Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ

İran açıq oyuna başlayıbsa, biz də öz açıq münasibətimizi ortaya qoymalıyıq" — Partiya sədri

2021-09-13 18:12:26 283 baxış
Xəbər şəkil

 

 

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının Demokrat.az-a müsahibəsi:

 

- Azərbaycanın Xarici İşlər Nazirliyinin notalarına baxmayaraq, İran Qarabağa qanunsuz yüklərin daşınmasını davam etdirir. Sizcə, bu addımları atmaqda İranın məqsədi nədir?

 

- İranın molla rejimi Azərbaycanın müstəqilliyini və güclü dövlətə çevrilməsini heç bir halda həzm edə bilmir. Azərbaycanın müstəqillik qazandığı vaxtdan bu günə qədər İranın davranışlarına, fəaliyyətinə, Azərbaycanla münasibətdə atdığı addımlara, verdikləri bəyanatlara nəzər yetirsək, görərik ki, İran riyakarlığını ortaya qoyub. İran sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, əməldə hər zaman Ermənistanın yanında olub. Hələ Şuşa işğal olunandan İran rejimi bu riyakarlığını davam etdirir. Bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi İranın səfirini dəvət edərək, bu ölkənin qeyri-qanuni addımları ilə bağlı etirazını ona çatdırdı. İran tərəfinin sözlərinə görə bu, iki dövlətin arasını vurmaq istəyənlərin əməlidir, lakin onlar yenə də Qarabağda yaşayan ermənilərə yardımı davam etdirir. Bu, riyakarlıq, ikiüzlülükdür. Bu, İrandakı molla rejiminin mahiyyətindən doğan, əsrlərdən bəri həyata keçirdiyi siyasətin məntiqi davamı olaraq özünü göstərir. Artıq Azərbaycan daha ciddi addımlar atmağa başlayıb. Gorus-Qafan yolunda Azərbaycanın postu qurulub. İrandan gələn yüklər, onların təyinatı, həmçinin, sürücülərin sənədləri yoxlanılır. Bununla yanaşı, İrana qarşı daha ciddi addım ataraq, fərqli davranış ortaya qoymalıyıq. 

 

Ən çətin zamanında Azərbaycan qonşu ölkə kimi İranın yanında oldu, ona qarşı hər hansı mənfi addımın atılmasına imkan vermədi. Bunun müqabilində İran hər zaman Azərbaycana qarşı xəyanətini göstərib və bu gün də bunu davam etdirir. Bu baxımdan düşünürəm ki, İranla münasibətlərimizə yenidən baxmalı, yeni yanaşmalar yaratmalıyıq. Fikrimcə, Azərbaycan ən qısa zamanda İsraildə səfirliyini açmalı və onlarla münasibətimizi ən yüksək səviyyədə davam etdirməliyik. İran açıq oyuna başlayıbsa, biz də öz açıq münasibətimizi ortaya qoymalıyıq.

 

- İranın bu hərəkətlərində rusiyalı sülhməramlı qüvvələrin fəaliyyəti də gündəmə gəlir. Necə düşünürsünüz, bu addımlar Rusiya sülhməramlılarının Azərbaycanda qalma müddətini azaldırmı?

 

- Rusiyanın sülhməramlı qüvvələrinə xəbərdarlıq edilib. Məncə, biz artıq Laçın dəhlizində post qurmalı, Ermənistandan gələn bütün avtomobillərə və onların daşıdığı yüklərə nəzarət etməliyik. Xankəndidə və ətrafda yaşayan ermənilərə qeyri-qanuni yüklərin daşınmasının qarşısını almalıyıq. Sülhməramlıların fəaliyyətinə gəlincə, Azərbaycanın Rusiya ilə münasibəti İranla eynilik təşkil edə bilməz. Rusiya Azərbaycanla tam fərqli münasibətə malikdir. Ən azından, Rusiyanın mövqeyində Azərbaycanın xeyrinə elementlər olub. Biz bu elementləri qoruyub saxlamalıyıq. Sadəcə, sülhməramlı qüvvələrin öz üzərinə düşən missiyanı yerinə yetirməsi üçün təsir göstərməliyik. Sülhməramlılar yeni münaqişənin alovlanmasının qarşısını almalıdırlar və biz, onların bu vəzifəni həyata keçirməsi üçün çalışmalıyıq.

- ABŞ-ın Ermənistandakı səfiri statusla bağlı açıqlama verdi. Səfirin açıqlaması nəyə hesablanıb?

- Həm yuxarıda sadaladığımız nüanslar, həm də ABŞ-ın Ermənistandakı səfirinin açıqlaması yaxın gələcəkdə münaqişənin alovlanmasına hesablanıb. Bu qüvvələr mümkün münaqişənin fərqli istiqamət almasına çalışırlar. Biz bu halların qarşısını indidən almalıyıq. Bunun üçün Azərbaycanın diplomatik fəaliyyəti ən yüksək səviyyədədir. Azərbaycan Prezidentinin siyasətinin bütün tərəfləri bu istiqamətə hesablanıb. Ümid edirəm ki, biz xoşagəlməz halların qarşısını alıb, bu vəziyyətdən uğurla çıxa biləcəyik. 

 

- Ermənistanın Baş naziri bir neçə gün əvvəl sülh və danışıqlar barədə müsbət mesajlar verdi. Paşinyanın fikirləri nə qədər inandırıcıdır?

 

- Paşinyanın açıqlamalarına heç bir halda güvənmək lazım deyil. Ermənistan tərəfinin sözü ilə əməli üst-üstə düşmür. Ona görə də, Paşinyanın müsbət görünən fikirlərini səmimi qəbul etmək lazım deyil. Xatırlayırsınızsa, Ermənistan tərəfi minalanmış ərazilərin xəritəsini təqdim etdi, lakin sonradan həmin xəritələrin doğruluğu şübhə altına düşdü. Məlum olduğu ki, xəritələrin çox az faizi minalanmış əraziləri doğru əks etdirir. Bu gün Ermənistan hakimiyyətinin ən müxtəlif xoşməramlı bəyanatlarına, cəlbedici sözlərinə inanmaq lazım deyil, onların əməllərinə diqqət etməli, buna uyğun addımlar atmalıyıq. 

- Laçında Azərbaycan-Türkiyə birgə təlimlərindən sonra Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının “Üç qardaş-2021” beynəlxalq təlimi başladı. Bu təlimin əhəmiyyəti barədə fikirlərinizi bilmək istəyirik. Birgə təlimlər region dövlətləri üçün hansı mesajları verir?

- Bu, kifayət qədər geniş mövzudur. Konkret olaraq, bildirə bilərəm ki, 44 günlük müharibə dövründə Türkiyə və Pakistanın siyasi və mənəvi dəstəyini gördük. Həmçinin, bu ölkələrlə hərbi-strateji əməkdaşlıq müqavilələrimiz var. Müharibədən sonrakı dövrdə Türkiyə və Pakistanla münasibətlərimiz daha yüksək səviyyədə qurulmağa başladı. Türkiyə ilə Şuşa bəyannaməsinin, Pakistanla Bakıda bəyannamənin imzalanması siyasi baxımdan böyük əhəmiyyət kəsb edir. Üç qardaş ölkənin təlimləri münasibətlərimizin yeni səviyyəsi və göstəricisidir. Əminəm ki, yaxın gələcəkdə Azərbaycan, Türkiyə və Pakistanın dünyanı təəccübləndirəcək birgə addımlarının şahidi olacağıq.

 





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02