Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ

Ana dilimizin qorunması siyasi-mənəvi məsələdir

2025-07-31 12:08:07 280 baxış
Xəbər şəkil

 

Dünyada elə dəyərlər var ki, illər keçsə də, tarixin ən sərt sınaqlarından da sağ çıxır, əksinə, daha da cilalanır, millətin yaddaşını, ruhunu, kimliyini əbədi yaşadır. Bizim üçün belə müqəddəs dəyərlərin başında ana dilimiz – Azərbaycan dili dayanır. Ulu Öndər Heydər Əliyevin dərin hikmətlə dediyi kimi: “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.”
1 Avqust tarixində qeyd etdiyimiz Azərbaycan əlifbası və Azərbaycan dili günü isə bu müqəddəs dəyərə sayğının, milli irsə sadiqliyin və gələcək nəsillərə vəsiyyətimizin ən gözəl rəmzidir. Dilimiz həm də tarixin daşlaşmış sətirlərindən gələn qürurumuzdur. XX əsrin ortalarında, xüsusilə də 70-ci illərin sonlarından başlayaraq SSRİ-də milli dillərin sıxışdırılması prosesi daha da gücləndi. Ana dilimiz üçün süni maneələr yaradılır, milli özünüdərkin təməllərinə toxunulur, hətta milli respublikaların rəhbərləri də bu mövzuda danışmaqdan çəkinirdilər. Belə bir dövrdə Ulu Öndər Heydər Əliyev cəsarətlə və ardıcıl mövqeyi ilə dilimizə sahib çıxdı. SSRİ Konstitusiyası layihəsinin müzakirələri zamanı Ulu Öndər açıq şəkildə vurğuladı ki, ana dilində təhsil hüququ qorunmalı, dil dövlət səviyyəsində tanınmalıdır. Məhz onun siyasi iradəsi ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsində “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” müddəası qəbul edildi. Bu, o dövr üçün həm siyasi cəsarət, həm də milli qürurun bərpası demək idi. Dövlət dili statusunun hüquqi qələbəsi  isə Müstəqillik dövründə özünü tam göstərdi.  Azərbaycan dilinin dövlət dili kimi statusu daha möhkəmləndirildi. 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olması təsbit edildi. Bu, həm milli kimliyimizin, həm də dövlət müstəqilliyimizin təsdiqi idi. Sonrakı illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış mühüm sənədlər – “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərman, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərman – dilimizin qorunmasında, inkişafında və cəmiyyətdə hakim mövqe tutmasında həlledici rol oynadı. Ulu Öndər bu barədə deyirdi: “Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili böyük inkişaf yolu keçərək lüğət tərkibini zənginləşdirmiş, qrammatik quruluşunu cilalamış və dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur.” Ulu Öndərin siyasi kursunun davamı kimi bu gün cənab Prezident İlham Əliyev dilimizin dövlət dili kimi mövqeyini daha da möhkəmləndirir, müasir dövrün çağırışlarına uyğun şəkildə inkişafını təmin edir. 2004-cü ildən latın qrafikasının tam tətbiqi, Azərbaycan Milli Ensiklopediyasının nəşri, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” (2013), “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi haqqında” Fərman (2018), Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması mühüm addımlar canlı bir tarixdir. Bütün bunlar göstərir ki, ana dilimiz yalnız ötən günlərin deyil, həm də gələcəyimizin rəmzidir. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik.” Dilimizin cazibəsi  poeziya qədər saf, musiqi qədər ahəngdardır. Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil. Bu dil musiqimizdə, ədəbiyyatımızda, dövlətçilik tariximizdə yaşayıb, milli ruhumuzu formalaşdırıb. Ədəbiyyatımızın qüdrətindən tutmuş aşıq sənətinə, muğamımıza qədər hər yerdə ana dilimizin sehri var. Ulu Öndər deyirdi: “Bizim Azərbaycan dili şeir dilidir.” Məhz bu dilin ahəngi ilə xalqımız dərin fikirlərini, sevincini, dərdini, ümidini ifadə edib. Ona görə də Azərbaycan dili günü yalnız bir təqvim günü deyil – milli yaddaşımızın, milli varlığımızın canlı qalması üçün bir çağırışdır. Dünyada informasiya texnologiyalarının, xarici təsirlərin sürətlə yayıldığı bir dövrdə ana dilimizi qorumaq daha böyük məsuliyyət tələb edir. Dövlət proqramları, qanunlar, fərmanlar yalnız hüquqi çərçivədir. Ən böyük məsuliyyət isə hər birimizin üzərindədir: uşaqlarımıza düzgün və saf Azərbaycan dili öyrətmək, nitq mədəniyyətinə diqqət yetirmək, dilimizin dəyərini, zənginliyini yaşatmaq. Bu, həm də milli-mənəvi borcumuzdur. Çünki dilimiz itərsə, tariximiz, ədəbiyyatımız, milli yaddaşımız da unudular. Bu gün 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə hər birimiz bir daha düşünək: Ana dilimiz bizə ulu babalarımızın əmanətidir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik.” Bu fəxri qorumaq, sabaha ötürmək isə hər birimizin vicdan borcudur.

Gülər Sultanzadə
YAP Yasamal rayon təşkilatının fəal üzvü





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02