Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ

İlham Əliyev Ermənistanın diplomatik müdafiəsini dağıdır: Münhen debatından Zəfərə aparan yol – TƏHLİL

2021-02-15 13:43:42 269 baxış
Xəbər şəkil

 

Mürəkkəb coğrafiyada yerləşən ölkələrin güclü olmasını təmin edən amillərin başında hərbi güc dayanır. Hərbi qüdrətin dayanıqlığını diplomatik həmlələrin gücü tamamlayır.

Azərbaycan özünün hərbi xərclərini artırması, bir çox ölkə ilə hərbi-texniki əməkdaşlıq çərçivəsində müasir silahlar alması fonunda 2019-cu ilin oktyabr ayından etibarən diplomatik hücumun miqyasını genişləndirir.

Paşinyanın birinci müdafiə xətti yarılır

2019-cu ilin avqustunda Xankəndiyə gedərək “Qarabağ Ermənistandır” şüarını səsləndirən Ermənistanın Baş naziri Nikol Paşinyana ilk tutarlı cavab həmin ilin oktyabrın 3-də Azərbaycan Prezidentin İlham Əliyev tərəfindən verilir. Bununla da Ermənistanın Paşinyanın hakimiyyəti zamanı qurulan diplomatik müdafiə xətlərinin birinci eşalonu böyük məharət və dəmir məntiqlə yarılır.

İlham Əliyev aşkar millətçiliyin və isterikanın girdabında çapalayıb saxta faktlar axtarışına çıxan Nikol Paşinyana və Ermənistanın havadarlarına xatırladır ki, “Qarabağ Azərbaycandır və nida”.

İlham Əliyevin “Valday”dakı çıxışı iki cəhətdən mühüm idi: Birincisi “Qarabağ Azərbaycandır və nida” şüarının bəyan edildiyi auditoriya siyasi elitanın toplaşdığı məkan idi.

İkincisi isə İlham Əliyevin intensivləşən açıq-aydın mesajları diplomatik gedişlərin formasını, ölçüsünü, hətta rəngini də dəyişdirən addımlar idi. Prosesləri uzlaşdırsaq, görürük ki, bu, Vətən müharibəsindəki qələbə üçün hazırlanan diplomatik strategiyada yeni mərhələnin başlanğıcı idi.

Aşqabadda ikinci həmlə

Ardınca, oktyabrın 11-də İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında Nikol Paşinyanı növbəti dəfə diplomatik və siyasi zərbə altına salır.

Prezident Ermənistanın diplomatik istehkamında ikinci cəbhəni də dağıdır -  faşist, cəllad Qaregin Njde məsələsini qabartmaqla.

Dövlət başçısı Ermənistanda nasistlərin davamçısı Qaregin Njdenin qəhrəmanlaşdırılmasını və ona İrəvanın mərkəzində heykəl qoyulmasını pisləyir.

Njdenin nasist Almaniyasına xidmət etdiyini faktlarla və sağlam mühakimə ilə diqqətə çatdırır, Azərbaycan xalqının isə İkinci Dünya müharibəsində faşizm üzərində qələbə qazanılmasında müstəsna rolunu vurğulayır.

Qələbəyə aparan yoldakı həlledici debat

Azərbaycanın diplomatik cəbhədə həlledici uğuru isə 2020-ci ilin 15 fevralına təsadüf edir.

Həmin gün Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş panel müzakirələri keçirilir.

Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan Münhendə debat formatında üz-üzə gəlir.

Debatda münaqişənin kökünə dair həqiqətin üzə çıxması uğrunda gedən mübarizə praktiki cəhətdən mühüm əhəmiyyət kəsb edirdi. Bu mübarizədə isə Paşinyanın faktları kasad, mühakimələri sönük idi.

 

Müzakirələrdə Paşinyan erməni tarixini mistikləşdirməyə cəhdlər edir, erməniləri isterikaya salan “kövrək” hisslərə toxunur. Lakin debatın gedişatında aydın olur ki, onun dedikləri faktla məntiqin izdivacından doğan mühakimələr deyil, yalnız əsəbdən doğan instinktiv reaksiyadır.

Debat boyunca Paşinyan İlham Əliyevin arqumentləri qarşısında əriyir, vəziyyətdən çıxmaq üçün gah saxta erməni tarixinin səhifələrində eşələnir, gah da uğursuz çıxışının yaratdığı əsəbdən dili topuq vurur.

Vəziyyət o yerə çatır ki, Paşinyan keçmiş Şaumyan rayonunu (indiki Goranboy rayonun bir hissəsi) Dağlıq Qarabağın tərkibinə qatır, İlham Əliyev isə anında replika ilə onun yalan dediyini söyləyir.

Çıxışında “Qafqaz Bürosu qərar çıxarmışdı ki, Qarabağ Azərbaycanın olsun” deyəndən sonra “Üzr istəyirəm, Ermənistan” deməsi baş naziri gülünc vəziyyətə salır. Necə deyərlər, dil çaşar, düzünü deyər, lakin bu çaşqınlıq oxu Ermənistanın özünə yönəldir.

Debatda bütövlükdə İlham Əliyev tarix, siyasət və diplomatiya sahəsində üstün zəkaya malik olduğunu nümayiş etdirir.

Çarəsiz qalan Paşinyan isə debata dəxli olmayan sonuncu yola əl atır.

N.Paşinyan bildirir ki, Tiqranın zamanında regionda iki millətin – ermənilər və gürcülərin olduğunu bildirir. İlham Əliyev isə onu məsxərəyə qoyur.

İlham Əliyev onun bu fikrinə ironiya ilə yanaşır və gülüşlə qarşılayır, bu ironiyanın debatın sonunda səsləndirilməsi isə Paşinyanın “faktlarının” sonuna böyük sual işarəsi qoyur.

Prezidentin ironiya “ermənilər və ermənilər” deyərək Paşinyana lağ etməsi baş nazir üçün biabırçı sonluq olur.

Azərbaycan Prezidentinin tarixi faktlara diqqət çəkməsi moderatorun, Rusiya-Amerika Fondunun icraçı direktoru Selesta Vallanderin marağına səbəb olur. O, “burada tarix dərsi keçilir” deməklə, əslində, İlham Əliyevin arqumentlərinin daha güclü olduğuna işarə edir.

Debatdan sonra Prezident İlham Əliyev Münhendən qalib dövlət başçısı kimi ölkəyə qayıdır.

Nikol Paşinyan isə məyusedici və ermənilər üçün əzabverici duruşla Ermənistana yola düşür. Ermənistan mediasında Paşinyanı bacarıqsızlığına görə ağ yuyub qara sərirlər.

Azərbaycan Münhendə Ermənistanın siyasi arenadakı üçüncü eşalonunu da darmadağın edir. Prezident İlham Əliyevin çıxışı Azərbaycan dövlətinin siyasi və diplomatik dəstək qazanmasında mühüm rol oynayır.

Diplomatiyadakı hər qələbə Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək uğrundakı mübarizəsindəki gücünü artırdı. Bütün bunlar bir zəncirin həlqələridir. Bu həlqələr Vətən müharibəsindəki qələbəni şərtləndirdi və Azərbaycan 44 günlük müharibədə tam zəfər çaldı.





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02