Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ

Azad edilmiş torpaqlarımızda yeni inkişaf dövrü

2025-09-20 22:36:04 1626 baxış
Xəbər şəkil

 

Azərbaycan xalqı 2020-ci il Vətən müharibəsində qazandığı tarixi Qələbə və 2023-cü ilin 19–20 sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində öz ərazi bütövlüyünü tam təmin etdi. Dövlət suverenliyinin bərpası xalqımızın əsrlər boyu həsrətində olduğu bir amal idi. Bu Qələbə Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətinin, xalqımızın milli həmrəyliyinin və yenilməz iradəsinin bariz nümunəsi kimi tarixə yazıldı.
Bu tarixi nailiyyətlərin davamı olaraq, Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən 20 Sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilir. Bu mühüm qərar yalnız şəhər günlərinin təsis olunması deyil, eyni zamanda Zəfərimizin əbədiləşdirilməsi, xalqımızın qəhrəmanlıq yolunun, suverenliyin bərpasının və Böyük Qayıdışın rəmzi kimi dəyərləndirilir. Bu günlər həm 30 illik işğal dövrünü, həm 44 günlük Vətən müharibəsini, həm də birgünlük antiterror tədbirlərinin uğurla nəticələnməsini özündə ehtiva etməklə bərabər, azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinin və soydaşlarımızın öz doğma yurdlarına dönüşünün təqdimatında da xüsusi əhəmiyyət kəsb edir.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu tarixi mərasim xalqımızın yaddaşında silinməz iz qoydu. Xankəndi şəhərindən xalqa müraciət edən dövlət başçısı vurğuladı ki, Azərbaycan xalqı bu Qələbəyə layiq olub və onu öz qanı, canı bahasına qazanıb: “Bu gün burada qaldırdığım Bayraq əbədi dalğalanacaq və biz bu torpaqlarda əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Son iki ildə bu bölgələrdə genişmiqyaslı işlər görülməkdədir. Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə həyata keçirilən infrastruktur layihələri, abadlıq-quruculuq tədbirləri, yeni yaşayış massivlərinin tikintisi və sosial obyektlərin inşası xalqımızın necə qurucu bir xalq olduğunu bir daha nümayiş etdirir. Bu proses həm də gələcəyə böyük inam yaradır, çünki məqsəd yalnız dağıdılmış şəhər və kəndləri bərpa etmək deyil, həm də bu torpaqlarda ən müasir şəhərsalma standartlarına cavab verən yeni həyat qurmaqdır.
Azad edilmiş digər torpaqlarımız kimi, Ağdərə də bu gün yeni inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Ağdərə rayonunun inzibati vahid kimi yaradılması bölgənin sürətli dirçəlişi üçün mühüm əsas oldu. Burada dövlətin xüsusi diqqəti ilə yol-nəqliyyat infrastrukturunun bərpası, enerji təminatının qurulması, su və qaz xətlərinin çəkilməsi istiqamətində intensiv işlər aparılır. Yeni məktəblərin, xəstəxanaların, mədəniyyət müəssisələrinin inşası, kənd təsərrüfatı və sənaye sahələrinin inkişaf etdirilməsi üçün layihələrin reallaşdırılması nəzərdə tutulur. Ağdərə yaxın illərdə həm iqtisadi, həm də sosial baxımdan bölgənin mühüm inkişaf mərkəzlərindən birinə çevriləcək.
Azərbaycan dövləti bu torpaqlarda yalnız dağıdılmış binaları bərpa etmir, həm də tarixi-mədəni irsi dirçəldir, dini abidələri, məscidləri, qəbiristanlıqları, tarixi yaşayış məkanlarını bərpa etməklə milli yaddaşımızı qaytarır. Bu isə xalqımızın tarixi köklərinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əvəzsiz əhəmiyyətə malikdir.
Bu gün Ağdərədə dalğalanan üçrəngli Azərbaycan Bayrağı dövlətimizin ərazi bütövlüyünün təmin olunmasının, xalqımızın sarsılmaz iradəsinin və tarixi ədalətin bərpasının simvoludur. Qarabağ torpaqlarında, o cümlədən Ağdərədə yeni həyat başlayır – quruculuq, inkişaf və tərəqqi dövrü. Bu günkü reallıqlar göstərir ki, Azərbaycan xalqı və dövləti yalnız Qələbə qazanmaqla kifayətlənməyib, həm də həmin Qələbəni möhkəmləndirərək əbədi edəcək.

 

Rəşad Tağızadə, 
Salyan rayon Ərəbqardaşbəyli kənd tam orta məktəbin direktoru, YAP fəalı





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02