AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ VİTSE-PREZİDENTİ, HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, İSESCONUN XOŞMƏRAMLI SƏFİRİ, XANIM MEHRİBAN ƏLİYEVA
Bütün fəaliyyətinizdə bəşəri dəyərlərə söykənərək, insanlıq naminə atdığınız addımlarla 300 milyonluq Türk millətinin qəlbində və düşüncəsində geniş rəğbət qazanan, milli dövlətçiliyimizə ciddi töhfələr verən, möhtərəm cənab Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi hər zaman onunla birgə olan Sizi, böyük məmnuniyyətlə Doğum günü münasibətilə səmimiyyətlə öz adımdan, çoxminillik “Ana Vətən” Partiyasının üzvləri və ailəm adından təbrik edirəm.
Ötən əsrin 90-cı illərinin sonlarında başladığınız ictimai fəallıq, xalqımızın maddi və mədəni irsinə yönəltdiyiniz diqqət, sonrakı illərdə isə ölkəmizin Birinci xanımı kimi genişmiqyaslı fəaliyyətiniz Sizə təkcə Azərbaycanda deyil, Azərbaycandan kənarda da geniş şöhrət qazandırdı.
Tariximizə şanlı səhifələr yazan 44 günlük Vətən müharibəsində və 23 saatlıq anti-terror əməliyyatında olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızı Ali Baş Komandan, möhtərəm cənab Prezident İlham Əliyevlə yanaşı qarış-qarış addımlayaraq, bərpa və quruculuq işlərində də əhəmiyyətli rol oynayır, fədəkarlıq göstərirsiniz.
Hörmətli Mehriban xanım!
Doğum gününüz mübarək olsun!
Sizə Uca Tanrıdan möhkəm can sağlığı, ailə xoşbəxtliyi, şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Dərin hörmətlə,
Fəzail Ağamalı
"Ana Vətən" Partiyasının sədri