Bakı ətrafında kanalizasiya xətləri: Hansı layihələr həyata keçirilir? -“Azərsu”dan AÇIQLAMA
Bu fikri Musavat.com-a açıqlamasında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı deyib. A. Cəbrayıllı bildirib ki, rayonun Binəqədi qəsəbəsi, Cəfər Cabbarlı və Mikayıl Ələkbərov küçələrində inşa edilən yeni kanalizasiya kollektoru burada formalaşan tullantı sularının ekoloji tələblərə uyğun idarə olunmasını təmin edəcək:
“Eyni zamanda yağıntılar zamanı subasma hallarının qarşısını alacaq. Layihəyə əsasən hər iki küçədə 600 mm diametrli borularla yeni daşıyıcı tullantı su xətləri inşa olunub. Ardınca ərazidəki evlərin kanalizasiya xətləri kollektora birləşdiriləcək.
2000-ə yaxın evi əhatə edəcək layihənin icrasının növbəti yaxın zamanda başa çatdırılması planlaşdırılır. Tullantı sularının axıdılması xidmətlərindən istifadənin yaxşılaşdırılması məqsədilə həyata keçirilən bu layihə əhalinin məişət şəraitinin yaxşılaşdırmaqla yanaşı, ərazidə ekoloji təhlükəsizliyin təminatı baxımdan mühüm əhəmiyyət kəsb edir”.