Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ

Adil Əliyev: Azərbaycan xalqı Şuşaya müzəffər, qürurlu və qurucu xalq kimi qayıdıb

2021-09-02 20:27:05 336 baxış
Xəbər şəkil

 

Bəşəriyyət tarixinə öz adını qızıl hərflərlə yazdıran xalqların spesifik və unikal inkişaf yolu bir neçə cəhətdən nümunəvi xarakter daşıyır. Əvvəla tarixi faktlar təsdiqləyir ki, zəngin mədəniyyətə malik olmaq və öz milli-mədəni dəyərlərinə, tarixi keçmişinə sahib çıxmaq həmin xalqların davamlı nailiyyətlər qazanmasını və siyasi səhnədə layiqli yer tutmasını təmin edib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər Milli Məclisin sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin “Şərəf salnaməsi və Zəfər dastanı” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Reallıqlar bəhs olunan xalqların məhz güclü və qətiyyətli lider ətrafında birləşərək intibah və tərəqqiyə müvəffəq olduqlarını təsdiqləyir. Nəhayət, onların timsalında birlik – həmrəylik faktoru milli inkişafı təmin edən mühüm amil qismində çıxış edir. Heç şübhəsiz, bütün bu sadalananlar şanlı tarixi keçmişə malik olan Azərbaycan xalqının da milli portretinin əsas cizgilərini təşkil edir.

Şanlı tarix: xalqımızın milli qürur nümunəsi – iftixar mənbəyi

Heç şübhəsiz, XXI əsr xalqımızın çoxəsrlik tarixinin bənzərsiz və parlaq səhifəsini təşkil edir. Çünki bu yüzillikdə heç vaxt indiki qədər güclü olmayan Azərbaycan dövləti qlobal siyasi arenada davamlı yüksəlişə malik güclü dövlət, söz və nüfuzu sahibi olan mühüm aktor kimi özünü təsdiqləyib. Eyni zamanda, zəngin və unikal mədəniyyətə, milli iftixar nümunəsi olan şanlı tarixi keçmişə malik xalqımızın şərəfli inkişaf yolunun ən qürurverici səhifəsi, təbii ki, Vətən müharibəsində möhtəşəm qələbəmiz, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunmasıdır. Azərbaycan xalqının bu Qələbə salnaməsi – Zəfər dastanı dövlətimizin qüdrəti, Müzəffər Ali Baş Komandanımızın siyasi iradəsi və milli həmrəyliyimiz sayəsində yaradılıb.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimində çıxışı zamanı bu kontekstdə çox mühüm məqamlara toxunaraq həm tarixi faktlara, həm də müasir reallıqlara nəzər saldı. Müzəffər Ali Baş Komandanımız 44 günlük Vətən müharibəsinin bizim şanlı tariximiz olduğunu bir daha xüsusi vurğulayaraq “Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik”,-deyə diqqətə çatdırdı.

Məğrur və əzəmətli Şuşa əsl sahibinə qovuşdu

Şuşanın işğaldan azad olunması mənəvi, siyasi və strateji cəhətdən çox mühüm əhəmiyyətə malikdir. Çünki birincisi¸ Şuşanın Azərbaycan mədəniyyətinin ocağı kimi xalqımızın tarixində çox böyük rəmzi mənası və xüsusi yeri var. Şuşa, eyni zamanda, azərbaycanlı milli kimliyinin daşıyıcısı və tarixi simvoludur. Bu mədəniyyət mərkəzinin təməli XVIII əsrdə, daha dəqiq desək, 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulub. Əlamətdar haldır ki, illər sonra əsarətdən qurtulan – əsl sahibinə qovuşan Şuşanın gələn il 270-ci ildönümüdür. Heç şübhəsiz, Azərbaycan dövləti bu müstəsna tarixi təntənəli şəkildə qeyd edərək öz milli gücünü və mənəvi-siyasi iradəsini nümayiş etdirəcək, xalqımızın həmrəyliyi yenidən əzəmət simvoluna çevriləcək.
Digər tərəfdən, Şuşanın işğaldan azad olunması strateji amildir. Məlumdur ki, 1992-ci il mayın 8-də Şuşanın işğal edilməsi xalqımız üçün növbəti faciələrə səbəb olmuşdu. Şuşanın strateji əhəmiyyətinin itirilməsindən istifadə edən düşmən Laçını və Kəlbəcəri də işğal altına almış, beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasında coğrafi bağlantı yaradılmışdı. 28 il sonra bu tarixi Azərbaycan torpağının işğaldan azad olunması Azərbaycanın regionda strateji mövqeyinin möhkəmlənməsinə imkan verməklə yanaşı, xalqımızın mənəvi-psixoloji üstünlüyünü də gücləndirmiş oldu.

