QƏLBİ AZƏRBAYCANLA DÖYÜNƏN SEDAT YAVUZ
Sizə bir insandan danışmaq istəyirəm.Onun adı Sedat Yavuzdur.Sedat bey artıq neçə ildir ki Azərbaycandadır.Burada çox işlər görüb və görməkdə davam edir. İş adamıdı,çox təvazökar,işgüzar insandır.həmişə az danışıb çox işləməyə üstünlük verib.Bəlkə elə ona görədir ki sosial şəbəkələrdə,internet resurslarında onun haqqında çox az informasiya var.Mən onun gördüyü işlərdən bir qismini sizinlə bölüşürəm.Məncə yüz dəfə deməkdən bir dəfə görmək daha yaxşıdır. Millətini,Vətənini çox sevən,bu sevgisində Türkiyə ilə Azərbaycanı heç zaman ayırmayan
Sedat Yavuz üçün Türk izi olan hər qarış torpaq öz məmləkətidir.Elə bu amalla da o 44 günlük İkinci Qarabağ Savaşı-Vətən Müharibəsində və sonra Azərbaycan xalqının yanında olmağı özünə borc bilib,yardımlarını əsirgəməyib.Bir çox müharibə iştirakçısının müayinəsi,müalicəsini təşkil edib,problemlərini həll edib. T.C. Şura İnsan Hakları Federasyonu Azərbaycan təmsilçisi olaraq Sedat bəy həmişə ölkəmizə faydalı olmağa çalışıb,Azərbaycana can yandırıb.
Sedat bəy "Yavuz İnşaat MMC"-nin təsisçisi və rəhbəri olaraq da respublikamızın inkişafı naminə çox zəhmət çəkir.Onun müəssisəsi 44 günlük savaşdan sonra işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq,yenidənqurma,
inşaat işlərində iştirak edən ilk şirkətlərdəndir.
Sedat bəyin dediyinə görə onun özü və işçiləri düşmən tapdağından qurtulmuş torpaqlarımızın dirçəldilməsini töhfə verdiklərindən qürur duyur,bunu tarixi hadisə hesab edirlər.Tərtərdə,Cəbrayılda qurub yaradan "Yavuz İnşaat MMC" həm də Zəngilanda iz qoyub.Sedat Yavuz və kollektivi "Yeni Ağalı" ağıllı (smart) kəndini inşa edənlərdəndir.İlk qayıdış köçünün getdiyi müasir kəndin salınmasında bu Türk qardaşımızın əməyi,zəhməti danılmazdır.Var olun Sedat bəy! Var olsun Türkiyə-Azərbaycan birliyi!