Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ

Paşinyanın Xankəndi qərarı - Qərb nəticə çıxarmalıdır

2025-08-21 11:15:08 216 baxış
Xəbər şəkil

 

Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib ki, Qarabağ məsələsinin Vaşinqton razılaşması ilə birdəfəlik bağlandığı barədə tənqidlər eşidir. Hökumət başçısı xatırladıb ki, hələ 2025-ci ilin martında parlamentdə bu haqda mövqeyini açıq şəkildə bəyan edib.

"Demişdim ki, Ermənistanı Qarabağ hərəkatının davam etdirilməsini istisna edən yolla aparacağam. Demişdim ki, xalq bununla razı deyilsə, onu inqilaba çağırıram. Xalq - siz, əziz vətəndaşlar, ona görə inqilab etmədiniz ki, anladınız: Qarabağ məsələsi bağlanmadan sülhdən söhbət gedə bilməz".

Baş nazir bildirib ki, Qarabağ məsələsi bəzi qüvvələr tərəfindən Ermənistanın müstəqilliyinin və dövlətçiliyini inkişaf etdirməsinin qarşısını almaq üçün alət kimi istifadə olunub. O, Qarabağı könüllü tərk etmiş erməni əsilli şəxslər barədə də danışıb.

"Bu barədə bildirmişdim, təkrar edirəm: onların Azərbaycana qayıtması qeyri-realdır və sülh üçün təhlükəlidir. Ermənistan beynəlxalq ictimaiyyətlə birlikdə onların ölkəmizdə yaşaması və inteqrasiyası üçün şərait yaratmalıdır", - deyə Paşinyan vurğulayıb.

Göründüyü kimi, o, həm ermənilərin Qarabağa qayıdışını istisna edib və bununla da məsələyə möhür vurub, həm də revanşistlərdən, erməni lobbisindən, Avropa Parlamenti və digər ermənipərəst Qərb təsisatlarından fərqli olaraq, onların bölgəmizi öz xoşu ilə tərk etdiyini dolayısı ilə təsdiqləyib, "etnik təmizləmə" kimi absurd ittihamlar səsləndirməyib.

Bu, təbiidir, Paşinyan əksini söyləsəydi, sülh prosesinə zərbə vurmuş olardı. Ona görə də xalqa müraciətində bu yanaşması ilə əslində Avropa təşkilatlarını və erməni revanşistlərini ciddi şəkildə məyus edib. Bu günlərdə bir qrup avropalı deputat yenə çeynənmiş fikirləri təkrarlamışdı. Baş nazirin bu açıqlaması artıq revanşistləri hərəkətləndirib. Keçmiş prezident Levon Ter-Petrosyan Paşinyanı tənqid edib.

Maraqlıdır, bundan sonra yenə də Avropa Şurası, Avropa Parlamenti, Fransa Senatı, ABŞ Konqresində bəzi ermənipərəst üzvlər və digər Qərb təşkilatları Azərbaycana qarşı "etnik təmizləmə" ittihamını davam etdirəcəklərmi? Ermənilərin qayıdışının qeyd-şərtsiz olması barədə əsassız çağırışlar edənlər susacaqmı, yoxsa yenə qərəzli mövqedən çıxış edəcəklər?

Deputat Günay Ağamalı televiziya və radio işçilərini təbrik edib "  Newscenter.az

Günay Ağamalı 

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı "Yeni Müsavat"a söylədi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın xalqa müraciətində Qarabağ məsələsini birdəfəlik bağladığını açıq şəkildə bəyan etməsi əslində regionda sülh prosesinin alternativsizliyini bir daha təsdiqləyir: "Paşinyanın "ermənilərin Azərbaycana qayıtması qeyri-realdır" sözləri isə həm revanşist qüvvələrin, həm də Qərbdəki ermənipərəst dairələrin illərdir ortaya atdığı saxta "etnik təmizləmə" iddialarını puç edir. Əgər bu bəyanatı Ermənistanın baş naziri səsləndirirsə, deməli, Avropa Şurası, Avropa Parlamenti, Fransa Senatı və ABŞ Konqresindəki müəyyən dairələrin Azərbaycana qarşı  bundan sonra da həmin tezislər və əsassız ittihamlarla çıxış etməsi, sadəcə, öz maraqları kontekstində siyasi təzyiq vasitəsi olmaqdan başqa bir şey deyil.

