"Əminəm ki, Azərbaycan jurnalistikası bundan sonra da milli maraqlar naminə yüksək peşəkarlıqla fəaliyyət göstərəcək" - DEPUTAT
"1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr edilən "Əkinçi" qəzeti ilə başlanan milli mətbuat tariximiz zəngin və şərəfli inkişaf yolu keçmişdir. Bu gün milli mətbuatımız təkcə məlumat vasitəsi deyil, həm də milli kimliyimizin, ictimai şüurun və dövlətçiliyimizin mühüm dayaqlarından biridir".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.
O, açıqlamasında qeyd edib ki, mediayamız inkişaf etdikcə ona göstərilən dövlət qayğısı da keyfiyyətcə yeni mərhələyə qədəm qoyub:
"Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin institusional islahatlar, Medianın İnkişafı Agentliyinin yaradılması, jurnalistlərin sosial rifahının yüksəldilməsi, media subyektlərinin dəstəklənməsi istiqamətində atılan ardıcıl və sistemli addımlar, informasiya sahəsinin dövlət prioritetlərindən biri olduğunu bir daha təsdiqləyir.
Xüsusilə, 44 Günlük Vətən müharibəsi zamanı və postmüharibə dövründə Azərbaycan mediası informasiya cəbhəsində əzmkar və peşəkar mövqe nümayiş etdirərək, xalqın və dövlətin haqq səsini dünyaya çatdırmaqda misilsiz xidmət göstərdi. Jurnalistlərimizin bu fədakarlığı dövlətimizin və xalqımızın dəyərlərinə sədaqətinin bariz ifadəsi idi.
Əminəm ki, Azərbaycan jurnalistikası bundan sonra da milli maraqlar naminə yüksək məsuliyyət və peşəkarlıqla fəaliyyət göstərəcək, cəmiyyətimizin inkişafında fəal rol oynamaqda davam edəcəkdir.
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə bütün media mənsublarını səmimi qəlbdən təbrik edir, uğurlu fəaliyyət diləyirəm!"