Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ

2026-11-02 19:39:33 582 baxış
Xəbər şəkil

Xüsusilə İkinci Dünya Müharibəsindən sonra bütün dövlətlərin və xalqların hörmətlə yanaşacağı beynəlxalq hüququ sisteminə olan ehtiyac açıqca özünü göstərirdi. Məhz bu müharibənin insanlığa yaşatdığı faciələrin miqyası insanları beynəlxalq ədalət anlayışının standartlarını müəyyənləşdirməyə məcbur etdi. Çünki, faciənin səbəbkarları içində qalib koalisiyanın da nümayəndələri vardı. Beləlilklə beynəlxalq münasibətlər sistemində dövlətlərin suverenliyi, ərazi bütövlüyü, insan hüquqları və beynəlxalq hüquqa hörmət əsas prinsiplər hesab olunmaqla beynəlxalq hüquq formalaşdı və bir çox dövlətlər qərarlarında bu standartlara sədaqət nümayiş etdirdilər. Lakin heç bir əsr keçməmiş müharibənin faciələri unuduldu, nəticədə bu standartlar adiləşdi, güclünün saymadığı, zəifin inanmadığı qanunlar toplusuna çevrildi. Günümüzdə isə beynəlxlq hüquqa nəzarət edən Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa Şurası (AŞ), Avropa İttifaqı (Aİ) və digər beynəlxalq qurumların fəaliyyətini bu prinsiplərin qorumaq üçün davam etdirsə də faktiki nəticə yox dərəcəsindədir. 
Bu gün praktikada həmin prinsiplərin müxtəlif dövlətlərə münasibətdə eyni ardıcıllıqla tətbiq edilməməsi beynəlxalq siyasətdə ikili standartlar məsələsini gündəmə gətirdi. Xalqımızın yaxın tarixində isə Azərbaycanla bağlı müzakirələrdə bu məsələ xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi, ərazi bütövlüyü, insan hüquqları və beynəlxalq təşkilatların siyasi qərarları kontekstində özünü göstərir: “İkili standart dedikdə, oxşar hüquqi və siyasi vəziyyətlərdə olan dövlətlərə fərqli meyarların tətbiq edilməsi, bir ölkənin hərəkətlərinə sərt reaksiya verildiyi halda, digər ölkənin oxşar addımlarına daha yumşaq münasibət göstərilməsi nəzərdə tutulur. Məsələn, Ukraynaya qarşı hərbi əməliyyatlar fonunda Avropa İttifaqının müxtəlif strukturları siyasi, iqtisadi və hərbi dəstək göstəriblər. Lakin Azərbaycan təcavüzə məruz qalarkən Aİ-nin müvafiq addımlar atmaması və müşahidəçi mövqeyi tutması, hətta işğalçını açıq-aydın və gizli dəstəkləməsi, ikili standartlar müzakirəsini gündəmə gətirən məsələlərdəndir. Burada əsas sual yaranır: beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına cavabdeh olan qurumlar qəbul etdikləri qərarların icrası üçün niyə daha təsirli mexanizmlər tətbiq etmədilər? Nə üçün BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələri tətbiq olunmadı, tam tərsi, Azərbaycan Dövlətinin ədaləti və suveren hüquqlarını bərpa etmə mücadiləsi hər daim sadəcə əngəllərlə deyil, hətta haqsız əks hücumlarla müşaiyət olundu.
Bütün bu faktlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında ələ alındı və ikili standartlar siyasətinə qarşı səsləndirdiyi fikirlər həm ölkəmizin xarici siyasət prioritetlərinin, həm də beynəlxalq münasibətlərə dair prinsipial yanaşmasının əsası kimi bir daha dünyaya elan edildi. Cənab Prezident çıxışında bildirdi ki,  beynəlxalq problemlərin həlli, müharibələrin dayandırılması və davamlı sülhün təmin olunması üçün bütün dövlətlərə münasibətdə vahid hüquqi və siyasi meyarların tətbiqi zəruridir. İkili standartlardan imtina edilməsi sadəcə beynəlxalq hüququn və beynəlxalq hüququ tənzimləyən təşkilatların nüfuzunun qorunması deyil, həmçinin dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Ölkəmizin və xalqımızın ikili standartlara qarşı sərt mövqeyini anlamaq üçün ölkəmizin yaxın tarixinə nəzər salmaq yetərlidir. Azərbaycan xalqı uzun müddət xarici hökmranlığın və siyasi asılılığın müxtəlif formaları ilə üzləşmiş, milli kimliyini, dilini, mədəniyyətini və dövlətçilik ənənələrini qorumaq uğrunda mübarizə aparmışdır. Çar Rusiyasının müstəmləkəçilik siyasəti və sonrakı sovet hakimiyyəti dövrü milli özünüdərkin, müstəqil siyasi iradənin və dövlətçilik düşüncəsinin qorunmasını xalqımız qarşısında mühüm vəzifəyə çevirmişdir. 
Cənab Prezidentin ölkəmizin adından bu istiqamətdə tutduğu mövqe, beynəlxalq hüququn aliliyinin qorunması, dövlətlərin suveren bərabərliyinin təmin edilməsi və milli maraqların müdafiəsi ilə bağlıdır. Azərbaycan bundan sonra da beynəlxalq münasibətlərdə obyektivliyin, hüquqi məsuliyyətin və qarşılıqlı hörmətin vacibliyini beynəlxalq siyasi gündəmdə saxlamağı hədəfləyir. Çünki həqiqi ədalət yalnız beynəlxalq hüququn bütün dövlətlərə eyni meyarlarla tətbiq edildiyi, heç bir ölkəyə siyasi maraqlara görə fərqli münasibət göstərilmədiyi şəraitdə mümkün ola bilər.

YAP Qax rayon təşkilatının sədr müavini:            İlkin Abbasov

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01