Karantin uşaqlara necə təsir edəcək? - MÜSAHİBƏ
Dünyanın kabusuna çevrilən Koronovirus hər gün yüzlərlə insanın canını almaqdadır. Bununla bağlı demək olar ki, bir çox ölklərdə karantin, hətta fövqəladə hal şəraitinə keçib. Vəziyyətlə bağlı Azərbaycanda da karantin elan olunub. Ölkədəki bütün dövlət məssisələri, ticarət mərkəzləri və s. hamısı bağlanıb. Bildiyimiz kimi ölkədə ilk olaraq təhsil müəssisələri bağlandı. Nətiəcdə minlərlə uşaq üzrlü səbəbdən evdə oturmaq məcburiyyətində qalıb. Uşaqların gələcəyini, onların sağlamlığını düşünəndə bunun təqdirəlayiq addım oldğunu deməliyik. Lakin digər tərəfdən etiraf edək ki, bu hal uşaqaların psixoloji durumuna mənfi təsirsz ötüşməyə bilməz. Hər gün hərəkətdə olan, həmyaşıdları ilə bir məktəbi, sinfi, dərsliklərinivə bütün enerjilərini bölüşən uşaqların bu kimi bütün sevinclərindən onları müvəqqəti olaraq məhrum etmək onlar üçün depresiyya, aqressivlik kimi hallara gətirib çıxara bilər. Bu kimi suallara ydınlıq gətirmək üçün Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadəilə əlaqə saxladıq. Red: Kəmlə xanım, bilirik ki, uzun illərdir uşaqlarl çalışırsız. Onlara həm valideyn, həm də müəllimə olmusuz. Bununla da uşaqların psixologiyasından kifayət qədər məlumatlısız. Azərbaycanda da Məlum virusla (Covid-19) bağlı uşaqlar evə buraxılıb, bağçaya, məktəbə getmirlər, həyətdə bir-birləri ilə oynamırlar demək olar ki, müvəqqəti də olsa, hər şeydən təcrid olublar. Bu hallar uşaqlar üçün hər hansısa psixoloji sarsıntı yarada bilərmi? - Mövcud vəziyyətlə bağlı sığınacağımızda yaşayan məktəbə gedən uşaqlarımızda heçbir psixoloji gərginlik halı nəzərə çarpmır. Çünki uşağlarla məşğul olmaq lazımdır. Valideynlər bu hallarla qarşı-qarşıya gəlməmək üçün telefonla oynamaq, serial izləmək və s. məşğuliyyətləri kənara qoyub, övladına vaxt ayırmalıdır. Əgər belə olarsa, heç bir psixoloqa ehtiyac qalmaz. Amma psixoloqa ehtiyac olduğu zaman, psixoloq ən azından valideynlər üçün online konsultasiyalar keçirə bilər. Elə valideynlər varsa, mən onlara kömək etməyə hazıram. Sadəcə psixoloqdan da əvvəl məsələyə valideyn – ata, ana yanaşması olmalıdır. Dövlət virusun yayılma riskini nəzərə alaraq şərait yaradıb ki, hər kəs evində qalsın və ailəsi ilə, uşaqları ilə maraqlansın. Kollektivə adaptasiya məsələsinə gəldikdə isə ailə özü kiçik bir kollektivdir. Bu kollektiv içində valideyn öz övladını mühafizə edə də bilər, psixologiyasına əks təsir də edə bilər və ya əks təsirlərdən qoruya da bilər. Bunun üçün də hər bir ailədə şərait var. Əgər hal- hazırda bizim sığınacaq da bağlıdırsa, ancaq bir mən və burda yaşayan iki xanımla birlikdə sığınacaqdakı uşaqları idarə edib, onlara diqqət və qayğı göstəririksə, uşaqların da heç bir psixoloji gərginliyi yoxdursa, deməli bu kiçik ailələrdə də alına bilər. Bu normal bir şeydir. Sadəcə insanların yanaşması fərqlidir. Mən anlayıram ola bilər maddi durumu çətin olan ailələr var, evində yaşlı ailə üzvü olan da ola bilər, sadəcə bu gün biz tolerant olduğumuzu nümayiş etdirməli, səbrli olmalıyıq. Çünki bütün qanunlar vətəndaşların qorunub saxlanılması üçün atılan addımlardır. Red: Ümumiyyətlə qeyd etdiyiniz kimi valideyn övladına zaman ayırmazsa, bu gələcəkdə (1-2 ay sonra), uşaqların özünə qapanması halı kimi özünü biruzə verə bilərmi? - Ümumiyyətlə uşaqlarda artıq bu proses çox güman ki, başlayıb, çünki bütün söhbətlər uşaqların yanında aparılır. Mətbuatda, sosial mediada eşitdikləri hər bir şeyi, şəbəkələrdə yayılan yalançı məlumatlar uşaqların yanında danışılıb, paylaşıldıqda bu uşaqlarda, fobiya, aqresiya, özünəqapanma yarada bilər. Yadınızdadırsa, yaxınlarda bir faciə baş vermişdi. Nərmin adlı qızımızı öldürdülər. Bununla bağlı nə qədər uşaqlarda ağır travma yaşanıldı. Evdən çıxmağa qorxurdular. İndi də bu virusla bağlı valideynlər doğru məlumatları övladlarına izah etməlidirlər. Qaldı ki, o şayələri uşaqların zehninə yeritmək sabah onların əlehinə çeviriləcək, valideynlərin əlehinə çevriləcək. Valideynlər bunun qarşısını almaq üçün övladları ilə mütəmadi iş aparmalıdırlar. Ehtiyac olarsa, online konsultasiyalarla psixoloqa müraciət edə bilərlər.
XATUN ETİBARQIZI