Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ

“Dövlət suverenliyi – tariximizin şərəfli zirvəsi”

2025-09-19 09:13:25 4141 baxış
Xəbər şəkil

 

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlət qurmaq və onu inkişaf etdirmək ən böyük nailiyyətdir. Azərbaycan xalqı da tarix boyu müstəqillik amalını öz milli kimliyinin əsası hesab etmiş, azadlıq uğrunda yorulmadan mübarizə aparmışdır. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi işğal, faciə və məhrumiyyətlər xalqımızın iradəsini sarsıda bilməmiş, əksinə, müstəqillik və dövlətçilik ideyaları daha da güclənmişdir.
Müasir Müstəqil Azərbaycan dövlətinin əsası dahi lider, Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. O, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra dövlətçiliyin möhkəmlənməsi, ölkənin sabitliyi və inkişafı üçün qətiyyətli addımlar atdı. Ulu Öndərin həyata keçirdiyi siyasət müstəqilliyimizin əbədi və dönməz xarakter almasını təmin etdi. Onun müəyyənləşdirdiyi bu strateji kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan XXI əsrin müasir, qüdrətli dövlətinə çevrildi. Onun qətiyyətli və uzaqgörən siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə söz sahibi oldu, iqtisadi cəhətdən gücləndi, ordu quruculuğu sahəsində misilsiz nailiyyətlər əldə edildi. Məhz bu uğurlu siyasət 2020-ci ildə tarixi qələbəyə yol açdı.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi xalqımızın şanlı qəhrəmanlıq səhifəsinə çevrildi. Prezident İlham Əliyevin dediyi kimi: “Bizim güclü ordumuz var idi, biz birləşmiş xalq idik. Bizim bir amalımız var idi – torpaqlarımızı işğaldan azad etmək.” Bu birlik və güc nəticəsində 44 gün ərzində Azərbaycan Ordusu torpaqlarımızı azad etdi, dövlətimizin ərazi bütövlüyünü bərpa etdi, ədalət və tarixi həqiqət qalib gəldi.
Lakin mübarizə bununla yekunlaşmadı. Qarabağda separatizmin qalıqlarının birdəfəlik aradan qaldırılması üçün Azərbaycan dövləti qətiyyətli mövqe nümayiş etdirdi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri ilə separatçı silahlı birləşmələr tam zərərsizləşdirildi, dövlətimizin suverenliyi tam şəkildə bərpa olundu.
Prezident İlham Əliyev həmin tarixi günlərdə xalqa müraciətində böyük qürurla bəyan etdi: “Azərbaycan öz suverenliyini tam bərpa edib. Azərbaycanın bayrağı artıq Qarabağın hər bir guşəsində dalğalanır. Bu, tarixi ədalətin, xalqımızın iradəsinin, dövlətimizin gücünün təntənəsidir.” Bu sözlər yalnız qələbənin təsviri deyil, həm də yüz illərlə davam edən milli arzunun reallığa çevrilməsinin ən böyük ifadəsidir.
20 Sentyabr – Dövlət Suverenliyi Günü məhz bu tarixi hadisənin şərəfinə təsis edilmişdir. Bu gün Azərbaycan xalqının qürur və iftixar günü, müstəqilliyimizin dönməzliyinin və dövlətimizin qüdrətinin rəmzidir. Bu tarixi qələbənin müəllifi xalq-iqtidar birliyidir. Qəhrəman əsgər və zabitlərimizin şücaəti, şəhidlərimizin canı və qanı bahasına Azərbaycan öz milli haqlarını bərpa etdi. Prezident İlham Əliyevin “Dəmir Yumruq” kimi birləşdirdiyi xalqımız sarsılmaz iradəsi ilə tarix yazdı.
Bugünkü Azərbaycan həm regionda, həm də dünyada güc mərkəzinə çevrilmişdir. Müharibədən sonra formalaşan yeni reallıqlar, Zəngəzur dəhlizi ideyası, beynəlxalq əməkdaşlıq imkanları ölkəmizin strateji mövqeyini daha da gücləndirmişdir. Prezident İlham Əliyevin dediyi kimi: “Biz təkcə torpaqlarımızı işğaldan azad etmədik, biz milli ləyaqətimizi bərpa etdik, biz yeni reallıq yaratdıq.” 
Məhz bu səbəbdən 20 Sentyabr – Dövlət Suverenliyi Günü xalqımızın yaddaşında əbədi yaşayacaq. Bu gün Azərbaycan dövlətinin qüdrətinin, xalqımızın birliyinin və müstəqilliyimizin dönməzliyinin təntənəsidir. 
20 Sentyabr – Dövlət Suverenliyi Günü xalqımızın qürur günüdür, müstəqilliyimizin əbədi rəmzidir!

Elnur Hüseynov,
Salyan rayon Statistika İdarəsinin rəisi, YAP fəalı





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02