Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ

Azərbaycanda qohum evlilikləri ləğv olunur - Kim, necə nəzarət edəcək?

2025-07-01 07:30:42 385 baxış
Xəbər şəkil

 

Sabahdan Azərbaycanda qohum evliliyi qadağan edilir.

Bununla bağlı Prezident İlham Əliyev ötən ilin iyulun 23-də Ailə Məcəlləsinə dəyişikliyi təsdiqləmişdi.

 

Dəyişiklik bu ilin iyulun 1-dən qüvvəyə minir. Ailə Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişikliyə əsasən, ümumi bioloji babası və ya nənəsi olan əmioğlu ilə əmiqızı, xalaoğlu ilə xalaqızı, bibioğlu ilə dayıqızı, bibiqızı ilə dayıoğlu, həmçinin əmi ilə onun qardaşı qızı, dayı ilə onun bacısı qızı, bibi ilə onun qardaşı oğlu və xala ilə onun bacısı oğlu arasında nikahın bağlanmasına icazə verilməyəcək.

Nikahdan öncə effektiv nəzarət mexanizmləri formalaşdırılmalıdır

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, deputat Günay Ağamalı Teleqraf-ın mövzu ilə bağlı sualına cavabında qeyd etdi ki, qanuna edilən bu dəyişikliklər cəmiyyətimizin genetik sağlamlığı üçün strateji əhəmiyyət daşıyan bir addımdır.

“Fikrimcə, sözügedən qanunun icrasına nəzarət Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əhalinin Dövlət Reyestri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Tibbi-genetik ekspertiza qurumları vasitəsilə həyata keçiriləcəkdir. Nikahdan öncə tibbi müayinələrin məcburi şəkildə aparılması və qohumluq dərəcələrinin dəqiq müəyyənləşdirilməsi üçün effektiv nəzarət mexanizmləri formalaşdırılacağını zənn edirəm. Elektron hökumət platformaları üzərindən inteqrasiya edilmiş məlumat bazaları bu prosesin şəffaf və sürətli həyata keçirilməsinə imkan verəcək”.

Bəs yaxın qohumların nikahlarının qarşısının alınmasına nəzarət necə olacaq, necə tənzimlənəcək?

Ədliyyə Nazirliyindən mövzu ilə bağlı sualımıza cavab olaraq bildirildi ki, nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq münasibətlərinin olub-olmaması Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən yoxlanılacaq.

“Əgər bu məlumatların sistem vasitəsilə əldə edilməsi mümkün olmazsa, nikaha daxil olmaq istəyən şəxslər və onların valideynlərinin doğum haqqında şəhadətnamələrinin surəti nikah ərizəsinə əlavə edilməlidir. Həmin sənədlərin əldə edilməsi mümkün olmadıqda qohumluq əlaqələrinin olub-olmadığının müəyyənləşdirilməsi üçün əlavə sənədlər tələb oluna bilər”.

Bu dəyişikliyin mahiyyəti nədən ibarətdir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Teleqraf-a bildirildi ki, bu qanunla, erkən evlilik hallarına yol verilməsinin qarşısını almaq, uşaqların və gənclərin hüquqlarını müdafiə etmək, habelə qohum nikahlarından qaynaqlanan genetik və sosial risklərin qarşısını almaq məqsədilə bir sıra yeni hüquqi normalar müəyyən olunub.

“Qanunvericiliyə edilən bu mühüm dəyişikliklər erkən evlilik və qohum nikahlarına qarşı güclü addım olaraq cəmiyyətin sağlam gələcəyi üçün müstəsna əhəmiyyət daşıyır və gələcək nəsillərin sağlam formalaşmasına xidmət edir. Bu, təkcə hüquqi deyil, eyni zamanda ictimai məsuliyyət tələb edən məsələdir.

Qanunda AR Ailə, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər etməklə nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edilməsi, on altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə, həmin yaşda olan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmağa, erkən evliliklə bağlı mərasimlərin keçirilməsinə və dini kəbinkəsməyə görə geniş subyektlər dairəsi üçün məsuliyyətin müəyyən edilməsi ilə bağlı normalar əks olunub”.

Qohum evliliyinin qadağan olunmasının cəmiyyətə hansı faydaları var?

Deputat Günay Ağamalı hesab edir ki, qohum nikahlarının qadağan olunmasının cəmiyyətimizə ən mühüm faydası irsi xəstəliklərin qarşısının alınması, uşaqların fiziki və psixoloji sağlamlığının təmin olunması, genetik müxtəlifliyin qorunması və nəticə etibarilə sağlam nəsillərin yetişdirilməsidir.

O, həmçinin vurğulayır ki, bu qadağa, ailə institutunun daha möhkəm təməllər üzərində formalaşmasına, fərdi məsuliyyətin güclənməsinə xidmət edir.

“Sosioloji baxımdan qohum evlilikləri zamanla qapalı ailə münasibətlərini, sosial izolyasiyanı, münaqişə ehtimallarının artmasını və xüsusilə ailədaxili zorakılıq hallarını artırır. Belə nikahlar həmçinin qadınların seçim azadlığını məhdudlaşdırır və onların sosiallaşmasına mənfi təsir göstərir. Bu qadağa eyni zamanda bu cür stereotiplərin sarsıdılmasına və ailə dəyərlərinin daha sağlam prinsiplər üzərində qurulmasına şərait yaradacaq.

Bütün bunlarla yanaşı, bu qanun erkən nikahların qarşısının alınmasına da təsir göstərəcək. Belə ki, qohum evlilikləri çox zaman erkən yaşda, sosial təzyiq və ailədaxili razılaşmalar nəticəsində baş verir. Hüquqi qadağa bu cür nikahların azalmasına səbəb olacaq və uşaqların təhsil hüququnun, inkişaf imkanlarının qorunmasına yardım edəcək.

Bizim üçün əsas prioritet vətəndaşlarımızın, xüsusilə də gələcək nəsillərin sağlamlığı və rifahıdır. Bu istiqamətdə atılan hər bir addım cəmiyyətin dayanıqlı inkişafına töhfə verir və biz bu məsuliyyətli yolda ardıcıl şəkildə irəliləməyə davam edəcəyik.

Qohum evliklərinin hansı tibbi fəsadları var?

Həkim Afət Qurbanova sualımıza cavabında deyir ki, qohum evliliyi zamanı nikahdan dünyaya gələn uşaqlarda daha çox əqli, xromosom çatışmazlığı, əzələ boşluğu və bir sıra belə xəstəliklər əmələ gəlir: “Bəzən olur ki, ana bətnində heç bir problem yaşamayan uşaqda dünyaya gələndən sonra problemlər yaranır. Bunun üçün sağlamlıq arayışının olması müsbətdir. Çünki arayış aldıqları zaman gənclərın xəstəlikləri məlum olur. Təbii ki, bundan sonra evlənib- evlənməmək onların qərarıdır”.

A.Qurbanova qeyd edir ki, nəsildə hər hansı bir irsi xəstəlik varsa, qohum evliliyi düzgün deyil: “Gənclər kənar şəxslə evlənsələr yaxşıdır. Əgər nəsildə irsi xəstəlik yoxdursa, qohum evliliyi heç bir problem yaratmır. Ailə qurmağa hazırlaşan gənclər evlənmədən əvvəl yoluxucu xəstəliklərin yoxlanılması ilə yanaşı, genetik məsləhət almalıdırlar. Məsələn, kişi rezus müsbət və qadın rezus mənfidirsə bunlar ailə quran zaman uşaq müsbət rezusla olarsa, bu, uşağın ana bətnində tələf olmasına səbəb ola bilər”.





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02