Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ

Azərbaycanın sülh və ədalət yolundakı qətiyyətinin Zirvə görüşündə ifadəsi

2025-07-07 13:27:11 483 baxış
Xəbər şəkil

 

30 ilə yaxın davam edən işğal dövrü boyunca Azərbaycan nə beynəlxalq ədalətsizliyə, nə də torpaqlarının təcavüzə məruz qalmasına laqeyd qaldı. Azərbaycan xalqı və dövləti dəfələrlə beynəlxalq tribunalarda haqq səsini ucaltdı, Ermənistanın işğalçılıq siyasətinə qarşı beynəlxalq hüquq normalarına əsaslanan mövqe ortaya qoydu. Buna baxmayaraq, beynəlxalq birlik uzun müddət susqunluq nümayiş etdirdi, Ermənistan isə bu fürsətdən istifadə edərək torpaqlarımızda qeyri-qanuni məskunlaşma, mədəni irsin dağıdılması və etnik təmizləmə siyasətini davam etdirdi.
Azərbaycan isə ədalətin bərpası naminə sonadək siyasi səbir nümayiş etdirdi. Lakin bəlliydi ki, bu vəziyyət uzun sürə bilməzdi. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi ilə Azərbaycan tarixində yeni səhifə açıldı. Ermənistan ordusu döyüş meydanında darmadağın edildi, 300-dən çox şəhər, qəsəbə və kənd azad olundu. Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq hüquqa uyğun şəkildə bərpa etdi. Bu qələbə yalnız bir hərbi zəfər deyil, həm də milli iradənin, milli həmrəyliyin və siyasi uzaqgörənliyin təntənəsi idi.
İşğaldan azad edilən torpaqlarda Azərbaycan bu gün sülh, quruculuq və inkişaf mühitini formalaşdırır. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq 16 şəhər və kəndə köç prosesi həyata keçirilib. 50 mindən çox insan yeni həyatını bu torpaqlarda qurmağa başlayıb. Azərbaycan burada müasir texnologiyalara əsaslanan “ağıllı kənd” və “ağıllı şəhər” layihələrini tətbiq edir, infrastruktur tamamilə yenidən qurulur, region iqtisadi və sosial cəhətdən dirçəlir.
Lakin işğalın mirası hələ də öz izlərini saxlayır. Ermənistan tərəfindən basdırılmış bir milyondan çox mina bu gün də insanların həyatına təhlükə yaradır. Müharibədən sonra 400-ə yaxın vətəndaş mina partlamaları nəticəsində həyatını itirib və ya ağır xəsarət alıb. Bundan başqa, mədəni və dini irsimizə qarşı törədilmiş vandalizm aktları — məscidlərin dağıdılması, qəbiristanlıqların talan olunması, abidələrin məhv edilməsi — Ermənistanın sistemli və planlı şəkildə xalqımıza qarşı mədəni soyqırımı həyata keçirdiyini göstərir. Xarici ekspertlərin iştirakı ilə aparılan qiymətləndirmələrə əsasən, ölkəmizə dəymiş ziyanın miqyası 150 milyard ABŞ dolları səviyyəsində müəyyən edilib.
Bütün bu məsələlər 2025-ci il iyulun 4-də Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə Prezident İlham Əliyev tərəfindən bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Dövlət başçısı açıq və qətiyyətli şəkildə bəyan etdi ki, Azərbaycan heç vaxt işğalla barışmayıb və bu məsələ ilə bağlı dəfələrlə Ermənistan və onu dəstəkləyən dövlətlərə xəbərdarlıqlar edilib. Lakin bu xəbərdarlıqlar ciddiyə alınmadı və nəticədə Ermənistan özü peşman oldu.
Prezident İlham Əliyevin çıxışında digər mühüm məqam Qərbi azərbaycanlıların hüquqları ilə bağlı idi. Ermənistandan deportasiya olunmuş yüz minlərlə soydaşımızın geri qayıdış hüququ beynəlxalq hüququn və ədalətin tələbidir. Azərbaycan bu məsələni beynəlxalq tribunalara daşımaqla yanaşı, artıq bu istiqamətdə real nəticələr də əldə edir. İyunda İstanbulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurası bu məsələyə dair tarixi qətnamə qəbul etdi. 57 üzv dövlətin yekdil şəkildə qəbul etdiyi sənədlərdə Qərbi azərbaycanlıların geri qayıdış hüququ tanındı və Ermənistanın Azərbaycan icması ilə dialoqdan imtinası pisləndi. Bu, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq miqyasda dəstəkləndiyini və bu istiqamətdə diplomatik mübarizənin uğurla davam etdirildiyini göstərir.
Bu gün Xankəndidə beynəlxalq tədbirin — Zirvə görüşünün keçirilməsi isə yalnız rəsmi format deyil, həm də mühüm siyasi və simvolik hadisədir. Bu fakt Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin artıq danılmaz reallıq kimi qəbul olunduğunun sübutudur. İşğaldan azad edilmiş bir şəhərdə beynəlxalq təşkilatın rəhbər şəxslərinin toplanması Azərbaycanın diplomatik mövqeyinin, siyasi iradəsinin və yenidənqurma gücünün nümayişidir.

Rəşad Hacıyev,
12 nömrəli Salyan yol sahəsinin rəisi, YAP fəalı





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02