Azərbaycan-Böyük Britaniya əlaqələri yeni müstəvidə
Beynəlxalq münasibətlər sistemində dövlətlərarası əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və ortaq maraqların qorunması mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi iki ölkənin xarici siyasət əlaqələrində mühüm hadisə kimi qiymətləndirilə bilər.
2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnham tərəfindən Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu sənəd iki ölkə arasında uzun illər ərzində formalaşmış əməkdaşlığın yeni mərhələyə keçməsini rəsmiləşdirir.
Sənədin mühüm istiqamətlərindən biri regional sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması məsələsidir. Azərbaycanın dövlət suverenliyinə, ərazi bütövlüyünə vəbeynəlxalq hüququn fundamental prinsiplərinə hörmətin əsasgötürülməsi dövlətlərarası münasibətlərin qarşılıqlı etimad vəhüquqi bərabərlik əsasında qurulmasının vacibliyini bir daha önplana çıxarır. Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi, dövlətlər arasında iqtisadi əlaqələrin genişləndirilməsi vənəqliyyat-kommunikasiya xətlərinin inkişafı regionun gələcəkinkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın irəlisürdüyü regional əməkdaşlıq təşəbbüsləri ölkəmizin yalnız özmilli maraqlarını deyil, bütövlükdə regionda təhlükəsizliyin vəiqtisadi tərəqqinin təmin olunmasını hədəflədiyini nümayişetdirir.
Azərbaycan və Böyük Britaniya arasında imzalanmış sənəddə hüquq-mühafizə orqanları arasında əməkdaşlığın, sərhəd idarəçiliyinin və hüquqi sahədə qarşılıqlı fəaliyyətin gücləndirilməsinin nəzərdə tutulması təhlükəsizlik anlayışına kompleks yanaşmanı əks etdirir. Burada məqsəd yalnız hərbi təhlükəsizlik imkanlarını artırmaq deyil, həm də hüququn aliliyini və dövlət institutlarının dayanıqlılığını möhkəmləndirməkdir. Bununla yanaşı, çoxtərəfli platformalarda əməkdaşlıq niyyətinin ifadə olunması tərəflərin beynəlxalq təhlükəsizlik məsələlərində ortaq maraqlar əsasında fəaliyyət göstərmək perspektivlərini genişləndirir.
Azərbaycan-Böyük Britaniya münasibətlərinin mühüm istiqamətlərindən biri iqtisadi əməkdaşlıqdır. Xüsusilə enerji sektoru iki ölkə arasında iqtisadi əlaqələrin formalaşmasında mühüm rol oynamışdır. Bununla belə, yeni Bəyannamədə əməkdaşlığın bərpaolunan enerji, nəqliyyat, logistika, maliyyə, infrastruktur və xidmətlər kimi müxtəlif sahələri əhatə etməsi iqtisadi münasibətlərin daha geniş əsaslar üzərində inkişaf etdirilməsinə yönəlmiş yanaşmanı ortaya qoyur.
Enerji təhlükəsizliyi və yaşıl enerji keçidi də yeni tərəfdaşlıqmünasibətlərinin diqqət mərkəzində olan əsas məsələlərdəndir. Azərbaycan ənənəvi enerji resursları ilə yanaşı, bərpaolunanenerji potensialının inkişafına, enerji səmərəliliyinin artırılmasınavə ətraf mühitin mühafizəsinə xüsusi önəm verir. Bu baxımdanBöyük Britaniya ilə yaşıl texnologiyalar, alternativ enerjimənbələri, aşağı karbon iqtisadiyyatı və ekoloji innovasiyalarsahəsində əməkdaşlığın genişləndirilməsi Azərbaycanın dayanıqlı inkişaf strategiyasının həyata keçirilməsinə əlavəimkanlar yarada bilər. Enerji siyasətinin müasir tələblərəuyğunlaşdırılması ölkəmizin beynəlxalq enerji sistemindəmövqeyinin daha da möhkəmləndirilməsi baxımındanəhəmiyyətlidir.
Azərbaycan və Böyük Britaniya arasında imzalanmış sənəddə ikitərəfli ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, bizneslərarası münasibətlərin təşviqi və yeni kommersiya tərəfdaşlıqlarının yaradılması əsas iqtisadi prioritetlər kimi müəyyən edilir. Bu baxımdan Böyük Britaniyanın maliyyə, texnologiya və xidmət sektorlarında təcrübəsi, Azərbaycanın isə əlverişli coğrafi mövqeyi, enerji resursları və regional nəqliyyat imkanları qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş potensial yaradır.
Bəyannamədə elm, təhsil, innovasiya və insan kapitalınıninkişafı istiqamətlərinə verilən diqqət də xüsusi qeydolunmalıdır. Müasir dövrdə dövlətlərin inkişaf səviyyəsi yalnıztəbii sərvətlər və iqtisadi göstəricilərlə deyil, eyni zamanda elmipotensial, yüksək ixtisaslı kadrlar, texnoloji imkanlar vəinnovativ idarəetmə mexanizmləri ilə müəyyən edilir. Böyük Britaniyanın təhsil və elmi tədqiqat sahəsindəki təcrübəsindənyararlanmaq, ali təhsil müəssisələri arasında əlaqələrigenişləndirmək, mütəxəssislərin hazırlanması və ixtisasartırmaproqramlarını inkişaf etdirmək Azərbaycanın gələcək inkişafprioritetləri ilə uzlaşır. Bu əməkdaşlıq dövlət idarəçiliyindəmüasir yanaşmaların tətbiqinə, rəqəmsal transformasiyanın sürətləndirilməsinə və peşəkar insan resurslarınınformalaşdırılmasına da müsbət təsir göstərə bilər.
Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan və Böyük Britaniya münasibətlərinin gələcək inkişafı üçün etibarlı yol xəritəsi rolunu oynayır. Sənəddə əksini tapan çoxşaxəli əməkdaşlıq mexanizmləri həm iki ölkənin milli maraqlarının reallaşdırılmasına, həm də qlobal və regional səviyyədə sabitliyin, təhlükəsizliyin və davamlı tərəqqinin təmin olunmasına mühüm töhfə verəcəkdir.
Samid Cəfərov,
Salyan rayonu Qarabağlı kənd 2 saylı tam orta ümumtəhsil məktəbin müəllimi