Milli keçmişinə sahib çıxan Azərbaycan xalqı tarixi və mədəni dəyərlərini yaşadır

Azərbaycan Prezidentinin rəhbərliyi ilə Şuşada görülən işlər xalqımızın milli keçmişinə sahib çıxmaq, tarixi və mədəni dəyərləri yaşatmaq, Şuşanı sözün hər anlamında dirçəltmək baxımından çox önəmlidir. 2021-ci il 30 avqust tarixində mədəniyyət paytaxtımızda Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışının keçirilməsi isə müstəsna tarixi hadisədir. Bu, eyni zamanda, milli qürur və ləyaqətin, eləcə də mənəvi dəyərlərimizin bərpasıdır. Bu, həmçinin tarixi irsə hörmət nümunəsidir.
Məlumdur ki, Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını ulu öndər Heydər Əliyev verib. Ulu Öndərin təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də Şuşada qarlı, şaxtalı havada bu məqbərənin açılışı olub. SSRİ dövrünün mürəkkəb şərtləri daxilində, xüsusilə də ermənilərin bu tarixi şəhərimizə iddialar irəli sürdükləri bir vaxtda Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərənin ucaldılması ilə bir daha Şuşanın Azərbaycan şəhəri olması öz təsdiqini tapıb. Yeri gəlmişkən, erməni vandalizminin nəticəsində dağıdılmış məqbərənin bərpasını Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz üzərinə götürüb. Bütövlükdə, bu gün Vaqif Poeziya Günlərinin keçirilməsi Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində xalqımızın qürur tarixinin daha bir parlaq səhifəsinin yazılmasıdır.
Bunlarla yanaşı, ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstlərinin gətirilməsi və mərkəzi meydanda qoyulması, Üzeyir Hacıbəylinin abidəsinin yenidən qoyulması, onun dağıdılmış evinin bərpası ilə bağlı göstəriş verilməsi və digər mühüm addımlar mədəni irsə və milli tarixə ehtiramın təzahürüdür.

Qarabağın tacı dirçələcək, yenidən inkişaf, intibah və tərəqqi məkanına çevriləcək

Şuşanın bərpası hazırda Azərbaycan dövlətinin qarşısında duran milli-strateji vəzifələrdən və mühüm prioritetlərdən biridir. Bu tarixi Azərbaycan şəhərinin bərpasına Prezident İlham Əliyevin cari il yanvarın 14-də Şuşaya etdiyi səfərdən sonra start verilib. Qısa müddət ərzində bu istiqamətdə əhəmiyyətli işlər görülüb, müasir infrastrukturun yaradılması ilə əlaqədar vacib addımlar atılıb. Bu gün fərəh və məmnunluq hissi ilə qeyd edə bilərik ki, Zəfər yolu artıq inkişafın və azad olunmuş torpaqlara həyatın qaytarılmasının rəmzinə çevrilib.
Bunlarla yanaşı, Şuşanın tarixi abidələrinin bərpasına start verilməsi, Heydər Əliyev Fondu tərəfindən üç məsciddə təmir-bərpa işlərinin aparılması, Natəvan bulağının bərpa edilməsi, “Xarıbülbül” və “Qarabağ” hotellərinin istifadəyə verilməsi və digərləri Azərbaycan dövlətinin siyasi iradəsini və iqtisadi gücünü nümayiş etdirir.
Bir sözlə, Azərbaycan xalqı Şuşaya müzəffər, qürurlu və qurucu xalq kimi qayıdıb. Əminliklə söyləmək olar ki, milli həmrəyliyimiz sayəsində Qarabağın tacı dirçələcək, yenidən inkişaf, intibah və tərəqqi məkanına çevriləcək!

 





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02