Salyanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Vətənpərvər Gənclik və Dövlətçilik” mövzusunda tədbir keçirilib
03 iyun 2025-ci il tarixində Salyan rayon Peyk kənd tam orta ümumtəhsil məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Vətənpərvər Gənclik və Dövlətçilik” mövzusunda tədbir keçirilib. Tədbirdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, rayon təşkilatının sədr müavini Aqşin Babayev, Peyk kənd tam orta ümumtəhsil məktəbin direktoru, ərazi partiya təşkilatının sədri Faiq Zərbalıyev, məktəbin müəllim və şagirdləri, YAP fəalları iştirak edib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Peyk kənd tam orta ümumtəhsil məktəbin direktoru Faiq Zərbalıyev, məktəbin tarix müəllimi Elnur Əsgərov çıxış edərək ölkəmizdə Konstitusiya quruculuğu, dövlət suverenliyinin bərpası və möhkəmləndirilməsi sahəsində qazanılmış uğurlardan, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafındakı tarixi xidmətlərindən, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi-siyasi islahatlardan danışıblar. Bildirilib ki, Azərbaycan xalqı böyük qürur hissi ilə bu gün tam suveren şəkildə öz dövlətinin sahibi kimi yaşayır. Ərazi bütövlüyümüzün və dövlət sərhədlərimizin tam bərpası, Azərbaycanın beynəlxalq arenada mövqelərinin daha da möhkəmlənməsi, xalqımızın öz suveren iradəsini azad və sərbəst şəkildə ifadə etməsi ölkəmizin ən böyük nailiyyətlərindəndir. Həmçinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının, dövlətçilik və konstitusiya dəyərlərinin məktəblilərə aşılanmasının vacibliyi qeyd edilib, bu cür tədbirlərin hüquqi və ideoloji maarifləndirmə baxımından mühüm əhəmiyyət daşıdığı xüsusi olaraq vurğulanıb.
Tədbir çərçivəsində məktəbin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib. Eyni zamanda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş iki gənc müəllimə partiya üzvlük vəsiqələri təqdim olunub.




