Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ

“Daşnaksütyun” həmişəlik bağlanır? - Paşinyan bu yaxşılığı etsə...

2025-07-12 19:51:07 332 baxış
Xəbər şəkil
 

Ermənistanda bu faşist partiyasının qadağan və terror təşkilatı elan olunmasına çağırışlar var - iki fərqli baxış

“Daşnaksütyun Erməni İnqilab Federasiyasını qadağan etmək barədə yenidən düşünməyin vaxtıdır”. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu hakim Mülki Müqavilə partiyasından olan deputat Hasmik Akopyan öz feysbuk səhifəsində yazıb.

O, xüsusilə qeyd edib: “Əziz dostlar, əminəm ki, təhlükəsizlik sistemimizin Daşnaksütyun üzvlərinin evlərindən aşkarlayaraq müsadirə etdiyi arsenalı siz izləyirsiniz (söhbət müsadirə edilən partlayıcı maddələrdən gedir - red.). Əslində onlar təkcə daşnaklar deyil, həm də terror təşkilatçılarıdır. Artıq Daşnaksütyunu yenidən qadağan etmək və onu terror təşkilatı elan etmək barədə düşünməyin vaxtı çatıb”.

Sirr deyil ki, Azərbaycan və Türkiyə ilə sülhə ən böyük əngəllərdən biri məhz faşist xislətli daşnaklar və onların himayə etdiyi qüvvələrdir. Bəs Paşinyan bu əngəli aradan qaldıra, “Daşnaksütyun”u bu dəfə həmişəlik bağlaya bilərmi?

gunay agamali.jpeg (96 KB)

Günay Ağamalı

Deputat Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, “Daşnaksütyun” adlı radikal və şovinist təşkilat Ermənistanın nifrət, zorakılıq və etnik təmizləmə ideologiyasının daşıyıcısıdır: “Bu ”təşkilatın" fəaliyyəti yalnız Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları və düşmənçilik toxumu səpməklə kifayətlənməyib, eyni zamanda, Ermənistanın öz gələcəyini də zəhərləyib. Bu gün artıq Ermənistan cəmiyyətinin içindən də səslər yüksəlir ki, bu terrorçu mahiyyətli qurumun fəaliyyətinə hüquqi və siyasi şəkildə son qoyulsun. Hazırda Daşnaksütyun partiyası siyasi partiya statusunda fəaliyyət göstərsə də, onun ideologiyası və fəaliyyət mexanizmi demokratik dəyərlərin prinsiplərinə ziddir. Onların Fransa, Livan və digər ölkələrdə fəaliyyət göstərən üzvləri erməni diasporunun maliyyə dəstəyi ilə qondarma soyqırımı, Böyük Ermənistan xülyasını siyasi alətə çevirməklə erməni cəmiyyətində nifrət əsaslı ritorikanı dərinləşdirir".

Deputat vurğuladı ki, məhz bu səbəbdən, təhlükəsizlik orqanlarının Daşnaksütyunla bağlı aşkarladığı faktlar və ifşa olunan məsələlər göstərir ki, bu təşkilat nə sülhə, nə sabitliyə, nə də xalqlar arasında qarşılıqlı inam mühitinə xidmət edir: “Əksinə, bölgədə revanşizmi, terroru və nifrəti körükləyən, keçmişin qaranlıq ideologiyalarına xidmət edən alətdir. Təbii ki, indiki situasiyada Ermənistan daxilində siyasi dinamika olduqca qeyri-stabildir. Paşinyanın ”real Ermənistan" çağırışları fonunda Azərbaycanla mövcud sülh gündəliyi Daşnaksütyun kimi radikal müxalifət seqmentini fəallaşdırıb. Onlar köhnə narrativləri canlandırmağa çalışan bütün qüvvələrdən dəstək almağa çalışırlar. Bu isə öz növbəsində ölkədaxili böhrana səbəb olur. Əgər Paşinyan gerçəkdən ölkəsinin gələcəyini düşünürsə, “Daşnaksütyun”la bağlı hüquqi addımlar atmaqdan çəkinməməlidir. Bu, yalnız Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşmasına, həm də Ermənistanın daxilində sabit cəmiyyət qurulmasına xidmət edər".

