ilə Şuşanın azad edilməsi xəbəri elan olundu. Dövlət başçısının “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözləri həmin gün milyonlarla azərbaycanlının sevincini, qürurunu və illərlə gözlədiyi arzusunun gerçəkləşməsini ifadə etdi. “Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” bəyanatı isə Azərbaycanın öz tarixi torpaqları üzərində suveren hüquqlarının bərpasına dair qətiyyətli mövqeyinin bütün dünyaya çatdırılması idi.
Şuşa əməliyyatı Qarabağ Zəfərinin zirvəsi olmaqla yanaşı, Vətən müharibəsinin gedişində həlledici dönüş yaratdı. Bu qələbə nəticəsində Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla müharibə başa çatdı. Şuşanın azad edilməsi Azərbaycanın hərbi-siyasi gücünü, xalqımızın birliyini və dövlətimizin qətiyyətini nümayiş etdirərək regionda yeni reallıqlar formalaşdırdı.
Bu tarixi qələbənin əldə olunmasında canlarını Vətən uğrunda fəda edən şəhidlərimizin misilsiz xidmətləri vardır. Onların qəhrəmanlığı, fədakarlığı və Vətənə sonsuz sədaqəti Şuşanın azadlığı ilə nəticələnən Zəfərimizin mənəvi təməlini təşkil edir. Döyüş meydanında göstərilən şücaət, qazilərimizin mübarizə əzmi və xalqımızın arxa cəbhədə nümayiş etdirdiyi həmrəylik Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birini yaratmışdır. Bu gün azad Şuşada dalğalanan üçrəngli Bayrağımız hər bir şəhidimizin müqəddəs amalının gerçəkləşdiyini, xalqımızın tarixi torpaqlarına qovuşduğunu təsdiqləyir.
Şuşa Zəfəri həm də Ulu Öndər Heydər Əliyevin siyasi irsinin, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinin və Azərbaycan xalqının sarsılmaz birliyinin təntənəsidir. Bu Qələbə bir daha sübut etdi ki, milli maraqlar ətrafında birləşən xalq və güclü dövlət qarşısında heç bir maneə dayana bilməz. 8 Noyabr xalqımızın yaddaşında yalnız hərbi qələbə günü deyil, həm də milli iradənin, dövlətçilik əzminin və tarixi ədalətin bərpasının rəmzi kimi əbədi yaşayacaqdır.

Zaur Hüseynov,
Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, 
İkinci Qarabağ müharibəsinin iştirakçısı, 
Vətən Müharibəsi Qəhrəmanı.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01