Millət vəkili Günay Ağamalı tibb işçilərinin peşə bayramını münasibətilə təbrik edib
Bu gün xalqımızın sağlamlığının keşiyində ayıq-sayıq dayanan, hər zaman vicdan, mərhəmət və fədakarlıq göstərən tibb işçilərinin peşə bayramıdır.
Həyatımızın ən çətin anlarında yanımızda olan, sağlamlığımızı qorumaq naminə böyük əzm və məsuliyyətlə çalışan bütün həkimlərimizi, tibb bacılarını və tibb sahəsində çalışan hər kəsi 17 İyun Tibb İşçiləri Günü münasibətilə ürəkdən təbrik edirəm.
Əziz tibb işçiləri!
Sizin peşənizə olan sadiqliyiniz, insanlara verdiyiniz ümid və şəfa cəmiyyətimizdə dərin hörmət və rəğbət doğurur. Dövlətimiz hər zaman səhiyyə sahəsinin inkişafına, tibb işçilərinin sosial rifahının yüksəldilməsinə xüsusi önəm verir.
Sağlamlığımızı əmanət etdiyimiz sizləri bu əlamətdar gündə bir daha təbrik edir, möhkəm can sağlığı, nəaliyyətlər və insanlara daim faydalı olacağınız uğurlu fəaliyyət diləyirəm.
Dərin hörmətlə,
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.
17 İyun 2025-ci il.