Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ

Azərbaycan, Türkiyə və Pakistan münasibətləri xalqların qəlbində yaşayan duyğularla möhkəmlənib -Millət vəkili

2025-05-30 23:22:50 311 baxış
Xəbər şəkil

 

Müasir geosiyasi reallıqlar fonunda regional əməkdaşlıq və strateji tərəfdaşlıqlar qlobal güc balansının formalaşmasında xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan, Türkiyə və Pakistan kimi ortaq tarixə, mədəniyyətə, dinə və ideoloji dəyərlərə malik olan qardaş dövlətlər bu baxımdan unikaldır. Bu ölkələrin əməkdaşlığı təkcə coğrafi yaxınlıq və diplomatik münasibətlər çərçivəsində deyil, həm də xalqların tarixi bağlılığı və strateji hədəfləri ilə müəyyən olunur. Bu baxımdan 28 May tarixində Laçın şəhərində keçirilən üçtərəfli Zirvə görüşü bu baxımdan mühüm dönüş nöqtəsi oldu.
 
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini  Günay Ağamalı da “Sherg.az”a açıqlamasında qeyd edib ki,  Azərbaycan, Türkiyə və Pakistan tarixən ortaq dini, mədəni və siyasi dəyərlərə malik qardaş dövlətlər olaraq, bu gün də birgə strateji xətt üzrə uğurla irəliləyirlər. Bu əməkdaşlıq sadəcə diplomatik müstəvidə deyil, eyni zamanda iqtisadi, hərbi və mədəni sahələri də əhatə edir. Laçın şəhərində baş tutan üçtərəfli Zirvə görüşü bu qardaşlığın daha da möhkəmləndirilməsinə və beynəlxalq siyasətdə yeni güc mərkəzi kimi formalaşmasına xidmət edir: 
“Azərbaycan, Türkiyə və Pakistan  tarixən ortaq dini, mədəni və siyasi dəyərlərə malik olan qardaş dövlətlərdir. Ölkələrimiz arasında mövcud əlverişli siyasi mühit dinamikliyi və interaktivliyi ilə seçilir. 
İşğaldan azad olunmuş Laçın şəhərində keçirilən üçtərəfli Zirvə görüşü Bakı, Ankara və İslamabad arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və bu əməkdaşlığın beynəlxalq siyasətdə yeni güc mərkəzi kimi formalaşmasına xidmət etdiyini açıq şəkildə nümayiş etdirir.
Zirvə görüşündə müzakirə olunan məsələlər təkcə cari əməkdaşlıq sahələri ilə kifayətlənmədi. Hər üç liderin fikirləri və baxışları olduqca geniş və əhatəli idi. Xüsusilə cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycan, Türkiyə və Pakistan qardaşlığının yalnız diplomatik və iqtisadi əsaslarla deyil, eyni zamanda mədəni və ideoloji müttəfiq olduqlarını təsdiq etdi. Dövlət rəhbərimizin qeyd etdiyi kimi, Azərbaycan ötən müddət ərzində Türkiyə iqtisadiyyatının müxtəlif sahələrinə 20 milyard dollardan çox investisiya yatırıb. Cənab Prezident İlham Əliyevin ideya müəllifliyi əsasında birgə həyata keçirdiyimiz enerji layihələri iki ölkənin iqtisadi tərəqqisinə töhfə verməklə yanaşı, Avropanın enerji təhlükəsizliyində mühüm faktora çevrilib. 
Bununla yanaşı, rəsmi Bakı Pakistan iqtisadiyyatına 2 milyard dollar həcmində investisiya yatırmaq niyyətini bəyan edib ki, bu da qardaş ölkənin inkişafına təkan verəcəkdir. Artıq tərəflər arasında konkret investisiya layihələri üzərində işlər gedir.  Həmçinin ölkələrimiz arasında hərbi əlaqələr müasir müharibə metodikalarının tələbi çərçivəsində birgə keçirilən hərbi təlimlərlə daha da dərinləşir. Qardaş Türkiyə və Pakistanın müdafiə sənayesinə məxsus qabaqcıl və yüksək texnologiyalı hərbi məhsullar Silahlı Qüvvələrimizin inventarına daxil edilərək, ordu quruculuğu və müdafiə qabiliyyətimizin gücləndirilməsində mühüm rol oynayır. Üç qardaş ölkə yalnız siyasi, iqtisadi və hərbi sahədə deyil, mədəniyyət, elm və təhsil sahələrində də uğurlu tərəfdaşlıq modeli formalaşdırıblar.  Universitetlər arasında mübadilə proqramları, mədəni tədbirlər xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Nəticə etibarilə, Azərbaycan, Türkiyə və Pakistan arasındakı münasibətlər sadəcə dövlətlərlərimiz tərəfindən imzalanan sənədlərlə deyil, xalqların qəlbində yaşayan duyğularla möhkəmlənmişdir. Çünki bu bağlar qanla, canla, tarixlə və sədaqətlə yazılıb”.




Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02