Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ

Laçın: Genişmiqyaslı Bərpa və İnkişafın Simvolu

2025-08-25 09:44:34 311 baxış
Xəbər şəkil

 

Azərbaycanın müasir tarixində Laçının azad olunması mühüm dönüş nöqtəsi oldu. Otuz ilə yaxın davam edən işğal dövründə dağıdılmış şəhər və kəndlər, məhv edilmiş infrastruktur, viran qoyulmuş təbiət indi yeni bir həyatla canlanır. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində Laçın rayonu bu gün ölkəmizin ən sürətlə inkişaf edən bölgələrindən birinə çevrilməkdədir.
Azadlıqdan dərhal sonra Laçında əsas diqqət şəhərsalma və infrastrukturun qurulmasına yönəldildi. Yeni yaşayış massivləri inşa olunur, müasir tələblərə cavab verən çoxmərtəbəli binalar, fərdi evlər, məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri tikilir. Laçın şəhərinin Baş planı artıq reallığa çevrilir. Burada ekoloji təmiz, yaşıllıqla zəngin, müasir memarlıq üslubunda salınan yeni məhəllələr sakinlərin rahat yaşayışı üçün nəzərdə tutulub.
Nəqliyyat infrastrukturu xüsusi əhəmiyyət daşıyır. Laçın şəhərinə, eləcə də rayonun kəndlərinə gedən yollar tamamilə yenidən qurulur. Qarabağı və Şərqi Zəngəzuru Azərbaycanın digər bölgələri ilə birləşdirən yeni avtomobil magistralları çəkilir. Bu yollar həm iqtisadiyyatın inkişafına, həm də turizmin canlanmasına böyük töhfə verir.
Laçında bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. Bu işlərdən biri də Laçın rayonunun sənaye zonasında yaradılan mebel fabrikidir. Müəssisədə yataq və qonaq otaqları dəstlərinin, qapıların və digər mebel məhsullarının istehsalı nəzərdə tutulub. Fabrikin illik istehsal gücü 3 min kubmetrdir. Burada Avropa ölkələrinin, Türkiyə və Çinin istehsalı olan avadanlıqlardan, Türkiyə və Rusiyadan alınan xammaldan istifadə olunacaq. İstehsal sahələrində hazırda 54 nəfər çalışır ki, onların da 42-si Laçın sakinidir. İş həcminə görə gələcəkdə işçilərin sayının artırılması nəzərdə tutulur. Prefabrik modul evlərin istehsalı müəssisəsində isə ildə 200 ev hazırlanacaq. Bu evlərin daş evlərdən üstünlüyü ondan ibarətdir ki, onlar zəlzələyə davamlı və yüksək dayanıqlılıqla yanaşı, ekoloji cəhətdən təmizdir. Həmçinin uzunömürlü və yanğına davamlı olan bu evlərin digər bir üstünlüyü isə qiymətinin daha sərfəli olmasıdır. Bu müəssisədə də 100 nəfər daimi işlə təmin olunub. Xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin illik istehsal gücü 17 min baş heyvan kəsiminə imkan verir. Bu müəssisədə 30 nəfər işlə təmin olunacaq.
Bu cür layihələrin icrası Laçının iqtisadi potensialını artırmaqla yanaşı, bölgənin beynəlxalq status və əhəmiyyətini də yüksəldir. Çünki burada yaradılan istehsal müəssisələri təkcə daxili bazarın tələblərini ödəmək deyil, həm də ixrac imkanlarını genişləndirmək baxımından böyük rol oynayacaq. Digər tərəfdən, yeni iş yerlərinin açılması Laçına qayıdan sakinlərin məşğulluğunu təmin edir, onların sosial rifahını yüksəldir.
Laçın təbiətinin qorunması və bərpası xüsusi diqqət mərkəzindədir. Burada meşələrin bərpası, çayların və dağ bulaqlarının ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Alternativ enerji layihələri, xüsusilə günəş və külək enerjisi potensialının reallaşdırılması bölgəni “yaşıl enerji zonası”na çevirəcək. Bu da həm ekoloji tarazlığı qoruyacaq, həm də Azərbaycanın enerji ixrac imkanlarını genişləndirəcək.
Laçında görülən bütün bu işlər yalnız rayonun sosial-iqtisadi inkişafına xidmət etmir. Bu layihələr həm də Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirir. Laçın strateji mövqeyinə görə Şərqi Zəngəzurun iqtisadi qapısıdır. Buradan keçən beynəlxalq yol xətləri, yaradılan sənaye və kənd təsərrüfatı müəssisələri regionun tranzit-logistika imkanlarını artırır, xarici sərmayədarlar üçün yeni fürsətlər yaradır.
Bir sözlə, bu gün Laçın dirçəliş və inkişaf mərhələsindədir. Burada həyata keçirilən layihələr bir tərəfdən yerli əhalinin rifahını yüksəldir, digər tərəfdən Azərbaycanın iqtisadi gücünü, beynəlxalq statusunu artırır. Laçın artıq təkcə işğaldan azad edilmiş bir diyar deyil, həm də müasir iqtisadi, sosial və ekoloji layihələrin tətbiq olunduğu yeni inkişaf mərkəzidir.

Aysel Hüseynova, 
YAP Salyan rayon təşkilatının gənc fəalı





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02