Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ

Azərbaycanlı prezidentin Ermənistana apardığı mesaj

2025-08-09 19:37:14 327 baxış
Xəbər şəkil
 

Pezeşkianın İrəvana səfəri bölgədə hansı dəyişikliklərə səbəb ola bilər - deputat və ekspert mövqeyi

İran prezidenti Məsud Pezeşkian yaxın iki həftə ərzində Ermənistana rəsmi səfər edəcək. Bunu Tehran televiziyasına müsahibəsində İranın xarici işlər naziri Abbas Əraqçi deyib.  Nazir xatırladıb ki, prezident Pezeşkian bundan əvvəl İraq, Pakistan, Azərbaycan və Qətərə səfər edib.

İran ciddi şəkildə narahatdır ki, ABŞ qoşunları Ermənistanda yerləşdirilə bilər və ya Zəngəzur dəhlizinin açılması İranı oyundankənar vəziyyətdə saxlaya bilər. Amma güman edirəm ki, Pezeşkianın səfərindən sonra veriləcək bəyanatlar fonunda bu məsələlər bir qədər aydınlaşacaq. Ermənistan İrana bir daha vəd edə bilər ki, onun ərazisindən heç bir zaman İrana qarşı hər hansı qüvvə istifadə edilməyəcək. Eyni zamanda, Ermənistanın qoşulduğu layihələrdə İrana qarşı təhdid kimi istifadə oluna bilməz".

Bu səfər İranın regionda mövcudluğunu təsdiqləmək və maraqlarını müzakirə etmək məqsədi daşıyır. Pezeşkian prezident seçildikdən sonra Rusiya və Azərbaycan da daxil olmaqla bir neçə ölkəyə səfər edib. İndi isə ilk dəfə Ermənistana gedəcək. Azərbaycan regionda öz mövqelərini qoruyur. İranla münasibətlərdə bəzi fikir ayrılıqları, xüsusilə Zəngəzur dəhlizi məsələsində fərqli yanaşmalar olsa da, Pezeşkianın səfəri Bakının mövqeyini dəyişmir. Azərbaycan qəti və prinsipial siyasət yürüdür. Əsas qiymətləndirmə səfərdən sonra məlum olacaq. Unutmayaq ki, İranda prezidentdən də üstün olan dini lider var və onun mövqeyi də önəmlidir. Hər şey tam şəkildə bundan sonra aydınlaşacaq.

Bəs Azərbaycan kökənli Pezeşkian Ermənistana əsas hansı mesajı aparır?

Günay Ağamalı Salyan rayonunun Kür Qaraqaşlı kəndində seçicilərlə görüşdü  Yeni Sabah

Günay Ağamalı 

Ana Vətən Partiyasının sədr müavini, deputat Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, İran Prezidenti Məsud Pezeşkianın Ermənistana planlaşdırılan səfəri regionda baş verən mühüm siyasi proseslər fonunda diqqətlə izlənilən bir hadisədir: “Rəsmi Bakı hər bir dövlətin, xüsusilə, qonşu ölkələrin Azərbaycanın maraqlarına zidd olmayan istənilən suveren xarici siyasət yürütmək hüququna hörmətlə yanaşır. Bu kontekstdə, regionda atılan hər bir addımın sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət etməsi vacibdir. Pezeşkianın İrəvana səfərinin konturlarını müəyyən etmək üçün, ilk növbədə prezident postunun İranın siyasi mühitindəki roluna diqqət etmək lazımdır. Məsud Pezeşkian İranın prezidenti olsa da, bütün siyasi qərarlar məhz ali dini lider tərəfindən verilir. Bu baxımından  prezident Məsud Pezeşkianın Ermənistana səfəri və səfər çərçivəsində səsləndirəcəyi mənfi və yaxud müsbət fikirlər bütünlüklə İranın mövqeyini əks etdirməyə bilər. Təbii ki, İran prezidentinin İrəvana səfərinin əsas məqsədi Azərbaycan və Ermənistan arasında müsbət dinamika ilə müşayiət olunan sülh gündəliyi və bunun fonunda Zəngəzur dəhlizi ilə bağlı Tehranın ritorikasını əks etdirməkdir. Aydındır ki, İran Zəngəzur dəhlizinin reallaşdırılmasına müsbət yanaşmır. Lakin indiki şəraitdə rəsmi Tehranın mövcud proseslərə təsir etmək imkanları demək olar ki, yox səviyyəsindədir. Bütün bunlara baxmayaraq Azərbaycan dövləti sülh gündəliyinə və qarşılıqlı hörmət prinsipləri əsasında regional əməkdaşlığa sadiqdir. Bizim üçün əsas məsələ, regionda real və davamlı sülhün təmin olunmasıdır. İran rəhbərliyindən gözləntimiz isə odur ki, Ermənistanla təmaslarında bu istiqamətdə konstruktiv mövqe nümayiş etdirsin və bölgədə separatizmə, revanşizmə zəmin yaradan ritorikadan uzaq dursun”.

Asif Nərimanlının atası vəfat etdi - Globalinfo.az

Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlı hesab edir ki, Ermənistan bu regionda cənub qonşumuz üçün platforma rolunu oynayır: “Pezeşkianın Ermənistana səfəri İranın İsraillə müharibədən sonra qonşularla münasibətlərini yenidən gözdən keçirmək və əlaqələri sıxlaşdırmaq siyasətindən qaynaqlanır. Lakin Ermənistan bu prosesdə İran üçün Cənubi Qafqazdakı proseslərdə yer almaq üçün istifadə olunan platforma rolunu da oynayır, xüsusilə Zəngəzur dəhlizinin gələcəyi fonunda. Pezeşkian daha öncə Zəngəzur dəhlizi ilə bağlı verdiyi açıqlamalarda loyal mövqe sərgiləsə də, İranın regionla bağlı planı dəyişməyib və bu ölkənin prezidenti də bu plandan kənara çıxa bilməz. Fikrimcə, Pezeşkian Ermənistanda Zəngəzur dəhlizi ətrafında baş verənləri və İranın mövqelərinin qorunması ilə bağlı müzakirələr aparmaq niyyətindədir. Regional kommunikasiyanın Tramp planına uyğun açılacağı gözləntisi var. Lakin bununla bağlı razılaşma olsa belə, razılaşmanın praktiki müstəvidə icrası sonrakı mərhələdir və regional oyunçular - Rusiya və İran bu mərhələdə proseslərə müdaxilə etməyə, öz mövqelərini bu və ya digər formada qorumağa çalışacaqlar. Pezeşkianın Ermənistan səfəri də İranın Cənubi Qafqazda gələcək yerini müəyyən etməyə hesablanıb”.





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02