Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ

Deputat: "Partiya sədrliyinə seçkilərdə iştirak etmək niyyətindəyəm" - MÜSAHİBƏ

2025-07-23 17:07:59 589 baxış
Xəbər şəkil

 

Deputatlar bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da ictimai rəydə daim gündəmdə olan personalardandırlar. Bunu nəzərə alaraq Milli Məclisin deputatları ilə silsilə müsahibələrimizi davam etdiririk. Bu dəfəki müsahibimiz Milli Məclisin deputatı, Ana Vətən partiyasının sədr müavini Günay Ağamalıdır. O, həm xarici, həm də daxili siyasətlə bağlı suallarımızı cavablandırdı:

- Günay xanım, sizcə, xaosun getdikcə artdığı dünyada Azərbaycanın balanslı xarici siyasəti bizim üçün nə vəd edir?

- Bugünkü dünyada geosiyasi risklər və toqquşmalar dərinləşir, beynəlxalq hüququn prinsipləri zaman-zaman ikili standartlarla əvəz olunur. Belə bir zaman kəsiyində Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslı, praqmatik və milli maraqlara söykənən xarici siyasət ölkəmizin təhlükəsizliyini, suverenliyini və müstəqil mövqeyini möhkəmləndirir. Azərbaycanın eyni zamanda güc mərkəzləri ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurması, bizi bölgədə etibarlı tərəfdaşa, dünya miqyasında isə söz sahibi olan bir dövlətə çevirib. Bu siyasət  sabitlik, davamlı inkişaf və gələcəyə inam deməkdir.

- Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- Azərbaycan-Rusiya münasibətləri tarixi proseslərə, qarşılıqlı maraqlara və bərabərhüquqlu əməkdaşlığa əsaslanır. Bu əlaqələr təkcə siyasi müstəvi ilə məhdudlaşmır, iqtisadi, humanitar, mədəni və enerji sahələrini də əhatə edir. Bəlli olduğu kimi Azərbaycanın mülki təyyarəsinin Rusiya səmalarında vurulması ilə bağlı bütün arqumentlər ortadadır. Bu baxımdan ölkə prezidentinin və Azərbaycan xalqının Rusiyadan gözləntiləri var. Lakin təəssüf ki, rəsmi Moskva hələ də susmaqda davam edir. Digər xoşagəlməz detallar da mövcuddur.  Azərbaycan tərəfi bir  qayda olaraq mehriban qonşuluq münasibətlərinə sədaqət nümayiş etdirərək, öz milli maraqlarına sadiq qalaraq balanslı mövqeyini qoruyur.

-  Azərbaycan və Ermənistan liderlərinin BƏƏ-də keçirilən görüşü tərəflər arasında yaxın zamanda sülh sazişinin imzalanmasına dair ümidləri artırır. Bunu real hesab edirsiniz?

- Azərbaycan tərəfi hər zaman Cənubi Qafqazda sülhün və təhlükəsizliyin tərəfdarı olub. Qeyd etmək istərdim ki, BƏƏ-də keçirilən görüş müsbət diplomatik təşəbbüsdür və tərəflər arasında dialoqun davam etməsi üçün mühüm platformadır. Lakin sülhə doğru real addımlar yalnız Ermənistanın revanşist ritorikadan və qeyri-konstruktiv, qeyri-səmimi mövqedən əl çəkməsi ilə mümkün olacaq. Ərazi bütövlüyümüz və suverenliyimiz əsasında formalaşacaq sülh sazişi regionda davamlı sabitliyin təməlini qoyacaq. Ermənistan konstitusiyasında və hüquqi normativ aktlarında Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmalıdır. Sülh bunsuz mümkün deyil.

- Qarabağda görülən yenidənqurma işləri bütün dünyanın diqqətindədir. Qarabağa böyük qayıdış dünya üçün hansı mesajları verir?

- Qarabağda aparılan bərpa və quruculuq işləri təkcə bir regionun dirçəlməsi deyil, eyni zamanda Azərbaycanın gücünün, iradəsinin və tarixi ədaləti bərpa etmək əzminin təcəssümüdür. Bu, həm də dünyaya sülh və inkişaf naminə nümunəvi bir model təqdim edir. Böyük Qayıdış milli ləyaqətin bərpası, maddi-mədəni irsimizin yenidən canlanması və on minlərlə soydaşımızın doğma torpaqlara qovuşması deməkdir. Bu proses göstərir ki, Azərbaycan təkcə müharibədə deyil, həm də sülhdə qalibdir.

- Günay xanım, siz həm də psixoloqsuz. Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya ilə Qərb arasında qaldığı çətin bir vaxtda onun psixoloji portretini cızmağınız maraqlı olardı.

