Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ

İrəvan Sammiti: Cənubi Qafqazda "Böyük Sülh"ün İqtisadi Təməlləri

2026-05-05 20:03:27 8806 baxış
Xəbər şəkil

 

2026-cı il mayın 4-də Avropa Siyasi Birliyinin İrəvanda keçirilən 8-ci Zirvə toplantısı regionun siyasi arxitekturasında köklü dəyişikliklərin carçısı oldu. Azərbaycan Prezidenti İlham Əliyevin videobağlantı vasitəsilə etdiyi çıxış, illərdir davam edən münaqişə ritorikasının yerini qarşılıqlı faydalı əməkdaşlığa və iqtisadi inteqrasiyaya verdiyini nümayiş etdirdi.
Avropa qitəsində təhlükəsizliyin, sabitliyin və rifahın gücləndirilməsi məqsədilə yaradılan “Avropa Siyasi Birliyi” Avropa İttifaqı üzvləri ilə yanaşı, qitənin digər ölkələrini də bərabərhüquqlu tərəfdaş kimi bir araya gətirir. Azərbaycanın bu Birliyin Zirvə toplantılarında iştirakı, günün aktual məsələləri ilə bağlı mövqeyinə verilən önəm ölkəmizin beynəlxalq münasibətlər sistemində yerinin və rolunun, eyni zamanda, Avropa ilə əməkdaşlığının təqdimatında əhəmiyyətli rol oynayır.
Prezidentin çıxışında ən diqqətçəkən məqam Azərbaycanın Ermənistana qarşı tətbiq etdiyi tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırması faktı idi. İrəvana Azərbaycan üzərindən 28 min ton yükün və 12 min ton neft məhsulunun çatdırılması, Bakının sülhə sadiqliyini təkcə sözdə deyil, həm də əməldə sübut etdiyini göstərir. Bu addım Ermənistanın blokadadan çıxması və regionun nəqliyyat qovşağına çevrilməsi yolunda atılan ən böyük addımlardan biri kimi qiymətləndirilir.
Prezident İlham Əliyevin hər zaman çağırışlarında bu reallıq xüsusi qeyd edilir ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. Öz inkişafı uğrunda illər, onilliklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər.
Dövlət başçımızın çıxışında xüsusi vurğulanan layihələrdən biri “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” oldu. Bu təşəbbüs Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə yanaşı, onu Orta Dəhlizin mühüm komponentinə çevirəcək. Layihə yalnız regional deyil, Avrasiya miqyasında logistika və ticarət axınlarına təsir göstərə biləcək potensiala malikdir.Bu kontekstdə Azərbaycan artıq tranzit ölkədən daha çox – regional logistika qovşağına çevriləcəkdir. Ermənistanın da bu layihədə iştirak perspektivi isə sülhün iqtisadi əsaslarını daha da gücləndirəcək.
Prezident cənab İlham Əliyev   Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi qurumların fəaliyyətini kəskin tənqid etdi. Azərbaycanın 2001-ci ildən Avropa Şurası üzvü olmasına baxmayaraq, xüsusilə 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda separatçılığa son qoymasından sonra tətbiq edilən məhdudiyyətlər rəsmi Bakı tərəfindən siyasi motivli addım kimi qiymətləndirilir. Prezident İlham Əliyevin arqumentinə görə, Azərbaycanın ərazi bütövlüyünün bərpası beynəlxalq hüquqa uyğun olsa da, bəzi Avropa institutları bunu fərqli standartlarla qiymətləndirir. Bu isə beynəlxalq münasibətlər sistemində selektiv yanaşma problemini bir daha gündəmə gətirir.
Cənab Prezidentin vurğuladığı kimi BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. 2021–2026-cı illər ərzində Avropa Parlamentinin Azərbaycanla bağlı 14 qətnamə qəbul etməsi qərəzli siyasi xəttdir. Cənab Prezident bu sənədləri “böhtan və yalanlarla dolu” adlandıraraq, onların sülh prosesinə töhfə vermək əvəzinə, əksinə, sabotaj xarakteri daşıdığını qeyd etdi. Bu kontekstdə Azərbaycan Respublikasinin parlamentinin mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırması, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoyması və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlaması ilə bağlı rəsmi qərarı institusional cavabdır. Bu addım həm də Azərbaycanın beynəlxalq münasibətlərdə daha selektiv və milli maraqlara əsaslanan siyasət yürütmək niyyətinin təzahürüdür.
Prezidentin sammit iştirakçılarını 2028-ci ildə Azərbaycana dəvət etməsi strateji bir gediş kimi qəbul edilməlidir. Bu, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və regionun lider dövləti statusunun təsdiqidir. 2025-ci ilin Vaşinqton bəyannaməsi ilə əsası qoyulan "doqquz aylıq sülh" artıq daha böyük layihələrin həyata keçirilməsi üçün münbit zəmin yaradıb.
Avropa Siyasi Birliyi Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin videobağlantı formatında çıxışı müasir Azərbaycan diplomatiyasının çevikliyi və praqmatik yanaşmasının növbəti nümunəsi kimi qiymətləndirilə bilər Prezident İlham Əliyevin çıxışı regionda "əbədi düşmənçilik" mifini dağıdaraq, yerinə qarşılıqlı etimada və iqtisadi maraqlara söykənən yeni bir konsepsiya təqdim etdi. 4 may sammiti Cənubi Qafqazın Avropa ailəsinə inteqrasiyasında yeni bir səhifə açdı.


     Nübar Bayramova, 
     Salyan Rayon Heydər Əliyev Mərkəzinin direktoru





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02