Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ

Bugünkü müasir və güclü Azərbaycan Milli Qurtuluşun bəhrəsidir” - RƏY

2025-06-13 04:41:44 256 baxış
Xəbər şəkil

 

 

15 İyun Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan Qurtuluş Günüdür. 1993-cü ildə ölkənin siyasi sabitliyinin pozulduğu bir dövrdə xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdı. Onun rəhbərliyi ilə dövlətçiliyin qorunması, vətəndaş müharibəsinin qarşısının alınması və ölkədə sabitliyin təmin olunması mümkün oldu. Məhz bu tarix müstəqilliyimizin möhkəmlənməsində dönüş nöqtəsi oldu. 15 İyun bu gün də müasir Azərbaycanın siyasi və tarixi yaddaşında böyük önəm daşıyır. Qurtuluş Günü milli birliyin və dövlətçiliyimizin rəmzinə çevrilib. 15 İyun bu gün də milli həmrəyliyin, siyasi sabitliyin və inkişaf yolunun başlanğıcı kimi qeyd olunur.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım İqtisadiyyat.az-a açıqlamasında deyib ki, 15 İyun – Milli Qurtuluş Günü müasir tariximizin şanlı səhifələrindən biridir.

O xatırladıb ki, 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu:

“Həmin tarixi gün Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi”. 

Deputat xatırladıb ki, həmin dövrdə ölkəmizdə yaranmış siyasi böhran, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin zəbt olunması və bunun nəticəsində 1 milyona yaxın soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi sosial-iqtisadi böhranı daha da dərinləşdirmiş və beləliklə, ölkə idarəolunmaz vəziyyətə düşmüşdü: “Ölkədə siyasi institutların darmadağın olması, dərin xaos və anarxiyanın güclənməsi, ideoloji əsasların sıradan çıxması, eyni zamanda, xarici təhdid və Ermənistanın işğalçılıq planlarının artması müstəqilliyimizi təhlükə altına almışdı. Belə bir vəziyyətdə ölkəni xilas edə biləcək, milli-ideoloji əsaslarla suveren dövlətçilik institutlarını yaratmaq üçün milli liderə çox ehtiyac var idi. Bu lider isə Ulu Öndər Heydər Əliyev idi”. 

Millət vəkili söyləyib ki, 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi: “Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı. 1993-cü il iyunun 15-də Azərbaycan xalqının tələbi ilə Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ölkə tarixinə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə yazıldı. Beləliklə, Azərbaycan ağır fəlakətlərdən, təhlükələrdən qurtuldu. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə siyasi sabitlik bərqərar oldu, cəbhədə atəşkəs əldə edildi, iqtisadi inkişaf istiqamətində islahatlara başlanıldı. Ən vacib hadisələrdən biri 1994-cü ildə Azərbaycanın dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzalaması oldu. Bununla, ölkəmizdə enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Eyni zamanda, Heydər Əliyev 1994-cü ildə bazar iqtisadiyyatına keçidi təmin edən mükəmməl qanunvericilik yaratdı. Ölkədə azad biznes mühitinin təmin edilməsi, yerli və xarici sərmayəçilərin hüquqlarının etibarlı şəkildə qorunması, onların fəaliyyətini tənzimləyən hüquqi normativ sənədlərin qəbul olunması islahatların əsas məqamlarından biri sayılır”.

Fatma Yıldırım vurğulayıb ki, Ulu Öndər Heydər Әliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə 2003-cü ildən etibarən Azərbaycanın inkişafında yeni mərhələnin bünövrəsi qoyulub. Onun sözlərinə görə, ölkəmiz ötən dövrdə uğurlu inkişaf yolu keçib, beynəlxalq miqyasda mövqelərimiz daha da möhkəmlənib: “Ulu Öndərimiz Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis, qətiyyətli lider yetişdirməsidir. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır”.

Deputat eyni zamanda söyləyib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib: “Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və Qarabağın erməni separatçılarından təmizlənməsi də bu uğurların məntiqi nəticəsidir. Cənab Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda təməllər atır, bayram tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bundan sonra da möhtəşəm nailiyyətlər əldə edəcək, işğaldan azad olunmuş ərazilərimiz ən yüksək səviyyədə bərpa olunacaq və bütün keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar. Bütün bu qürurlu hadisələrin təməlində isə qurtuluş məfkurəsi dayanır”.

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı isə İqtisadiyyat.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan xalqının dövlətçilik səlnaməsinin mühüm səhifələrindən biri olan 15 İyun - Milli Qurtuluş Günü dövlətçiliyimizin xilası, sabitliyin, inkişafın və tərəqqinin əsasının qoyulduğu müqəddəs bir gündür: 

“Azərbaycan 1990-cı illərin əvvəllərində - müstəqilliyini yeni qazandığı bir dövrdə dərin siyasi böhran, idarəetmədə səriştəsizlik, separatçılıq təhlükəsi, erməni təcavüzü və vətəndaş müharibəsi ilə üz-üzə idi. Yenicə müstəqilliyini qazanmış dövlətin gələcəyi sual altında idi. Çünki AXC-Müsavat cütlüyü yalnız hakimiyyəti saxlamağın yollarını fikirləşirdi və günahsız insanların həyatını itirməsi ciddi bir məsələ kimi qiymətləndirilmirdi. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Bununla paralel dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. Bütün ölkələrlə münasibətlər korlanmış, bəzi ölkələrə qarşı irəli sürülən iddialar nəticəsində Azərbaycanın xarici əlaqələri ciddi zərbə almış, bir sıra dövlətlərlə münasibətlər gərginləşmiş və ölkə beynəlxalq arenada təcrid olunmuş vəziyyətə düşmüşdü. Belə bir ağır və mürəkkəb şəraitdə xalq öz nicatını məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında gördü". 

G.Ağamalı söyləyib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə ölkədə sabitlik və inam mühiti formalaşmağa başladı, siyasi hərc-mərcliyə son qoyuldu: “Onun qayıdışı ilə ölkəmizin müstəqilliyi real məzmun aldı, hüquqi-siyasi islahatlara başlanıldı, ordu quruculuğu və iqtisadi inkişaf istiqamətində strateji addımlar atıldı. Əsrin Müqaviləsi ilə beynəlxalq investorların ölkəmizə axını sürətləndi. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq arenada öz layiqli yerini tutmağa başladı”.

Deputat vurğulayıb ki, bu gün müasir və güclü Azərbaycan məhz həmin milli qurtuluşun bəhrəsidir: “Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi xətt uğurla davam etdirilir, ölkəmiz beynəlxalq müstəvidə söz sahibinə çevrilir, dinamik iqtisadi inkişaf əsasında hərbi gücümüz durmadan artır. 2020-ci ilə əldə edilən Şanlı Zəfər və 23 saatlıq antiterror əməliyyatları bu yolun məntiqi nəticəsidir. 15 İyun - Milli Qurtuluş Günü hər bir azərbaycanlı üçün qürur, birlik və dövlətçilik şüurunun təcəssümüdür. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin irsinə sadiq qalaraq gələcəyə daha böyük inamla irəliləyir”.





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02