Aydındır ki, istər Ermənistan daxilində, istərsə də xaricdə yaşayan bəzi erməni lobbisinin nümayəndələri baş nazir Nikol Paşinyanın addımlarını qəbul etmir. Xüsusilə keçmiş Qarabağ məsələsindən Ermənistan daxilində hakimiyyət uğrunda mübarizə vasitəsi kimi istifadə edən qüvvələr bu gün də Paşinyanı hədəfə alırlar. Bütün bunlar yalnız iki ölkə arasında nifaqın, münaqişənin davam etməsi üçün hesablanmış ritorikadır. Lakin unudulmamalıdır ki, Azərbaycanın tarixi zəfəri nəticəsində bölgədə tamamilə yeni geosiyasi reallıqlar yaranıb. Bu reallığı hər kəs, eyni zamanda bəzi Qərb dairələri də qəbul etməli və hörmətlə qarşılamalıdır. Ermənistan rəhbərliyi nəhayətdə anlayır ki, Qarabağ  mövzusu ölkəni yalnız xaosa aparırdı.

Bu baxımdan bəzi Qərb institutları əgər həqiqətən də regionda sülh və sabitlik istəyirlərsə, bundan sonra qərəzli mövqedən çıxış etməyi dayandırmalı, Azərbaycan və Ermənistan arasında əldə olunmuş tarixi razılaşmanın möhkəmləndirilməsinə töhfə verməlidirlər. Paşinyanın açıqlaması bir daha göstərdi ki, sülhün alternativi yoxdur. Hazırda əsas məsələ revanşizmə dəstək verən dairələrin məsuliyyətli mövqeyə gəlməsidir. Azərbaycanın iradəsi, qətiyyəti və beynəlxalq hüquqa əsaslanan mövqeyi isə dəyişməzdir".

Azərbaycan bölgədə prosesləri diktə edən tərəfdir" - Əli Zülfüqaroğlu - ÖZƏL

Əli Zülfüqaroğlu

Siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, Paşinyanın yürütdüyü siyasətə qarşı çıxan ilk növbədə kilsə və erməni lobbisidir. Onun fikrincə, indiyə qədər Paşinyanın "real Ermənistan" tezisindən narahat olan və müxtəlif etiraz aksiyaları təşkil edən də əsasən bu qüvvələr idi: "Real vəziyyət ondan ibarətdir ki, "Böyük Ermənistan" uydurması Ermənistan dövlətini fəlakətə sürüklədi. Bu ideologiyanın nəticəsi olaraq, Ermənistan Azərbaycan torpaqlarını uzun illər işğalda saxlasa da, sonda Azərbaycan ərazilərini azad edərək, Ermənistanı kapitulyasiyaya məcbur etdi. Daha sonra birgünlük antiterror tədbirləri ilə Azərbaycan suverenliyini tam təmin etdi və separatizmin kökünü kəsdi. Bundan sonra isə Ermənistanda separatçılarla Paşinyan tərəfdarları arasında ideoloji ziddiyyətlər dərinləşdi".

Ə.Zülfüqaroğlu əlavə edib ki, sülh prosesinə zərbə vurmaq istəyən qüvvələr Paşinyanı xəyanətdə ittiham edərək, ölkədə xaotik durum yaratmaq və Paşinyanı devirməyə cəhdlər etsələr də uğursuzluğa düçar oldular: "Digər tərəfdən, Paşinyan atdığı radikal addımlarla o mesajı verdi ki, bu cür cəhdlərə qarşı son dərəcə sərt olacaq. Üçtərəfli bəyannamədə Azərbaycanın tələbi ilə yer alan bəndlərdən birində revanşist niyyətlərə qarşı ilkin tədbirləri görmək məsuliyyəti də məhz Ermənistan dövlətinin üzərinə qoyulub. Yəni Ermənistan daxilində bu cür cəhdlər olacağı halda ilk addımı Ermənistanın özü atmağa məcburdur". Amma bu o demək deyil ki, belə cəhdlər olmayacaq. Ermənistan daxilində kilsə revanşistlər hökumətə qarşı propaqanda aparmaq üçün bu kartlardan istifadə etməyə çalışacaqlar. Paşinyanın apardığı siyasət nəticəsində Ermənistan dövlətindəki konstitusion hüquqlarından məhrum edilmə perspektivlərinə görə, kilsə ilə yanaşı lobbi də təxribatçı qruplara dəstək verəcək. Eyni zamanda erməni lobbisinin rüşvətlə ələ aldığı müxtəlif beynəlxalq təşkilat və Qərb dövlətlərinin parlament üzvləri bu cür cəhdlər etməyə çalışacaqlar. Amma istənilən halda proses müsbət istiqamətdə inkişaf edir və qeyri-adekvat cəhdlər fiasko ilə nəticələnəcək".





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02