azer huseynov.JPG (30 KB)

Azər Hüseynov

AĞ Partiya başqanının müşaviri, politoloq Azər Hüseynov bu çağırışların iki qardaş ölkə tərəfindən diqqətlə izlənildiyini bildirdi: “Ermənistanın siyasi palitrasında radikal və ekstremist yönümlü partiyaların başında gələn ”Daşnaksütyun" (Erməni İnqilab Federasiyası) artıq bir neçə onillikdir ki, regionda sülhə mane olan əsas ideoloji və siyasi aktorlardan biri kimi çıxış edir. Bu təşkilat, yalnız Azərbaycan və Türkiyəyə qarşı düşmən ritorikası ilə deyil, həm də 20-ci əsrin əvvəllərindəki qanlı hadisələrdəki rolu, silahlı dəstələr vasitəsilə həyata keçirdiyi terror aktları və separatizm çağırışları ilə tanınır. Şübhəsiz ki, belə bir qadağanın rəsmi şəkildə həyata keçirilməsi Azərbaycan və Türkiyənin maraqlarına tam uyğun gələcək. Çünki “Daşnaksütyun” tarixi cinayətlərə ilham vermiş, erməni millətçiliyini hərbi ekstremizmə yönəltmiş, diaspor və daxili siyasi çevrələr vasitəsilə sülh cəhdlərini pozmağa çalışan ənənəvi qüvvədir. Lakin “Daşnaksütyun”un rəsmi olaraq bağlanması, onun cəmiyyətə təsir imkanlarının məhdudlaşdırılması, erməni siyasi sistemindən kənarlaşdırılması hələ Ermənistan cəmiyyətindəki revanşist, şovinist və militarist düşüncələrin tam olaraq yox olması demək deyil. Bu ideoloji xəttin kökləri çox daha dərindir və yalnız bir partiyanın fəaliyyətinə son verməklə bu problemin aradan qalxacağını düşünmək sadəlövhlük olardı".

Politoloq Paşinyan üçün yaranan fürsətlərdən də söz açdı: “Ermənistan cəmiyyəti, xüsusən də İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra ciddi sarsıntılar yaşamış və bu, müəyyən mənada Paşinyana islahatlar üçün fürsət yaradıb. Burada diqqət çəkən başqa bir mühüm məsələ isə erməni siyasi çevrələrinin situativ davranışıdır. Ermənistan cəmiyyətində və hakimiyyətində sülhə yönəlik çağırışlar, Azərbaycanla münasibətləri normallaşdırmaq meylləri, daha çox məğlubiyyətin yaratdığı geosiyasi reallıqların nəticəsidir. Ermənistan bu gün həm hərbi, həm iqtisadi, həm də diplomatik cəhətdən zəifdir. Azərbaycan isə təkcə regional güc olaraq deyil, həm də Qərb və Türk dünyası ilə inteqrasiyada böyük uğurlar əldə etmiş bir ölkədir. Bu kontekstdə Ermənistan üçün sülh bir ideoloji seçim deyil, zəruri geosiyasi adaptasiya formasıdır. Azərbaycan cəmiyyəti və siyasi elitası isə bu prosesləri soyuqqanlı şəkildə izləməli və ”Daşnaksütyun" kimi qüvvələrin zəiflədilməsini təqdir etsə də, ehtiyatlı yanaşmağı da unutmalı deyil. Əgər bu addım səmimi niyyətin məhsulu olaraq atılarsa və ardınca cəmiyyətin ideoloji təmizlənməsi istiqamətində davamlı tədbirlər görülərsə, onda bu, yalnız Ermənistan üçün yox, regionun bütövlükdə sabitliyi üçün mühüm dönüş nöqtəsinə çevrilə bilər. Ermənistan cəmiyyəti millətçi-neofaşist düşüncələrdən qurtulmaq istəyirsə, bu, yalnız “Daşnaksütyun”un bağlanması ilə yox, geniş miqyaslı ictimai və mədəni islahatlarla mümkün ola bilər".





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02