Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ

Anım Günü – qəhrəmanlıq və ehtiram günü

2025-09-26 11:11:51 11660 baxış
Xəbər şəkil

 

Azərbaycan tarixində 27 Sentyabr xüsusi rəmzə çevrilmiş gündür. Bu gün biz təkcə itkilərimizi yad etmirik, həm də bir millət olaraq göstərdiyimiz qəhrəmanlıq, həmrəylik və mübarizənin böyüklüyünü dərk edirik.
2020-ci ildə başlanan Vətən müharibəsi xalqımızın gücünü, iradəsini və birliyini bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu uzun illər boyu işğal altında qalmış torpaqlarımızı azad etdi. Bu tarixi zəfər təkcə hərbi qələbə deyildi – o, həm də milli qürurumuzun, dövlətimizin qüdrətinin və xalqımızın yenilməzliyinin təntənəsi idi.
44 günün hər anı xalqımızın yaddaşında əbədi qaldı. Cəbhədən gələn hər qələbə xəbəri hər bir azərbaycanlının qəlbində ümid çırağını yandırdı, vətənpərvərlik ruhunu daha da alovlandırdı. Şuşaya sancılan üçrəngli bayraq isə həm tarixi ədalətin bərpası, həm də əcdadlarımızın ruhuna ehtiram idi. Bu gün həmin bayraq Xankəndidə, Xocalıda, Ağdərədə, Laçında dalğalanaraq xalqımızın qüdrətini bütün dünyaya göstərir.
Lakin bu möhtəşəm Qələbənin arxasında böyük bir fədakarlıq dayanır. Minlərlə qəhrəman övladımız canını Vətən uğrunda fəda edərək şəhidlik zirvəsinə ucaldı. Onların hər biri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda əbədi qəhrəmanlıq dastanının parlaq səhifələrini yazdı. Qazilərimiz isə göstərdikləri şücaət və igidliklə xalqımızın fəxarət mənbəyinə çevrildilər.
Tarixi Zəfərimizdən bəhs edərkən Qələbənin əsas qəhrəmanının Azərbaycan əsgəri, Azərbaycan zabiti olduğunu dövlət başçısı İlham Əliyev çıxışlarında dəfələrlə xüsusi qeyd edir. Vətən müharibəsində 2908 Azərbaycan hərbçisi şəhid oldu, mindən çox əsgər yaralandı, 6 nəfər itkin düşdü. Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında daim bu çağırışı edir ki, biz şəhidlərin qisasını döyüş meydanında aldıq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. Şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən daim yüksək qiymətləndirilir. Şəhid ailələri və qazilərimiz  dövlətin diqqətindədir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Bu məqsədlə bütün aidiyyəti dövlət qurumlarının potensialı səfərbər olunub.  Vətən müharibəsində Qələbə münasibətilə medal və ordenlərin təsis olunması da bu diqqətin tərkib hissəsidir. 
Qələbənin əbədiləşdirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqətdədir. Şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində sağlamlığını itirmiş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması məqsədilə yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək 18 mindən yuxarı hərbçi himayəyə götürülmüşdür, 93 milyona yaxın vəsait müvafiq istiqamətlər üzrə xərclənmişdir. Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Zəfər parkı yaradılmışdır.
Bu gün Azərbaycan yeni bir dövr yaşayır – azad edilmiş torpaqlarda quruculuq və bərpa işləri sürətlə gedir. Hər tikilən ev, məktəb, hər açılan yol şəhidlərimizin ruhuna ehtiramın ən gözəl təcəssümüdür. Onların qanı ilə alınan Qələbə bu torpaqlarda gələcək nəsillərə firavan həyat bəxş edir.
Bir sözlə, 27 Sentyabr – Anım Günü yalnız matəm və hüzn günü deyil. Bu gün Azərbaycan xalqının birliyini, qəhrəmanlığını, ədalət uğrunda mübarizəsini və tarixi zəfərini simvolizə edən gündür. Bu gün, şəhidlərimizin ruhuna dua etməklə yanaşı, biz bir daha öz milli kimliyimizi, torpağa, dövlətə və ədalətə olan bağlılığımızı təzələyirik. Onların müqəddəs qanı ilə azad edilən torpaqlarımızda yenidən həyat, ədalət və sülh bərqərar olur. 

Cavid Ağayev, 
Salyan rayon Peyk kənd tam orta məktəbin direktor müavini, YAP fəalı





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02