Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ

Paytaxtdan Paytaxta Zəfərin izi ilə - Cəsarət Hüseynzadə yazır

2021-09-13 18:19:01 196 baxış
Xəbər şəkil

 

"İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai birliyinin sədri, 

QHT.az saytının rəhbəri

 

 

44 günlük vətən müharibəsinin  yolu -  Zəfər yolu dövlətimizin siyasi mərkəzi Bakı şəhərindən, ölkəlimizin mədəniyyət beşiyi Şuşa şəhərinə qədər sözün bütün mənalarında bir yoldur. Bu yol  məfkurəmizin, düşüncəmizin yoludur. Bu yol Azərbaycan Əsgərinin,  Ali Baş Komandanın yoludur. İllərdir hər birimiz, gücümüz çatdığı qədərində, bütün varlığımız ilə bu yolun yolçularıyıq. Bəli, biz bu yoldayıq, amma hər yolun, hər bir məfkurənin  bir rəhbəri var. Zəfər yolu məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun  öz canları və qanları ilə çəkdiyi şərəf və qeyrət yoludur. Bu yol uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi önündə baş əyir, Azərbaycan Ordusu və Cənab  Ali Baş Komandana sonsuz təşəkkürümüzü bildiririk.

 

 Gözlənilən yolçuluq!

Var gücümüzlə babalarımızın yaşadığı torpaqlarda daha tez məskunlaşmalıyıq. Dövlət tərəfindən məhz bu istiqamətdə paralel işlər həyata keçirlməkdədir. Mina təmizləmə, tikinti-quruculuq və s. işlərlə paralel olaraq, işğaldan azad olunmuş ərazilərə səfərlər təşkil olunur. İslahatlar dalğasından sonra hökumətin müsbət addımlarından biri də, həyata keçirilən tədbirlərə kompleks yanşama sərgiləməsidir.  

Ötən dövrdə müxtəlif xarici və yerli siyasətçilərin, deputatların, yerli və xarici jurnalistlərin  müxtəlif təşkilatların nümayəndələrinin və Şuşa sakinlərinin  bu mədəniyyət ocağına səfərləri təşkil edilmişdir.

 

Bu çərçivədə sentyabrın 11 və 12-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə 300-ə yaxın QHT nümayəndəsinin də  Şuşa şəhərinə səfəri təşkil olundu.

 

Əslində Ağdam səfərində bu haqda məlumatımız var idi və yaxın müddətdə Şuşaya gedəcəyimizi bilirdik. Amma vaxt və zaman keçmək bilmirdi.

Vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinin də səbirsizliklə və sevinclə gözlədiyi gün gəldi.  İnsafən təşkilatçılar maksimum çalışmışdılar ki, daha çox QHT bu səfərdə təmsil olunsun. Bu səfərləri təşkil etmək (Xüsusən hazırda QHT Agentliyin indi-indi formalaşdığı dövrdə) kifayət qədər çətindir. Hamı getmək istəyir və hər bir şəxsinin mövqeyinə də dözümlü yanaşmaq vacibdir.

Yol uzundur, ona görə yox ki, məsafə uzaqdır, sadəcə daha tez çatmaq arzusu var hər bir şəxsin ürəyində. Hamı sakitdir, çünki vacib bir yerə, bir görüşə tələsir. QHT varsa, ictimai siyasi məsələlər də müzakirə olunur heç şübhəsiz. Amma sakit, ən çox 2-3 həmkarla.

 

 Eyni mənzərə, eyni ağrı, eyni dərd və düşmənə qarşı artan nifrət

Yol boyu işğaldan azad olunmuş ərazilərdən keçirik. Eyni mənzərə, eyni ağrı, eyni dərd və düşmənə qarşı artan nifrət. Erməni deyərkən vəhşilik, qəddarlıq gəlir illərdir ağlımıza, düşüncəmizə. Amma illərdir ermənin bu vəhşiliyi, qəddarlığı insana, bir türkə qarşı etdiyin düşünmüşük. Sən demə düşündüyümüzdən də daha qəddar, daha vəhşi imiş bunlar. Təbiəti, torpağı, binanı, körpünü gözlə görünən hər şey alt-üst etməyə hazır imiş bu cəlladlar. Bütün bu ərazilərdə bu vəhşilikləri amansızcasına edib alçaqlar.

 

Arzuların və ümidlərin yeni müjdəsi

Füzulidən keçirik. Bu yaxınlarda açılışı olan möhtəşəm hava limanını görürük. Tikilən, ucaldılan hər bir bina, hər mərkəz, hava limanı arzuların və ümidlərin yeni müjdəçisidir. Biz bildiyimiz qədər çox  vacibdir. Amma bilmədiyimiz qədər daha vacibdir. Atılan hər addımda ölkəmizin təhlükəsizliyinin qorunması üçün  o qədər məqamlar var ki, onu bilmək üçün 44 günlük müharibənin necə ustalıqla aparılmasın bilmək lazımdır və yaxud inanmaq lazımdır.  

