Müstəqil Azərbaycanın enerji strategiyası illərdir düşünülmüş yanaşma, uzaqgörən liderlik və ardıcıl islahatlarla formalaşdırılaraq bu gün ölkəmizi regionun enerji mərkəzinə çevirib. Mingəçevirdə istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyası bu yolun məntiqi davamı olmaqla yanaşı, həm də tarixi əhəmiyyətə malik hadisədir. Prezident İlham Əliyevin iştirakı ilə açılışı həyata keçirilən bu mühüm enerji obyektinin istifadəyə verilməsi Azərbaycanın iqtisadi qüdrətinin, texnoloji inkişafının və strateji baxışının parlaq nümunəsi kimi ölkə tarixində öz layiqli yerini tutdu. Adını 44 günlük Vətən müharibəsindəki Zəfərdən alan bu nəhəng enerji layihəsi bir daha sübut etdi ki, Azərbaycan yalnız savaş meydanında deyil, inkişaf və yenilənmə yolunda da qalibiyyət yürüşünü davam etdirir.
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı
da "Sherg.az"a açıqlamasında "8 Noyabr" Elektrik Stansiyasının açılmasını Azərbaycanın enerji tarixində yeni mərhələ kimi dəyərləndirib: