Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ

AZƏRBAYCAN DİPLOMATİYASINDA YENİ İNTEQRASİYA MƏRHƏLƏSİ: VAŞİNQTON GÖRÜŞÜ 

2025-08-11 22:48:37 328 baxış
Xəbər şəkil



Artıq bir neçə gündür ki, bütün dünyanın nəzər və diqqəti Vaşinqtonda baş tutan üçtərəfli görüşə köklənmişdir. Düşünürəm ki, diplomatiyasının növbəti uğuru haqqında hər birimizin yazacaq sözü, qürurla paylaşılacaq fikirləri vardır. 
Gəlin əvvəlcə bu möhtəşəm görüşün siyasi və hüquqi kontekstinə i nəzər salaq. 
Vaşinqton görüşü sadəcə protokol xarakterli bir tədbir deyildi, bu, Azərbaycanın illərdir formalaşdırdığı müstəqil və çevik xarici siyasət kursunun məntiqi nəticəsi idi. Prezident İlham Əliyevin Ağ Evdə yüksək səviyyəli müzakirələri, strateji tərəfdaşlıqdan tutmuş enerji təhlükəsizliyi, regional sabitlik və yeni iqtisadi imkanlar mövzularına qədər geniş spektrdə aparıldı.
ABŞ-ın dünya siyasətində oynadığı həlledici rol və Azərbaycanın regionun enerji və nəqliyyat mərkəzinə çevrilməsi faktı bu dialoqun əhəmiyyətini daha da artırırdı. Bu görüş, hər iki dövlətin qarşılıqlı maraqlarını qoruyaraq, eyni zamanda beynəlxalq arenada sülh və əməkdaşlıq naminə atılan önəmli addımların nümunəsinə çevrildi.
Diplomatik məkanlarda belə anlar təsadüfi baş vermir, onlar illərlə aparılan məqsədyönlü siyasətin, prinsipial mövqenin və qarşılıqlı etimadın məhsulu olur. Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsi artıq başlanıb və bu mərhələnin mərkəzində qarşılıqlı hörmət, güclü tərəfdaşlıq və regionun təhlükəsizliyinə dair ortaq vizion dayanır.Biraz daha dolğun analız edək. 
2025-ci il avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evdə keçirilən üçtərəfli görüş  ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan yüksək səviyyəli danışıqlar, Cənubi Qafqazın diplomatik tarixində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir və dünya gündəminin prioritetinə çevrilmişdir.  Bu görüş yalnız Ermənistan–Azərbaycan sülh prosesinə təkan verməklə qalmadı, həm də Azərbaycan–ABŞ münasibətlərini strateji tərəfdaşlıq müstəvisinə yüksəltməyə nail oldu. 
 Strateji Tərəfdaşlığın İnstitusional Quruluşu bu görüşdə özünü göstərmiş oldu. 
Görüş zamanı imzalanan “Birgə Bəyannamə” və “Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu” ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcını qoydu. Memorandumun əsas məqsədi qarşılıqlı əməkdaşlıq mexanizmlərini rəsmiləşdirmək və enerji təhlükəsizliyi, rəqəmsal infrastruktur, süni intellekt, müdafiə və ticarət sahələrində davamlı tərəfdaşlıq qurmaqdan ibarət idi. 
Tarixi görüş zamanı eyni zamanda qarşıdakı altı ay ərzində hazırlanacaq “Strateji Partnyorluq Xartiyası”nın ikitərəfli münasibətlərin hüquqi bazasını möhkəmləndirəcəyi vurğulandı. 
 Sülh Gündəminə İnteqrasiya deyə bilərik bu möhtəşəm hadisəyə. Minsk Qrupunun Ləğvi və TRIPP Koridoru məhz buna sübutdur. 
Vaşinqton görüşündə Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasına yönəlmiş “Sülh və Dövlətlərarası Münasibətlər haqqında” ilkin saziş mətni razılaşdırıldığı ki elə məhz bu tarixi  sənədin mühüm maddələrindən biri ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılması üçün birgə müraciət etmək qərarı idi. 
Digər mühüm addım isə “Trump Route for International Peace and Prosperity” (TRIPP) adlanan strateji nəqliyyat və tranzit dəhlizinin yaradılması barədə razılaşmadır. Bu layihə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa bağlantını təmin edəcək və eyni zamanda beynəlxalq ticarət axınlarını optimallaşdıracaqdır. 
Bəs yaxşı geosiyasi və regional təsirlər nədən ibarət olacaq?
 Bu kontekstdə Ağ Ev görüşləri yalnız ikitərəfli münasibətlərin inkişafı deyil, həm də Cənubi Qafqazın yeni geosiyasi arxitekturasının formalaşması baxımından əhəmiyyətlidir. Bəli yeni tarix yazılmış oldu, yeni baxışlar, yeni istiqamətlər. 
Bunu həm də  simvolik və strateji dəyər kimi qiymətləndirək. 
Azərbaycan Xarici İşlər Nazirliyi səfəri “tarixi” adlandıraraq, əldə olunmuş razılaşmaları “strateji birlik səviyyəsinə yüksəldən uğur” kimi qiymətləndirməsi də bu fikrimizi bir daha möhkəmləndirmiş olur  Cənab Prezident İlham Əliyev isə görüşü “Azərbaycan–ABŞ münasibətlərində yeni səhifə” kimi xarakterizə etdi və bu mərhələni ölkəmizin beynəlxalq sistemdə nüfuzunun artması kimi dəyərləndirdi. Yəqin ki, hər kəs bunu qürur hisdi izləyib və qiymətləndirmişdir. 
Bir sülh sevər Azərbaycan  vətəndaşı  kimi mən də 8 avqust 2025-ci il Ağ Ev görüşlərini Azərbaycan diplomatiyasında fenomenal əhəmiyyətə malik  hadisə kimi səciyyələndirirəm.
Belə ki, strateji tərəfdaşlıq bazası hüquqi və institusional səviyyədə təsdiqlədiyini şahidi olduq. 
Sülh prosesi konkret mexanizmlərlə irəli aparıldı və bu da çox arzuolunan məqam idi. 
Ən əsası isə regional güc balansı Azərbaycan və ABŞ-ın xeyrinə dəyişdi.
Bu səbəbdən Vaşinqton görüşləri yalnız 2025-ci ilin diplomatik hadisəsi deyil, həm də Azərbaycanın çoxqütblü beynəlxalq sistemdə yerini möhkəmləndirən strateji dönüş nöqtəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ-a tarixi səfəri, Ağ Ev görüşlərinin nəticələri və əldə olunan strateji tərəfdaşlıq razılaşmaları yalnız dövlətimizin diplomatiya salnaməsinə qızıl hərflərlə yazılmayacaq, həm də hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevriləcəkdir. Bu səfərin diplomatik miqyası, siyasi müdrikliyi və milli maraqlarımızın müdafiəsində sərgilənən prinsipial mövqe dövlət başçımızın yüksək liderlik keyfiyyətlərinin bariz nümunəsidir.
Bir Azərbaycan vətəndaşı olaraq, bu tarixi uğura imza atan Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Onun uzaqgörən siyasəti sayəsində ölkəmiz təkcə regional güc mərkəzi deyil, həm də beynəlxalq arenada söz sahibinə çevrilmişdir. ABŞ-la strateji tərəfdaşlıq münasibətlərinin təsis olunması, sülh gündəliyində atılan cəsarətli addımlar və TRIPP kimi nəhəng layihələrin reallığa çevrilməsi bizim gələcək inkişafımızın etibarlı təminatıdır.
Bu böyük nailiyyət münasibətilə Prezidentimizi və bütün xalqımızı səmimi qəlbdən təbrik edir, Azərbaycanın gələcək uğurlarının daha da möhtəşəm olacağına inamımı ifadə edirəm. Biz birlikdə güclüyük, biz birlikdə qalibik!

 

Nəhayət Şirinova
ADPU-nun Quba filialı Heydər Əliyev Lektoriyasının müdiri.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02