Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ

"Əgər İran Azərbaycana qardaş ölkə kimi yanaşırsa, Xocalı soyqırımını qəbul etməlidir"

2021-08-11 17:25:51 468 baxış
Xəbər şəkil

 

“Bir neçə gün öncə Azərbaycan Respublikası Milli Məclisinin sədri hörmətli Sahibə xanım Qafarova nümayəndə heyəti ilə bərabər İranda son prezident seçkilərində qalib gələn Seyid İbrahim Rəisinin təqdimolunma mərasimində iştirak edib. Əlbəttə, bu İran tərəfindən başqa ölkələrə olduğu kimi, Azərbaycana da dəvət əsasında baş tutub”

 

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib. Deputat Sahibə xanım Qafarovanın İran səfərinə ləkə vurmağa çalışan sosial şəbəkə istifadəçilərinə də mesaj verib: 

 

“Bu dəvət birmənalı olaraq beynəlxalq hüquq normalarına və dövlətlərarası protokollara görə dövlətə göndərilir və dövət artıq kimin orda iştirak etməsini özü müəyyənləşdirir. Nümayəndə heyətini özü müəyyənləşdirərək həmin andiçmə mərasimində iştirak edib-etməməsi haqqında qərar verir və nümayəndə heyəti ilə orda təmsil olunur. Bu baxımdan Sahibə xanımın nümayəndə heyətinin rəhbəri kimi orada həm Azərbaycan hökuməti adından kifayət qədər ciddi bir nümayəndə heyəti ilə bu inaqurasiya mərasimində iştirak edib. Deyərdim ki, bu İran İslam Respublikasının protokol qaydalarına uyğun olaraq bu cür görüşlər, səfərlər tənzim olunur. Hər bir ölkənin özünün qəbul etmiş olduğu protokol qaydaları var və xarici ölkədən  gələn nümayəndə heyəti, rəsmi qonaqlar da həmin protokol qaydalarına uyğun davranmalıdırlar. Bunun alternativi yoxdur. 

Təəssüf edirəm ki, beynəlxalq hüquq normalarından təsəvvürü olmayan, savadı çatmayan, hətta yazdığı şərhlərdə belə cümlələri düzgün qurmayan insanlar belə bir ciddi xarakter daşıyan səfərə qiymət verməyə çalışırlar. Əsas da iddia edirlər ki, Sahibə xanım niyə görə ora başıörtülü gedib. Bu, İran dövlətinin protokol qaydasıdır. Hətta Avropa ölkələrindən gedən siyasətçilər də o qaydalara əməl edirlər. Bu qaçılmazdır. Gərək o qədər qeyri-zəka sahibi olasan ki, bunu anlamayasan. Bundan başqa Sahibə xanım orda çox ciddi görüşlər keçirib. Həm seçilən İbrahim Rəisi ilə və eyni zamanda, İran Parlamentinin sədri ilə görüşü çox məhsuldar, Azərbaycanın dövlət və milli maraqlarına tamamilə cavab verən mövqe baxımından diqqəti cəlb edir. Hətta Sahibə xanım ilk dəfə olaraq İran rəsmiləri ilə görüşəndə Xocalı faciəsinin İran parlamentində soyqırım kimi tanınmasını təklif edib. Bu yetərincə, ciddi bir təklifdir və hesab edirəm ki, əgər doğrudan da İran dövləti Azərbaycana qardaş ölkə kimi yanaşırsa, bəşəri dəyərlərə hörmət edirsə, baş verən soyqırımı Sahibə xanımın təklifindən sonra müzakirəyə qoyub qəbul etməlidir. 

Digər tərəfdən müzakirə olunan və gündəliyə çıxarılan məsələlərdən biri Sahibə xanım Qafarovanın prezidentlə görüşü zamanı Azərbaycan bayrağının orda olmamasıdır. Anlamaq, başa düşmək lazımdır ki, Sahibə xanım İran Respublikasının prezidenti ilə görüşəndə o, Azərbaycan dövlətini prezident kimi təmsil etmirdi, Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi onunla görüş keçirdi və burada Azərbaycanın bayrağı olmalı deyildi. Necə ki, Azərbaycana dünyanın ayrı-ayrı spikerləri, yüksək səviyyəli qonaqları, nazirləri gəlir və orda həmin ölkələrin bayrağı olmur. Bayraq o zaman olur ki, o, ya prezidentdir, ya da parlamentin respublikasında hökumət başçısıdır. Dünyada bu qəbul olunub.  Bu qədər nadanlıq əsas götürülərək sosial şəbəkələrdə çox məhsuldar keçən görüşə ləkə vurmağa çalışırlar. 

Mən deyərdim ki, artıq bu səfərdən sonra İbrahim Rəisinin Azərbaycanla bağlı vermiş olduğu açıqlamalar da keçən görüşün mühüm və əhəmiyyətli nəticəsi kimi qiymətləndirilməlidir. Məncə, İbrahim Rəisinin Azərbaycanla bağlı açıqlamaları tamam fərqlidir və Azərbaycanla-İran arasında daha fərqli və bizim maraqlarımıza uyğun şəkildə qurulacağından xəbər verir. Bu həm də Sahibə xanım Qafarovanın aparmış olduğu danışıqların məntiqinə söykənir. Ona görə də hər hansı bir məlumatı oldu-olmadı, düşüncəsi, zehni buna imkan verdi-vermədi dərhal sosial şəbəkələrdə Azərbaycan dövlətçiliyinə böhtan, qərəz dolu bu cür şərhlər verilir. Bu cür şərhlərin isə heç birinin əsası yoxdur. Bir daha təkrar edirəm ki, 2010-cu ildən Milli Məclisdə birgə fəaliyyət göstərdiyim Sahibə xanım kifayət qədər vətənpərvərdir, milli dövlətçiliyimizə bağlı bir siyasətçi və dövlət xadimidir. Bunu unutmaq olmaz. Sahibə xanımın spikerliyi dövründə Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra üç ölkədə ciddi görüşlər keçirdi. Pakistan, İtaliya, Macarıstan və həmin ölkələrlə Azərbaycan parlamenti arasında bundan sonra daha yüksək münasibətlərin qurulmasına, inkişafına heç bir şübhə ola bilməz. Daha mühümü isə o insanlara xatırlatmaq istəyərdim ki, biz xəyallarda  bu cür məsələlərin reallaşmasını düşünə bilərdik. Pakistan-Türkiyə və Azərbaycan Parlamentlərinin Bakı bəyannaməsi qəbul olunub. Bu möhtəşəm sənədin qəbulunun ideya müəllifi Sahibə xanım Qafarovadır. Ona görə də zəkası geri olan insanlara tövsiyə edərdim ki, onlar bilmədikləri, təsəvvürləri olmadıqları məsələ ətrafında dövlətçiliyimizə ziyan verə biləcək bu cür açıqlamalardan, şərhlərdən, yanaşmalardan uzaq olsunlar”.  

Kanal4.az

 





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02