Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ

Azərbaycan xalqının 5 ilə yaxındır qeyd etdiyi ADƏT

2025-06-21 13:29:41 259 baxış
Xəbər şəkil

 

 

Azərbaycan cəmiyyəti tarixinin ən ağır, eyni zamanda ən şərəfli səhifələrindən birini geridə qoyaraq, Vətən müharibəsində qazandığı zəfərlə torpaqlarını azad etdi. Bu tarixi qələbə minlərlə qəhrəmanın qanı, canı bahasına əldə olundu. Bu səbəbdən də Azərbaycan xalqı şəhidlərinə hər zaman yüksək ehtiram göstərir, onların xatirəsini müxtəlif formalarda uca tutur. Son illər ərzində isə bu ehtiram özünü daha bir yeni və təsirli formada göstərməyə başlayıb. Ölkənin hər yerində keçirilən toy mərasimlərində şəhidlərin ruhu tədbir başlamazdan əvvəl bir dəqiqəlik sükutla yad olunur.

İctimaiyyət tərəfindən könüllü şəkildə başlanan və zamanla geniş yayılan bu ənənə, sadəcə bir hörmət jesti deyil – bu həm də Azərbaycan xalqının kollektiv yaddaşının, milli mənəviyyatının və şəhidlərə olan mənəvi borc hissinin bariz təcəssümüdür. Bu cür davranışlar ölkənin keçdiyi sosial-psixoloji mərhələləri, xalqın həmrəyliyini və tarixi ilə necə yaşadığını da aydın şəkildə ortaya qoyur.

Sosioloq: "Bu, həm fərdi, həm də kollektiv məsuliyyətin göstəricisidir"

Mövzu ilə bağlı fikirlərini Operativ Media ilə bölüşən sosioloq Mətanət Məmmədova bu tendensiyanı Azərbaycan cəmiyyətində dərinləşən milli şüurun və ictimai həmrəyliyin göstəricisi kimi qiymətləndirib:

 “Bu çox təqdirəlayiq haldır ki, Azərbaycanda toy mərasimləri başlamazdan əvvəl şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilir. Bu addım sırf bir ehtiram aktı olmaqla yanaşı, həm də xalqın milli kimliyinin, tarixə və şəhidlərə olan münasibətinin bariz göstəricisidir. Bu cür mərasimlər cəmiyyətin birliyini gücləndirən, ortaq ağrılar ətrafında həmrəylik yaradan rituallardır. Toy insanların sevinci paylaşdığı bir məqam olsa da, belə anlarda şəhidlərin yad edilməsi sevincin belə məsuliyyət və hörmət çərçivəsində keçirildiyini göstərir. Bu davranış forması həm fərdi şüurun, həm də kollektiv məsuliyyətin gücləndiyini nümayiş etdirir. Eyni zamanda bu yeni adət, Azərbaycanın müharibədən sonra keçdiyi psixoloji və sosial dəyişikliklərin də bir əksidir”.

Deputat Günay Ağamalı: “Bu adət xalqın şəhidlərə olan sonsuz ehtiramının simvoludur”

Məsələ ilə bağlı Operativ Media-ya açıqlama verən Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı isə bildirib ki, bu yeni adət artıq cəmiyyətin mənəvi həyatında mühüm yer tutur:

“Artıq 5 ildir ki, ölkəmizdə keçirilən toy mərasimlərində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Bu Azərbaycan xalqının milli və mənəvi dəyərlərinə, Vətən uğrunda canından keçmiş qəhrəman övladlarımıza olan sonsuz hörmətinin bariz ifadəsidir. Bu təşəbbüs zamanla cəmiyyətimizdə dərin kök salaraq yeni bir adət halını alıb və xalqımızın şəhidlərə verdiyi qiymətin, onların əziz xatirəsinə olan ehtiramın simvoluna çevrilib”.

Deputatın sözlərinə görə, cəmiyyətin bütün təbəqələrinin bu təşəbbüsə qoşulması, onu könüllü şəkildə davam etdirməsi göstərir ki, Azərbaycan xalqı öz şəhidlərini heç zaman unutmur və onların adını uca tutmağı bir mənəvi borc bilir:

“Bu cür addımlar bir daha göstərir ki, Azərbaycan xalqı öz qəhrəman övladlarını daim qəlbində yaşadır. Cəmiyyətin nümayiş etdirdiyi həmrəylik və vətənpərvərlik gənc nəslin də bu ruhda formalaşmasına mühüm töhfə verir. Gənclər toyda belə bir sükut anını görərək anlayırlar ki, vətən uğrunda can verənlər unudulmur və bu cəmiyyətə xidmət etməyin ən ali formasıdır”.

 





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02