Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq,  həm bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var

2022-08-16 21:31:53 252 baxış
Xəbər şəkil

2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsi  parlaq qələbəmizlə başa çatdı. Müzəffər Ali Baş Komandanımız Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz düşmənə sarsıdıcı zərbələr vurdu. Bununla da xalqımızın 30 illik həsrətinə son qoyuldu və torpaqlarımız düşmən tapdağından azad edildi. 

İşğal dövründə Azərbaycan iqtisadiyyatına ciddi maddi ziyan dəymişdir. Ermənistanın 30 il ərzində işğalda saxladığı ərazilərdə yaşayış məntəqələri, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı 280 min hektar meşə, 1 milyon hektara yaxın məhsuldar torpaqlar, 1200 km irriqasiya sistemi düşmənin vandalizminə məruz qalmış və yararsız hala salınmışdır. İşğalçılar tərəfindən 220 min baş iribuynuzlu mal-qara aparılmışdır. Birinci Qarabağ müharibəsinə qədər Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədəri Qarabağ və cəbhəyanı ərazilərdə istehsal olunmuşdur. İşğaldan əvvəlki dövrdə respublika üzrə iribuynuzlu mal-qaranın 15,1 faizi, xırdabuynuzluların isə 19,2 faizi həmin ərazilərin payına düşürdü. İribuynuzlu heyvandarlıqda Laçın, Ağdam və Füzuli rayonlarının, xırdabuynuzlu heyvandarlıqda isə Laçın, Ağdam, Kəlbəcər, Füzuli və Cərbayıl rayonlarının göstəriciləri yüksək idi. 
Qeyd olunan göstəricilərlə yanaşı, işğaldan azad edilən ərazilərin relyefi, iqlim şərtləri və digər təbii imkanları nəzərə alınmaqla, Qarabağda kənd təsərrüfatının prioritet istiqamətlərini müyyənləşdirmək mümkündür. Artıq Qarabağda ənənəvi sahələr üzrə yeni təsərrüfatların yaradılmasına start verilib. Bölgədə ayrı-ayrı istiqamətlər üzrə bir neçə aqroparkın yaradılması nəzərdə tutulub. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan kənd təsərrüfatı anbarı sistemi inşa ediləcək. Bütün bunlar Azərbaycanın qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq. 

Hazırda işğaldan azad edilmiş torpaqlarda aqrar sahənin inkişafı ilə bağlı mühüm tədbirlər görülür. Kənd Təsərrüfatı Nazirliyi “Azərkosmos” ASC ilə birlikdə azad olunmuş ərazilərdə faktiki əkinəyararlı torpaqların peyk təsvirləri əsasında xəritələşməsini aparıb. Həmin torpaqlarda əkinlərə, o cümlədən çoxillik əkmələrə aqrotexniki qulluq göstərilməsi məqsədilə işlərə başlanılıb. Əlbəttə, ən əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərdə torpaqdan səmərəli istifadəyə nail olmaqdır. Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişafının sistemli xarakter alması üçün hökumət bəri başdan prioritetlər seçir. Öncə ərzaq təhlükəsizliyi məqsədilə hansı məhsulların əkilməli olduğu dəqiqləşdirilir. 
Bildiyimiz kimi, işğaldan əvvəlki dövrdə Qarabağ ərazisi yüksək kənd təsərrüfatı göstəricilərinə malik olub. Ölkədə taxıl, pambıq, üzüm, ət və süd, yun və barama istehsalının çox hissəsi həmin ərazilərin payına düşüb. Belə ki, azad edilmiş torpaqların həm bitkiçilik, həm də heyvandarlıq sahəsində çox böyük potensialı var. Nəzərə almalıyıq ki, indi bizim yeni texnologiyalarımız var, deməli, bu sahənin uğur tendensiyası daha da arta bilər. Prezident cənab İlham Əliyev 12 avqust tarixində İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə demişdir: “Azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var. Maksimum dərəcədə bundan səmərəli şəkildə istifadə olunmalıdır. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir. Növbəti illərdə məhsuldarlıq daha da artacaq, əkin sahələri artacaq. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etməlidir. Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var. Artıq ikinci ildir ki, çobanlar ilə qoyun sürüləri oraya göndərilib. Artıq Kəlbəcər və Laçın rayonlarında yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. Artıq biz bal ixracatçısına çevrilmişik.” 
Dövlətimizin kənd təsərrüfatına diqqəti sayəsində indi Qarabağın aqrar sahədə əvvəlki şöhrətinə qaytarılması üçün konseptual hazırlıq işləri görülür. Məskunlaşma prosesi başlanandan sonra kənd təsərrüfatı ilə məşğul olacaq sakinlərin aqrar texnika, toxum, gübrə və digər lazımi vasitələrlə təmin edilməsinə dair planlar hazırlanır. 30 ilə yaxın erməni işğalı altında olmuş, nəhayət, 2020-ci ilin payızında Ordumuzun 44 günlük zəfər yürüşü nəticəsində azad edilmiş Qarabağı dirçəltməyə başlamışıq. Burada digər sahələrlə bərabər, kənd təsərrüfatının da üfüqləri genişlənəcək.
Azərbaycanın təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınması və nüfuz qazanması işğaldan azad edilmiş ərazilərimizdə bərpa işləri çərçivəsində həyata keçiriləcək layihələrdə də özünün aydın ifadəsini tapır. 5 komponenti - yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələrini birləşdirən “ağıllı kənd” layihəsi bir daha Azərbaycanın gücünü və qüdrətini nümayiş etdirir. Azad edilmiş ərazilərin kənd təsərrüfatı potensialı böyükdür. Bu, son illər ölkəmizdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına da dəstək olacaq. Bir sözlə, 30 ilin nisgili, acısı arxada qalaraq, tarixi sahibinə qayıdan torpaqlarımızda yeni həyat başlayır və Azərbaycanın dayanıqlı inkişafı üçün geniş imkanlar yaranır.

Avdi Həsənov,
Salyan DAİM-də sektor müdiri

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03