Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ

15 İyun – Bir Millətin Qurtuluş Manifesti

2025-06-16 01:09:27 199 baxış
Xəbər şəkil

 

Bəzən bir an gəlir ki, xalq ayağa qalxmasa, dövlət çökər. Bəzən bir lider gəlir ki, xalqın ruhuna nəfəs, qəlbinə ümman, gələcəyinə yol olur.
Azərbaycanın müasir tarixində 15 İyun – Milli Qurtuluş Günü məhz bu anla, bu liderlə yadda qaldı. Bu tarix xalqla liderin birləşdiyi, millətin taleyinə sahib çıxdığı gündür. Bu, dirçəlişin, sabaha dönən iradənin tarixidir.
1993-cü ilin yayında Azərbaycanın üzərini qaranlıq buludlar bürümüşdü. Dövlət süqutun bir addımlığında, xalq ümidsizlik içində, meydanlar xaosun səsinə bürünmüşdü. Silahların səsi məktəblərin zəngini, xəstəxanaların sükutunu, parlamentin qanununu üstələmişdi. İtirilən sadəcə ərazi yox, inam, ruh, gələcək idi.
O anlarda xalqın dili susmuşdu, amma ümidinin adı vardı – Heydər Əliyev.
Əslində, o ad sadəcə bir insan adı deyildi – bir məktəb idi, bir siyasət fəlsəfəsi, bir dövlətçilik dərsi idi.
Ulu Öndər Bakıya qayıdanda paytaxtda da, bölgələrdə də bir təskinlik vardı. İnsanlar sanki gözlərinə yox, qəlblərinə inanaraq sevinirdi. Çünki gələn – xalqın inandığı, təcrübə ilə zamanın sınağından keçmiş, dövlətçiliyi öz nəfəsi ilə yaşadan bir lider idi.
O gün Milli Məclisdə səslənən səs təkcə bir deputatın danışığı deyildi – Azərbaycanın tarixə dönən qüruru danışırdı.
Heydər Əliyev dövlətin sükanına keçdiyi gündən etibarən ölkədə sabitlik yarandı, iqtisadi iflas dayanmağa başladı, ordu formalaşdı, diplomatik mövqelər möhkəmləndi. Və ən əsası – xalq özünə, bayrağına, dövlətinə yenidən inandı.
Bu gün Azərbaycan dünya siyasi səhnəsində etibarlı tərəfdaşdırsa, Qarabağda zəfər çalınıbsa, ölkə inkişaf və sabitlik adası kimi tanınırsa – bu, 15 İyunun mirasıdır.
Qurtuluş sadəcə bir dönüş nöqtəsi deyil, xalqın iradəsinin təntənəsi, liderə inamın zəfəri, müstəqilliyə sadiqliyin ifadəsidir.
Bugün Ulu Öndərin siyasi irsini Prezident İlham Əliyev dəmir iradə və strateji uzaqgörənliklə davam etdirir. O yolun sonu Qarabağ Zəfəri oldu, əbədi Zəfərin astanası oldu. Ulu Öndərin "Qarabağ Azərbaycandır!" çağırışı dövlətin ideoloji sütununa çevrildi, bu gün isə təntənəli gerçəkliyimizdir.
Azərbaycan bu gün təkcə özünü deyil, bölgəni dəyişir. Bütün bunlar 15 İyunun ruhuna, təməl daşına söykənir.
Qurtuluş – bir millətin yenidən doğulmasıdır.
Qurtuluş – xalqla liderin bir ruh olmasıdır.
Qurtuluş – sabaha yazılmış ümidin adıdır.

15 İyun bizə öyrətdi ki:

Dövlətin sahibi xalqdır, amma o xalq liderinə güvənmədikcə sabah olmur.
Müstəqillik bir imza ilə qazanıla bilər, amma onu qorumaq üçün can, ruh və iradə gərəkdir.
Azərbaycan tarixində xalqa arxa dayaq olan liderlər heç vaxt unudulmur – çünki onların adı zaman deyilən kitabın ən şərəfli səhifələrində yazılır.
Bu gün biz Ulu Öndərin qoyduğu yolda inamla irəliləyirik. Azərbaycanın hər bir qələbəsi, hər bir uğuru – o müqəddəs Qurtuluşun bəhrəsidir. Qoy bu müqəddəs tarix daim xalqımızın düşüncəsində, dövlətimizin yaddaşında yaşasın!

Yaşasın 15 İyun – Milli Qurtuluş Günü!
Yaşasın Ulu Öndərin ideyaları, yaşasın Müstəqil Azərbaycan!

Aygül Bağırova 
15.06.2025





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02