Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ

Əbədi müstəqilliyimizin memarı

2025-06-12 15:22:10 288 baxış
Xəbər şəkil

 

Tarixin yaddaşında mühüm izlər buraxan günlər millətlərin taleyində dönüş nöqtəsi yaradır. Azərbaycan xalqı üçün belə şanlı tarixlərdən biri də “15 İyun – Milli Qurtuluş Günü”dür. Bu gün müasir Azərbaycanın dövlətçilik tarixində təkcə bir təqvim hadisəsi deyil, milli dövlətçiliyin, suverenliyin və sabitliyin bərqərar olduğu gündür. 1993-cü ilin məhz bu günü Azərbaycan xalqı öz xilaskarına – Ümummilli Lider Heydər Əliyevə üz tutaraq onu yenidən hakimiyyətə gətirməklə ölkəni uçurumun kənarından xilas etdi və gələcəyə doğru sabit bir yol seçdi.
Qeyd edək ki, 1991-ci ildə Azərbaycan rəsmi olaraq müstəqilliyini bərpa etsə də, bu müstəqillik formal xarakter daşıyırdı. Siyasi xaos, idarəolunmazlıq, silahlı qarşıdurmalar, daxili çəkişmələr və xarici təhdidlər ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya qoymuşdu. Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20%-i itirilmiş, yüz minlərlə insan doğma yurdundan didərgin salınmışdı. Hakimiyyət uğrunda gedən mübarizə isə ölkədə anarxiya və parçalanma meyllərini daha da gücləndirmişdi.
Bu tarixi məqamda xalqın yeganə ümid yeri yenidən Heydər Əliyev oldu. Hələ Sovetlər dövründə Azərbaycanı inkişaf etdirmiş, xalqın sevgisini qazanmış bu böyük dövlət xadimi 1993-cü ilin iyununda xalqın təkidli dəvəti ilə Naxçıvandan Bakıya gəldi və 15 iyun tarixində Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu, Azərbaycanın yeni tarixi mərhələyə qədəm qoyması demək idi. Xalqın "qurtuluş" adlandırdığı bu dönüş nöqtəsi 1997-ci ildə rəsmi olaraq Milli Qurtuluş Günü elan olundu.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə siyasi sabitlik təmin olundu. O, milli birlik və həmrəyliyi bərpa etməyə, dövlətin idarə olunmasında ardıcıllıq yaratmağa nail oldu. Hərbi çevriliş cəhdlərinin qarşısı alındı, dövlət çevrilişi təhlükələri neytrallaşdırıldı. Azərbaycan dövləti öz süqut təhlükəsindən qurtuldu. Dövlətçiliyin təməl prinsipləri yenidən quruldu, hüquqi islahatlar başlandı.
Ən mühüm məqamlardan biri də Azərbaycanın beynəlxalq aləmdə tanınması və nüfuz qazanması oldu. Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti nəticəsində Azərbaycan həm Qərblə, həm də Şərqlə strateji münasibətlər qurmağa başladı. 1994-cü ildə imzalanan və "Əsrin müqaviləsi" adlandırılan neft sazişi Azərbaycanın iqtisadi müstəqilliyini təmin etdi. Bu müqavilə Azərbaycanın dünya enerji xəritəsində mühüm aktora çevrilməsinə səbəb oldu. Yeni neft strategiyası ölkəyə milyardlarla sərmayə cəlb etdi və gələcək nəsillər üçün iqtisadi əsaslar yaratdı.
Heydər Əliyev sadəcə olaraq bir dövrün lideri deyildi. O, müstəqilliyimizin əbədiliyinin ideya müəllifi və təminatçısı idi. Onun “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır!” fikri bu gün də hər bir vətəndaşın qəlbində əbədi həqiqət kimi yaşayır. Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən 1995-ci il Konstitusiyası dövlətin hüquqi əsaslarını müəyyənləşdirdi, insan hüquqlarını və azadlıqlarını təmin edən hüquqi baza yaratdı.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasi xətt uğurla və inamla davam etdirilir. Onun rəhbərliyi ilə Azərbaycan böyük zəfərlərə imza atdı. 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpası Heydər Əliyev siyasətinin məntiqi nəticəsi və təntənəsidir. 2020-ci ildə işğal altındakı torpaqlarımız azad olundu, 2023-cü ildə isə suverenliyimiz tam təmin edildi. Bu Qələbə həm də Milli Qurtuluş Günü ideyasının – milli birliyin və güclü liderliyin təntənəsidir.
Bugünkü güclü, qüdrətli, modern Azərbaycan dövlətinin təməlində 15 İyun Qurtuluş Günü dayanır. Bu gün müstəqilliyimizin qorunması, Azərbaycanın inkişafı və tərəqqisi üçün göstərilən hər bir uğur ulu öndərin mirasına sədaqətin təzahürüdür. Heydər Əliyev şəxsiyyəti bu gün təkcə tarixdə yox, həm də xalqın ürəyində yaşayır. Onun dövlətçilik məktəbi, ideyaları, strateji baxışı bu gün də yolumuza işıq tutur.
Bu gün biz əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyev xalqını və dövlətini zamanın ağır sınaqlarından keçirərək müstəqil Azərbaycanın memarına çevrildi. Onun adı, əməlləri və miras qoyduğu müstəqil Azərbaycan dövləti əbədi yaşayacaq. Bu gün hər bir azərbaycanlının borcu – müstəqilliyimizi qorumaq, inkişaf etdirmək və onu gələcək nəsillərə ötürməkdir.

Vüqar Ağayev
YAP Salyan rayon təşkilatının məsləhətçisi 





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02