 

Paytaxt Şuşa

Cənab Prezident Şuşanı  Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. Artıq Şuşa təkcə ölkəmizin deyil,  bütün Azərbaycanın, dünyada yaşayan 50 milyondan çox azərbaycanlının paytaxtıdır.

Şuşa ötən dövrlərdə də paytaxt olub. Şuşa ürəklərin, elə Qarabağımızın da paytaxtı olub.

Şuşada olmaq çox qürurvericidir, amma insan çox qarışıq hisslər keçirir. Sevinc və kədər, qürur və məyusluq, sevgi və nifrət...

Onlarca bu tip qarışıq hisslər insanı rahat buraxmır. Şəhəri gəzdikcə Azərbaycan ordusunun gücü ilə  qürurlanıb,  öz şəhərimiz hansı cəsarətlə qaytardığına sevinib, sevgi ilə bu hissləri və hətta sevinc göz yaşlarını paylaşırsan.

 

Eyni zamanda mədəniyyət ocağına vurulan zərbələri görüb kədərlənirsən, Şuşada və digər ərazilərdə ermənilərin törətdiyi bu vəhşiliklərə görə dünyanın laqeydliyinə təəssüflənirsən və bütün bu sadaladığım, sadalamağa  zamanın yetməyəcəyi  faktlara görə,  erməniyə və onun timsalında haqsızlığa qarşı kin və nifrətin püskürürsən.

 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun çox böyük qəhrəmanlığı nəticəsində Şuşa işğaldan azad edilib. Şuşanın hər yerində bu qəhrəmanlığı və qüruru hiss edirsən.

 

Hesab edirəm bu qələbə bütün təmtərağı ilə  Şuşanın hər tərəfini bəzəməlidir. Zaman keçdikcə Şuşa sakinləri ilə yanaşı şəhərə gələn qonaqlar bu əziməti və qələbəni görməli və dünyaya ötürməlidirlər.

 

Səfər zamanı hər addımda Şuşada aparılan abadlıq və quruculuq işlərini hiss etdik. Şuşa artıq öz sakinlərinin və sahiblərinin nəfəsi ilə yaşayır, tarixi görkəmini saxlamaqla qurulur və yaxın zamanda ölkəmizin ən inkişaf guşəsinə çeviriləcək.

 

Müqəddəs torpaq, hava və çörək.

Şəhərə gələn  sakinlər və qonaqlar hər biri o müqəddəs torpaqdan bir ovuc götürür. İllərlə Şuşa həsrəti ilə yaşayan, lakın ömrün vəfa etmədiyi, dünyasını dəyişdiyi şuşalılar üçün torpaqdan müqəddəs nə ola bilər?  Şuşaya səfər edən şəxslərdən ən çox istənilən rica -  Şuşa torpağıdır.

Bir övlad borcu, bir dost borcudur Şuşa torpağı.

 

Həmin borcu geniş anlamda Ali baş komadan İlham Əliyevin rəhbərliyi Azərbaycan Ordusu tariximizə qaytardı.

Şuşada olarkən gözəl Qarabağ havasını hiss edirsən. Şuşalılar heç şübhəsiz gözü bağlı bu hava ilə öz vətənlərini tanıyarlar.

Şuşaya səfər edib, evə qayıdarkən müqəddəs nemətdən – bərəkətdən yaxınlarına, dostlarına gətirmək istəyirsən. Tam səmimiyyətlə deyirəm ki, Şuşa çörəyi fərqli bir nemət idi. O, sahibkara çox təşəkkür edirəm ki, dedikləri kimi doğrudan da fərqli keyfiyyətdə çörək istehsal edirlər.

 

Şəhər nə qədər dağılsa da, laqeydliyə məruz qalsa, hər küçəsi ilə, hər döngəsi ilə tarixin canlı əfsanəsi olduğunu büruzə verir. Çox təəssüf ki, hər addımda da,  işğal altında olduğu, baxımsız qaldığı acı bir xatirə kimi gözümüzün önündən getmir. 30 il bundan öncəsi görkəmindən də əsər-əlamət qalmayıb.

Amma dövlətimiz saatbasaat, günbəgün gözəlliyini, tarixini və müasirliyi bərpa etmək, qurmaq və yaratmaq üçün çalışır. Zəfər yolu ilə gedərkən, Şuşaya daxil olarkən bu bərpanın və quruculuğun sürətlə getdiyinə və qısa müddətdə yekunlaşacağına heç kimin şübhəsi qalmır.

 

Cıdır düzü

Cıdır düzü - adından da məlum olduğu kimi, tarixən Qarabağ xanlarının və bəylərinin cıdır yarışlarını keçirdiyi yer olmuşdur. Bundan başqa, Cıdır düzü şuşalılar üçün həm də, toplaşma, müxtəlif bayram və mərasimlərin keçirilmə yeri funksiyasını daşıyıb.

İndi Cıdır düzü həm də Xankəndində yaşayan ermənilər üçün ürəklərinə xəncər kimi sancılacaq üçrəngli bayrağın dalğalandığı bir yerdir.  

 

 

 

 

 

 

 




Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02