Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ

Tokayevdən Əliyevə və Ərdoğana MÖHTƏŞƏM DƏSTƏK

2025-06-02 16:40:21 283 baxış
Xəbər şəkil

 

Qazax lider BMT-də islahatlara çağırdı; bu istək reallaşacaqmı, yoxsa o, lazımsız qurum kimi ləğv ediləcək - Rəy

 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına və orada daha çox ölkənin təmsil olunmasına çağırıb. Bu barədə o, Astana Beynəlxalq Forumunun plenar sessiyasında çıxışı zamanı bildirib (Teleqraf).

Tokayevin sözlərinə görə, dünya üçün vacib qərarlar yalnız bir neçə dövlət - BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü tərəfindən qəbul edilə bilməz. “Milyardlarla insanı əhatə edən kritik qərarlar yalnız bir neçə ölkə tərəfindən qəbul edilməməlidir. Buna görə də Qazaxıstan BMT Təhlükəsizlik Şurasının genişləndirilməsini dəstəkləyir. BMT-nin aktuallığını qoruyub saxlaması və real dünyanı əks etdirməsi üçün Təhlükəsizlik Şurasında struktur islahatları zəruridir”, - dövlət başçısı vurğulayıb.

Kasım-Jomart Tokayev xatırladıb ki, bu il BMT yaradılmasının 80 illiyini qeyd edəcək: “1945-ci ildə dağıdıcı dünya müharibəsindən sonra 51 dövlət tərəfindən yaradılan BMT daha dinc və təhlükəsiz dünya haqqında cəsarətli baxışlar təklif edib. Bu gün təşkilat daha müxtəlif, mürəkkəb və bir-biri ilə əlaqəli qlobal birliyi təmsil edən 193 üzv dövlətə malikdir. Amma BMT-nin əsas strukturları, xüsusilə də Təhlükəsizlik Şurası zaman keçdikcə az dəyişir”.

Qazaxıstan Prezidenti əlavə edib ki, 80 il əvvəl yaradılmış institusional strukturla müasir reallıqlar arasındakı bu uçurum BMT-yə inamı və onun effektivliyini sarsıdır.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının veto hüququ olan daimi üzvlərinə Böyük Britaniya, ABŞ, Fransa, Rusiya və Çin daxildir. BMT və onun Təhlükəsizlik Şurasında köklü islahatların, təşkilatın effektiv quruma çevrilməsinin vacibliyi barədə Azərbaycan və Türkiyə liderləri də bir neçə dəfə çıxış ediblər. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan o sırada TŞ-nin daimi üzvləri arasında müsəlman dünyasını təmsil edən bir dövlətin zəruriliyini məxsusi vurğulayıblar.

BMT-də islahatlar reallaşacaqmı, yoxsa o, lazımsız qurum kimi günün birində ləğv ediləcək?

gunay agamali.jpeg (96 KB)

Günay Ağamalı

Deputat, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, XXI əsrin ikinci onilliyindən etibarən dünya yeni geosiyasi və geoiqtisadi reallıqlarla üz-üzədir: “ABŞ-ın liderliyində qurulan beynəlxalq münasibətlər sistemi artıq öz mövqeyini itirir və çoxqütblü dünya düzəninə keçid sürətlənir. Belə olduğu təqdirdə, dünya nizamını həyata keçirmək üçün qurulan beynəlxalq təşkilatların da ciddi şəkildə yenilənməyə və funksionallığını artırmağa ehtiyacı var. Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Astana Beynəlxalq Forumunda BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyi ilə əlaqədar səsləndirdiyi fikirlər məhz reallıqları ifadə edən qlobal çağrışdır. Onun çıxışı yeni motivlərin canlandırılması deyil. Çünki bu kontekstdə cənab Prezident İlham Əliyev və Türkiyə Prezidenti, cənab Rəcəb Tayyib Ərdoğan illərdir qəti və prinsipal mövqe sərgiləyir. Ölkə rəhbərimiz dəfələrlə BMT Təhlükəsizlik Şurasının qeyri-effektivliyinə diqqət çəkərək islahatların vacibliyini vurğulayıb”.

Deputat xatırlatdı ki, həmçinin Ərdoğan “Dünya beşdən böyükdür” şüarını qlobal tribunaya daşıyaraq BMT TŞ-da daimi üzvlər arasında müsəlman ölkələrinin də yer almasının vacibliyini qeyd edib: “Reallıq ondan ibarətdir ki, dünya dəyişə də, BMT-nin strukturları dəyişməyib. Şurada yalnız ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniyanı əhatə edən 5 dövlətin veto hüququna malik olması ədalətdən daha çox şəxsi maraqların hökm sürməsinə zəmin yaradıb. Məhz bu səbəbdən Tokayevin çağırışı beynəlxalq ədalətə, birliyə və effektivliyə hesablanmış yanaşmadır. Çünki bu mümkün olmasa təşkilat tədricən tarixin arxivinə qarışacaq”.

ehed-memmedli.jpg (31 KB)

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli isə qeyd etdi ki, Ərdoğanın “dünya 5-dən böyükdür” sözləri bir neçə il qabaq bəziləri üçün real görünmürdü: “Çox az vaxt keçdi, qardaş ölkə prezidentinin nə qədər haqlı olduğu göründü. Bu illərdə Ərdoğanın rəhbərliyi ilə Türkiyə böyüdü. Türk dünyasının digər ölkəsi Azərbaycan ərazi bütövlüyünə qovuşdu. Bununla da Azərbaycanın ölkə, dövlət başçısı olaraq da İlham Əliyevin dünyada nüfuzu çox artdı. Türkiyə-Azərbaycan birliyinin əhatəsi genişlənməyə başladı. Türkdilli təşkilat türk təşkilatına çevrildi. Postsovet məkanında böyük Turandan danışılmağa başlandı. Türk Birliyi Avropa Birliyi ilə müqayisə edildi. Başqa bir formatda bu dəfə İslam formasında Türkiyə-Azərbaycan-Pakistan müttəfiqliyi möhkəmləndi. Ələlxüsus da, Pakistanın kiçik müharibədə Hindistanı üstələməsi yuxarıda qeyd edilən müsəlman üçlüyünün ittifaqına böyük təkan verdi. Azərbaycan-Türkiyə-Pakistan liderlərinin Laçındakı zirvə toplantısı İslam dünyasında yeni, möhkəm ittifaqdan söz etdi”.

Ə.Məmmədli vurğuladı ki, xarici siyasət strategiyasının doğru cizilməsində Əliyev-Ərdoğan dostluğunun əhəmiyyətli rolu var: “Proseslər onu göstərir ki yaşadığımız təqvimlə baxsaq XXI əsrdə yenidən türk və müsəlman dünyası dirçəlir və əvvəlki vaxtlarına qayıtmağa başlayır. Artıq BMT kimi təşkilatlar köhnə dünyadır. Türk Birliyi isə yeni dünyadır və bu yeni dünyada yenidən formalaşır. BMT əvvəlki kimi qala bilməz. Bu qurum dəyişilməlidir. Əks halda ləğv olunub yerinə bugünkü və sabahkı dünya reallığına cavab verən yeni qurum yaradılacaq”.





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02