- Nikol Paşinyanın siyasi davranışları psixoloji baxımdan qeyri-müəyyənlik, qərarsızlıq kimi xüsusiyyətləri əks etdirir. Paşinyanın qərarlarında rasionallıqdan çox emosionallıq və qorxu halları müşahidə olunur. Liderlik yalnız fərqli ritorika ilə deyil, sabit psixoloji dayanıqlıqla da ölçülür və bu məqamların bəziləri Ermənistan rəhbərliyində çatışmır.

-  İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan xalqının sosial psixologiyasında hansı dəyişiklikləri müşahidə edirsiniz?

- 44 günlük Zəfər müharibəsi və 23 saatlıq antiterror əməliyyatı xalqımızın milli özünüdərkində dönüş nöqtəsi oldu. Bu gün Azərbaycan cəmiyyəti daha qürurlu, özünəinamlı  durumdadır. Psixoloji baxımdan xalqımızda güvən hissi, qalib xalqın məsuliyyəti və milli həmrəyliyi güclənib. Ölkə başçısı, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə olan sonsuz inam və sevgi, Şəhidlərimizin müqəddəs ruhuna hörmət, qazilərimizə ehtiram və azad edilən torpaqlara qayıdış həvəsi cəmiyyətin mənəvi birliyini daha da möhkəmləndirir. Bu psixoloji yüksəliş Azərbaycanın gələcək inkişafında da mühüm rol oynayacaq.

- Süni intellektin insan həyatına təsiri barədə müxtəlif fikirlər var. Hətta Qazaxıstan Prezidenti Kasım-Jomərt Tokayev bu yaxınlarda demişdi ki, bəzi siyasətçilər çıxışlarını süni intellektlə hazırlayır. Necə düşünürsünüz, süni intellekt həyatımıza necə təsir edir?

- Süni intellekt artıq həyatımızın bir çox sahəsində reallığa çevrilib. Bu texnologiyanın imkanlarından düzgün  istifadə olunarsa, insan fəaliyyətini daha səmərəli, sürətli və məlumatlı edə bilər. Amma, eyni zamanda bu texnologiyanın yaratdığı təhlükələri – saxta məlumatların yayılması, insanlararası ünsiyyətinin zəifləməsi və qərarların avtomatlaşdırılması ilə bağlı təhlükəklər və risklər də nəzərə alınmalıdır. Siyasətdə süni intellektdən istifadə, alqoritmik vasitələrin insan duyğusunu, empatiyasını və məsuliyyətini əvəz edə bilməz. Unutmamalıyıq ki, insan faktoru və onun zəkası əvəzolunmazdır.

- Bu il Azərbaycan mətbuatının 150 illiyi tamam olur. Mediamızın hazırkı durumu barədə nə deyə bilərsiniz?

- Azərbaycan mətbuatı zəngin və şərəfli tarixi ilə milli düşüncənin formalaşmasında mühüm rol oynamışdır. Bu gün də medianın üzərinə böyük məsuliyyət düşür – informasiyanın operativ və obyektiv təqdimatı, ictimai rəyin formalaşdırılması, milli və dövlət maraqların müdafiəsi. Rəqəmsal çağırışlar fonunda Azərbaycan mediası özünü daim təkmilləşdirməli, həm peşəkarlıq, həm də etik dəyərlər baxımından cəmiyyətin etibarını hər zaman doğrultmalıdır. Möhtərəm Cənab Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqəti medianın inkişafında əvəzsiz rol oynayır.

- Son olaraq, sədr müavini olduğunuz Ana Vətən Partiyası Azərbaycan daxili siyasətində hansı rola malikdir? Gələcəkdə partiyanın sədri olmaq barədə planlarınız varmı?

- Ana Vətən Partiyası müstəqilliyimizə, dövlətçilik ideallarına, milli maraqlarımıza və Ulu Öndərimiz Heydər Əliyevin siyasi irsinə, dövlətçilik konsepsiyasına və bu siyasi kursu uğurla davam etdirən Cənab Prezident İlham Əliyevin fəaliyyətinə sadiqdir. Partiyamız daim ölkənin strateji hədəflərinə söykənərək siyasi proseslərdə konstruktiv iradəni ortaya qoyur və dövlətçilik ənənələrinə sədaqət nümayiş etdirir . Mənim üçün önəmli olan partiyanın uğurlu fəaliyyəti, dövlətimizə və xalqımıza xidmətidir. Əlbəttə, liderlik məsuliyyətdir və bu məsuliyyət şəxsi ambisiyalarla deyil, komanda ruhu, xalqın və dövlətin maraqları ilə müəyyənləşməlidir. Gələcək planlarım zamanın və siyasi reallıqların diktəsi ilə öz həllini tapacaqdır. Bəlli olduğu kimi, bu ilin payızında partiyamız növbədənkənar qurultayını keçirəcək.  Qurultayda hörmətli sədrimiz Fəzail Ağamalının öz arzusu ilə istefası gözlənilir. Səmimi etiraf edim ki, partiyanın sədr seçkilərində iştirak etmək niyyətindəyəm.

 





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02