Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ

Xankəndidən qlobal arenaya: Azərbaycanın yeni media strategiyası

2025-07-24 23:31:49 270 baxış
Xəbər şəkil

 

Son illər ərzində Azərbaycan yalnız iqtisadi inkişaf göstəriciləri ilə deyil, həm də siyasi sabitlik, müasir ordu quruculuğu və müstəqil xarici siyasəti ilə regionda lider mövqeyini möhkəmləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli diplomatik strategiya sayəsində ölkəmiz bir tərəfdən Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində tərəfdaşlığını dərinləşdirir, digər tərəfdən Türkiyə ilə strateji müttəfiqliyi daha da gücləndirərək Türk Dövlətləri Təşkilatında yeni güc mərkəzinin formalaşmasında mühüm rol oynayır.

Azərbaycanın eyni zamanda Çinlə Orta Dəhliz layihəsində fəal iştirakı və COP29 kimi qlobal tədbirlərə ev sahibliyi etməsi onu beynəlxalq arenada etibarlı tərəfdaş, qlobal problemlərin həllində isə konstruktiv aktor kimi tanıdır. Bu strateji uğurlar fonunda informasiya siyasəti və media sahəsində atılan addımlar da diqqət çəkir – çünki dövlətin yumşaq güc potensialının əsas dayaqlarından biri məhz mediaya əsaslanan diplomatik platformalardır.

Bu kontekstdə işğaldan azad olunmuş Xankəndi şəhərində III Şuşa Qlobal Media Forumunun keçirilməsi təkcə beynəlxalq tədbir deyil, həm də Azərbaycanın geosiyasi və informasiya nüfuzunun göstəricisidir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Milli Məclisin deputatı Günay Ağamalı bildirib ki, Azərbaycan siyasi sabitliyi, müasir ordusu və müstəqil xarici siyasəti ilə Cənubi Qafqaz regionun lider dövləti olaraq beynəlxalq müstəvidə öz nüfuzunu artırmaqdadır:

"Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən çoxvektorlu xarici siyasət strategiyası nəticəsində ölkəmiz Avropa İttifaqı ilə enerji tərəfdaşlığını genişləndirir, Türkiyə ilə müttəfiqlik münasibətlərini inkişaf etdirməklə Türk Dövlətləri Təşkilatı çərçivəsində yeni bir güc mərkəzinin institusionallaşmasında aktivlik nümayiş etdirir, Çinin Orta Dəhliz təşəbbüsündə fəal rol oynayır və COP 29 kimi beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməklə ümumbəşəri problemlərə öz töhfəsini verir. Təbii ki, ölkə rəhbərinin uğurlu diplomatik missiyası davam edir və hər birimiz Azərbaycanın ard-arda mötəbər tədbirləri keçirməsinin qürurunu yaşayırıq. İşğaldan azad olunmuş Xankəndi şəhərində III Şuşa Qlobal Media Forumunun keçirilməsi bir daha ölkəmizin qlobal arenada, onun informasiya mühitində yüksələn rolunun təsdiqidir".

Günay Ağamalı, Milli Məclisin deputatı

Parlament üzvü onu da əlavə edib ki,İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışı, dövlətin media siyasətinə baxışlarını, regionun geosiyasi reallıqlarını, mövcud reallıqlar fonunda informasiya təhlükəsizliyinin əhəmiyyətini və Azərbaycanın qlobal media sahəsindəki rolunu əks etdirdi: 

"Məlum olduğu kimi, Şuşa Qlobal Media Forumu diplomatik inkişafa xidmət edən bir platformadır. Forum müxtəlif ölkələrdən media nümayəndələrini bir araya gətirməklə fikir mübadiləsinə şərait yaradır və qarşılıqlı etimadı gücləndirir. Bu kimi əhəmiyyətli tədbirin Xankəndi şəhərində keçirilməsi Azərbaycanın öz mədəni irsini təbliğ etmək, sülh gündəliyinə sadiqliyini və regional istiqrara verdiyi əhəmiyyəti göstərmək kontekstində yumşaq gücün tətbiqi kimi qiymətləndirilməlidir. Çıxışı zamanı medianın insanları maarifləndirməkdə və prosesləri işiqlandırmaqda oynadığı rolu xususi olaraq qeyd edən ölkə rəhbəri Azərbaycan mediasının inkişafından məmnunluğunu vurğuladı".

Son olaraq G.Ağamalı vurğulayıb ki, Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi "Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir." Bütün bunlar Azərbaycanın informasiya siyasətinin düzgünlüyünün və dövlətin media nümayəndələrinə göstərdiyi qayğının təzahürüdür.

 

 





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02