Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ

Kəlbəcərin dirçəlişi – Azərbaycanın qüdrətinin göstəricisi

2025-08-26 12:08:07 140 baxış
Xəbər şəkil

 

Azərbaycanın hər bir bölgəsi ölkəmizin tarixində, mədəniyyətində və inkişaf yolunda özünəməxsus yer tutur. Lakin Kəlbəcərin adı çəkiləndə həm strateji mövqeyi, həm də təbii sərvətləri, zəngin turizm potensialı və əsrarəngiz təbiəti ilə xüsusi vurğulanır. Təəssüf ki, bu qədim yurd uzun illər işğal altında qaldı, kəndləri dağıdıldı, şəhəri viran edildi. Xalqımız doğma torpaqlarından didərgin düşdü. Lakin 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər nəticəsində Kəlbəcər rayonu işğaldan azad edildi. Noyabrın 25-də Azərbaycan Ordusunun Kəlbəcərə daxil olması ilə tarixi ədalət bərpa olundu, xalqımız doğma diyarına qayıtmaq üçün ümid və inam qazandı.
Kəlbəcərin azad edilməsindən sonra burada genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi. Çətin relyef, sərt iqlim və mürəkkəb coğrafi şəraitə baxmayaraq, dövlətimizin iradəsi və gücü sayəsində qısa müddətdə yollar salındı, elektrik və rabitə xətləri çəkildi, sosial infrastruktur layihələri reallaşdırıldı. Bu işlər yalnız Kəlbəcərin dirçəldilməsi deyil, həm də bütün dünyaya Azərbaycanın azad edilmiş torpaqlarını necə sürətlə bərpa etdiyini göstərdi.
Prezident İlham Əliyevin Kəlbəcərə mütəmadi səfərləri bu prosesin əsas istiqamətlərini müəyyənləşdirir. Hər bir səfər həm simvolik, həm də praktiki məna daşıyır – dövlət başçısı şəxsən bölgəyə gələrək həm görülən işlərə nəzarət edir, həm də xalqımıza mesaj verir ki, Kəlbəcər qısa zamanda əvvəlkindən də abad olacaq.
2023-cü il avqustun 25-də Prezident İlham Əliyevin Kəlbəcər rayonuna səfəri bu baxımdan xüsusilə yadda qaldı. Həmin gün dövlət başçısı bir sıra mühüm layihələrin açılışında və təməlqoyma mərasimlərində iştirak etdi. İlk olaraq “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışı oldu. Bu stansiya həm ekoloji baxımdan təmiz enerji istehsalı, həm də Kəlbəcərin enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Regionun zəngin su ehtiyatları alternativ enerji mənbələrinin inkişafı üçün geniş imkanlar açır və bu layihələr Azərbaycanın “yaşıl enerji” siyasətinə uyğun olaraq həyata keçirilir.
Prezidentin səfəri çərçivəsində Kəlbəcərin tarixi brendi olan “İstisu”nun bərpası ilə bağlı mühüm işlər də diqqət mərkəzində oldu. Dövlət başçısı “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış oldu. Bu layihələr yalnız iqtisadi deyil, həm də sosial-mədəni əhəmiyyət daşıyır. Çünki “İstisu” brendi Azərbaycan xalqının yaddaşında xüsusi yer tutur və onun bərpası həm regiona turizm axınının artmasına, həm də yerli əhalinin məşğulluq imkanlarının genişlənməsinə xidmət edir.
Həmin gün həmçinin “AzərEnerji” ASC-nin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik Stansiyalarının açılışı həyata keçirildi. Bu stansiyalar da Azərbaycanın enerji sektorunun dayanıqlı inkişafına, regionun enerji təminatının gücləndirilməsinə xidmət edən strateji layihələrdir. Prezidentin səfəri çərçivəsində Kəlbəcərin Zar kəndinin təməlqoyma mərasimi də oldu. Bu hadisə sakinlərin qayıdışını təmin edəcək mühüm addımlardan biri kimi böyük rəmzi məna daşıyır. Zar kəndinin yenidən salınması Kəlbəcərin bərpası prosesində dönüş nöqtələrindən biri oldu.
2023-cü il noyabrın 7-də Prezident İlham Əliyev yenidən Kəlbəcərə səfər etdi və bu dəfə rayonun Vəngli kəndinə baxış keçirdi. Dövlət başçısının bu səfəri bir daha göstərdi ki, Kəlbəcərin hər guşəsi diqqət mərkəzindədir, hər bir kəndin dirçəldilməsi planlı şəkildə həyata keçirilir.
Bir sözlə, Prezident İlham Əliyevin Kəlbəcərə səfərləri, burada həyata keçirilən bərpa-quruculuq işləri Azərbaycanın azad edilmiş torpaqlara olan münasibətinin bariz göstəricisidir. Burada sadəcə evlər, yollar, stansiyalar tikilmir – burada yeni həyat, yeni ümidlər, gələcək nəsillər üçün güclü təməl qurulur. Kəlbəcərin dirçəlişi Azərbaycanın qüdrətinin, dövlət-xalq birliyinin və Prezidentin uzaqgörən siyasətinin canlı təzahürüdür.

Validə Həsənova,
YAP Salyan rayon təşkilatının GEM ərazi partiya təşkilatının sədri





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02