Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ

Gücün, inamın qələbəsi!

2021-09-10 13:26:41 437 baxış
Xəbər şəkil

 

 

Ötən il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatı ilə başlayan və noyabrın 10-da düşmənin təslim olması ilə nəticələnən İkinci Qarabağ müharibəsində dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev xalqımızın zəfər salnaməsini yazdı.

Ölkənin bütün ərazisində hərbi vəziyyət və qismən səfərbərlik elan olunduğu, xalqımızın böyük həmrəylik nümayiş etdirdiyi həmin şərəfli dönəmdə Azərbaycan Prezidentinin müjdəli xəbərləri, o cümlədən “Twitter” hesabı ilə xalqa çatdırdığı zəfərlə “Cəbrayıl bizimdir!”, “Füzuli bizimdir!”, “Zəngilan bizimdir!”, “Qubadlı bizimdir!”, “Ağdam bizimdir!”, “Kəlbəcər bizimdir!”, “Laçın bizimdir!” və noyabrın 8-də dahilər ocağı, Qarabağın zümrüd tacı “Şuşa bizimdir!” deyərək, bizə hədsiz qələbə sevinci yaşatdı.

“Şuşasız bizim işimiz yarımçıq olar”, - deyən Ali Baş Komandan ulu babalarımızın miras qoyduğu qiymətli əmanəti azad etməklə müasir müstəqil dövlətimizin banisi Ümummilli Lider Heydər Əliyevin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirdi. Həmin gün Fəxri xiyabanı ziyarət edərək Ulu Öndərə onun vəsiyyətinin yerinə yetirilməsi ilə bağlı sanki hesabat verən ölkə Prezidenti Vətənimizin azadlığı uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsini ehtiramla yad etdi və oradan xalqımıza Şuşanın azad olunması müjdəsini verdi.

Şuşanın işğaldan qurtarılması, bu əzəmətli məkana üçrəngli bayrağımızın sancılması Vətən müharibəsində dönüş nöqtəsi oldu. Dövlət başçısı düşməni təslim olmağa məcbur edərək, Ermənistanın kapitulyasiya aktı olan üçtərəfli birgə Bəyanatla digər torpaqlarımızın - Kəlbəcər, Laçın və Ağdam rayonlarının qan tökülmədən Azərbaycana qaytarılmasına, ərazi bütövlüyümüzün bərpasına nail oldu.

Ali Baş Komandanın ən sadiq silahdaşı olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin ədalətli mübarizəsi barədə həqiqətlərin beynəlxalq birliyə çatdırılması ilə bağlı vətənpərvər çağırışları hər bir azərbaycanlını informasiya platformalarında mübarizəyə səfərbər etdi. Cəbhədə döyüşən igid əsgərlərimizə duaları, yaralılarımıza, həlak olan günahsız dinc insanlarımızın ağrı-acısına şərik bir ana, bacı kimi doğma və qayğılı münasibətilə Birinci vitse-prezident xalqımıza təsəlli oldu. Azərbaycan xalqı tarixin ən şanlı, şərəfli və qürurverici anlarını yaşadı. Xalqımız 30 ilədək davam edən bir ləkəni üstündən təmizlədi, tariximizi cəsur, mübariz Azərbaycan əsgərinin əli, şücaəti ilə yenidən yazdı. 1 milyondan artıq insana 30 ilədək bir müddətdə qaçqınlıq-köçkünlük acısı yaşadan, dədə-baba torpaqlarımıza işğal yolu ilə sahiblənib sərvətini mənimsəyən, mədəni, tarixi və dini abidələrimizi, yurd yerlərimizi viran qoyan Ermənistan haqq savaşında məğlub oldu!

Azərbaycan Prezidentinin və birinci xanımın işğaldan azad olunduqdan sonra Füzuli və Cəbrayıla, Xudafərin körpüsünə səfəri, Füzuli-Şuşa avtomobil yolunun təməlinin qoyulması xalqımızın o torpaqlara qayıdışının təntənəsi oldu. İşğaldan azad olunmuş ərazilərdə bayrağımızı ucaldan dövlət başçısı erməni vandallarının torpaqlarımızda törətdikləri vəhşiliklərə, o cümlədən Kəlbəcər və Ağdam rayonlarının boşaldılması zamanı evlərin və digər mülki obyektlərin dağıdılaraq yandırılmasına, törədilən ekoloji fəlakətə görə Ermənistanın beynəlxalq müstəvidə cavab verəcəyi ilə bağlı mühüm mesajlar verdi.

Bütün bu zəfərdə qardaş Türkiyə Cümhuriyyəti birmənalı şəkildə Azərbaycanın yanında olduğunu sözdə və əməldə nümayiş etdirdi. Zəfərdən sonra isə İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın 15 İyun - Qurtuluş Günündə Şuşa Bəyannaməsini imzalamaları iki qüdrətli ölkənin münasibətlərini iqtisadi, siyasi və hərbi baxımdan ən yüksək səviyyəyə çatdırdı. Növbəti on ildə Qarabağın dirçəldilərək cənnətə çevrilməsi və onun potensialının ölkə iqtisadiyyatına yönəldilməsi prioritet məsələdir.

Bununla yanaşı, bütün dünya artıq iki ilə yaxındır ki, koronavirus imtahanı verir. Topsuz-tüfəngsiz insanları hədəfə alan bu müharibədə Yer kürəsinin bütün qitələri “gözəgörünməz düşmən”lə vuruşmağa məhkumdur. Bu il dövlətimiz təkcə döyüş meydanında deyil, həm də arxa cəbhədə bütün dünyanı bürüyən COVID-19 qlobal pandemiyası ilə mübarizə aparmışdır. Azərbaycanın dövlət başçısının və Birinci vitse-prezidentinin rəhbərliyi ilə görülmüş qəti tədbirlər sayəsində ölkəmiz pandemiyanın ilk və olduqca təhlükəli mərhələsini ən az itki ilə başa vurmuş dövlətlər sırasındadır. Azərbaycan bu bəla ilə mübarizədə nümunəvi ölkə kimi dəyərləndirilir.

 Dünyanı çənginə alan bu  bəla ölkəmizə də təsirsiz keçmədi. Bununla belə tədbirlər nəticəsində  müsbət dinamika yarandı. Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu qlobal bəla ilə mübarizə aparmaq üçün xalqa müraciətləri irəli sürülən tələblər və verilən tövsiyələr pandemiya dövründə qaydaların yumşaldılması ilə nəticələndi.

Pandemiya və qələbə dövrünün reallıqları dövlət başçısı İlham Əliyevi qlobal miqyaslı liderlər səviyyəsinə yüksəltdi. Artıq yeni reallıqlar yaranıb. COVID-19 pandemiyasından və Vətən müharibəsindən uğurlu çıxmağımız yeni dövrün vəzifələrinin də yüksək səviyyədə icrasına möhkəm əsaslar yaradır.

Güclü iqtisadiyyatı, zəfər müharibəsindən doğan böyük ruh yüksəkliyi, milli həmrəyliyi olan müstəqil dövlətimiz yeni hədəflərə uğurla çatacaq! Çünki onun İlham Əliyev kimi qətiyyətli rəhbəri, düşmən niyyətləri məhv edən Müzəffər Ali Baş Komandanı və milli maraqları hər şeydən uca tutan Prezidenti var.

 

Aygül BAĞIROVA,

YAP Gənclər Birliyinin fəalı

 

img/posts/2021/09/05/6a57b004653a6d01610315318jpg-1630789719.jpg





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02