TOVUZ DÖYÜŞLƏRİ - QƏHRƏMANLIQ SALNAMƏMİZİN PARLAQ SƏHİFƏSİ
2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən döyüşlərdə Azərbaycan Ordusu bir daha düşmənə və onların havadarlarına göstərdi ki, torpaqlarımıza uzanan hər əl qırılacaq, heç bir təxribat cavabsız qalmayacaq!
Döyüşlər zamanı şəhid olan qəhrəmanlarımız general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər igid Vətən övladları öz canları bahasına Azərbaycanın gücünü, xalqımızın əyilməz iradəsini bütün dünyaya nümayiş etdirdilər.
Tovuz döyüşləri sərhəd bölgəsinin müdafiəsi, həm də gələcək Zəfərin, 44 günlük Vətən müharibəsinin başlanğıc çağırışı idi.
Bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. Bu qələbənin təməlində Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyevin dəmir iradəsi, şəhidlərimizin qanı, ordumuzun gücü, xalqımızın birliyi dayanır.
Əziz qəhrəmanlarımızı
qürur və ehtiramla anır, ruhları qarşısında baş əyirik.
Günay Ağamalı Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.
12 İyul 2025-ci il.