Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Şəhərə giriş-çıxışın qadağan olunmasının müddəti uzadılarsa, kirayə pulu məsələsində güzəşt olunacaqmı?

2020-03-28 12:03:22 354 baxış
Xəbər şəkil

Ölkə ərazisində koronavirus (COVID-19) təhlükəsinin qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarına əsasən, xüsusi təyinatlı, o cümlədən, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması dayandırılıb.

Bu vəziyyət daha çox şəhərdə kirayə mənzillərdə yaşayanları narahat edir. Hazırda həyata keçirilən tədbirlərlə əlaqədar bu şəxslər şəhərə gələ bilmirlər. Mövcud vəziyyətlə bağlı şəhərə giriş-çıxışın qadağan olunmasının müddəti uzadılarsa, kirayə pulu məsələsində güzəşt olunacaqmı?

Vətəndaşları düşündürən suallardan biri də odur ki, bu istiqamətdə hər hansı bir tənzimlənmə mexanizmi olacaqmı? Əgər yardım olacaqsa, hansı meyarlar (ailə vəziyyəti, iş yeri, aylıq məvacib və s. - red.) əsas götürülməlidir?

Mövzu ilə əlaqədar bankçılıq üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bu sualları cavablandırıb.

O bildirib ki, dövlət əvvəlcə bu mövzuda hansı şəxslərin köməyə ehtiyacının olduğunu dəqiqləşdirməlidir:

“Əksər hallarda kirayə qalan şəxslər ev sahibi ilə müqavilə bağlamır. Bunun da səbəbi həm icarəyə verən, həm də icarəçinin vergidən yayınmaq istəyidir. Bu baxımdan dövlətə bu məsələ ilə bağlı təklif vermək çətindir. Ciddi sual yaranır ki, dövlət kimə kömək etməlidir? Bəziləri bu məqamdan sui-istifadə edərək, Bakıda, Sumqayıtda, Abşeronda kirayədə yaşadıqlarını deyəcəklər. Bu məqamların tam aydın olması üçün siyahıya almaq prosesinə diqqət olunmalıdır. Çünki bu məsələdə dəqiqləşdirmə aparılması çətindir.

Qanuni əsasla götürsək, mənzili icarəyə verənlə rəsmi müqaviləsi olan şəxslərin vəziyyəti nəzərə alına bilər. Çünki bu şəxslər iradəsindən asılı olmayan səbəblərdən icarəyə götürdükləri sahəni istifadə edə bilmir.

Daha bir misal biznes sahəsindədir. Turizm sektorunda xidmət göstərən və çalışdığı obyekti icarəyə götürən şəxslər də çətinlik çəkir. Bu halda o sahibkarların icarə haqqını ödəyə bilməməsi ilə bağlı qanuni əsas var. Çünki həmin sektorda gəlir mənbəyi yoxdur”.

Ə.Həsənov bu cür problemlə qarşılaşan şəxslərin, xüsusilə kirayə mənzillərdə yaşayan və mövcud səbəblərdən mənzildən istifadə edə bilməyənlərin dövlətə müraciət edə biləcəyini deyib:

“Dövlət yalnız şəhərdə kirayə mənzillərdə yaşayan şəxslərin zəruri əşyalarının onlara qaytarılması prosesində kömək edə bilər. Eyni zamanda, mənzili icarəyə verən şəxslər (əgər müqavilə yoxdursa - red,) icarəçilərdən kirayə pulu tələb edə bilməz. Paralel olaraq müqavilə olmadığı üçün dövlətdən də heç nə tələb edə bilmirlər.

Məsələyə daha geniş yanaşaq. Regionlardan Bakıya və digər şəhərlərə gələn şəxslər nə üçün kirayədə yaşayırlar? Burada müxtəlif sahələrdə çalışdıqları üçün. Nəzərə almaq lazımdır ki, insanların çoxu əmək müqaviləsi olmadan, yəni qeyri-rəsmi çalışırlar. Nazirlər Kabinetinin qərarında mövcud vəziyyətlə bağlı işə çıxa bilməyən şəxslərin (əmək müqaviləsi ilə çalışanlar - red.) aylıq məvaciblərinin ödəniləcəyi qeyd olunub”.

Ekspert dövlətin heç bir gəlir yeri olmayan və həqiqətən də maddi köməyə ehtiyacı olan şəxslərə minimum əmək haqqı məbləğini keçməmək şərtilə yardım məsələsinin gözdən keçirilə biləcəyini deyib:

“Bu yanaşma bütün işsiz şəxslərə şamil edilmir. Nəzərə almaq lazımdır ki, işləməyən insanların bir qismi əlavə gəlir sahəsi olduğundan, işə ehtiyacı olmadığından çalışmır. Amma mövcud vəziyyətdə ölkə üzrə bütün sahələrdə problem yarandığından dövlət bütün işsiz şəxslərə müvəqqəti sosial yardım etməlidir. Gərək ehtiyacı olmayan şəxslər həmin yardımdan imtina etsinlər. Bununla da hazırda işsiz qalan və kirayə mənzillərinin, eləcə də digər ehtiyaclarını ödəməkdə çətinlik çəkən şəxslərə dəstək olmaq olar.

Təklif edilə bilər ki, ölkə üzrə qəbul edilən yaşayış minimumu məbləğində müvəqqəti sosial yardım nəzərdə tutulsun. Dövlət elan etsin ki, bir neçə ay ərzində işləməyən bütün şəxslərə aylıq müəyyən vəsait ayrıla bilər. Eyni zamanda, insanlara çağırış da etmək olar ki, ehtiyacı olmayan şəxslər həmin vəsaiti götürməsinlər. O zaman bu çətin vəziyyətdən müəyyən qədər çıxış yolları tapmaq olar.

Məsələn, yardımı o şəxslər götürməlidir ki, ailədə çalışan bir və ya bir neçə şəxsin aylıq gəliri minimum əməkhaqqından azdır. Bir ailədə kişinin və ya qadının aldığı məvacib minimum əməkhaqqından azdırsa, onlara yaşayış minumumu məbləğində sosial yardım göstərilməsi gözdən keçirilə bilər”.

oxu.az

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01