Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

“Siyasi partiyalar haqqında” yeni qanun: Onları hansı aqibət gözləyir? 

2022-07-29 11:56:09 28134 baxış
Xəbər şəkil

Milli Məclisin sədri  “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı tapşırıq verib.

Artıq uzun zaman idi ki, “Siyasi partiyalar haqqında” qanun layihəsinin müasir tələblərə cavab vermədiyi ilə bağlı müzakirələr gedirdi. Ölkədə fəaliyyət göstərən partiyaların əksəriyyəti dəfələrlə bununla bağlı bəyanatlar, təkliflər səsləndirib. Söhbət ondan gedir ki, “Siyasi partiyalar haqqında” Qanun 1992-ci ildə qəbul edilib və sonrada qanuna müəyyən əlvə və dəyişiklər edilsə də, mövcud qanun müasir tələblərə cavab vermirdi. Bu da siyasi partiyaların ölkənin ictimai-siyasi həyatında rolunu məhdudlaşdırırdı. Gözlənilən odur ki, hazırlanan yeni qanun partiyaların dinamik inkişafına təkan verəcək, ictimai rəydə nüfuzunu və təsir gücünü artıracaq. 

Eyni zamanda, yeni qanun partiyaların siyasi təmsilçiyinə geniş imkanlar yaradacaq ki, bu da ən önəmli məsələlərdən biri hesab olunur.

Qeyd edək ki, Milli Məclis yeni qanunun hazırlanması ilə bağlı yaydığı məlumatda partiyalara da müraciət edildiyi vurğulanır. Bu qanunun ictimai əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyaların yeni qanun layihəsi ilə bağlı təkliflərini Azərbaycan Respublikası Milli Məclisinə təqdim etmələri xahiş olunub.

Bəs siyasilər bu haqda nə düşünür? Yeni qanunun hazırlanması zəruri idimi? Yeni qanun ölkənin ictimai-siyasi həyatında hansı müsbət və ya mənfi dəyişikliklərə gətirib çıxaracaq?

“Ana Vətən” Partiyasının sədri, deputat Fəzail Ağamalı yeni qanun layihəsinin hazırlanması ilə bağlı Cebhe.info-ya danışarkən deyib ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması gözlənilən idi:

“Uzun müddət idi ki, həm Milli Məclisin plenar və komitə iclaslarında, həm də ictimai rəydə “Siyasi partiyalar haqqında” Qanuna əlavə və dəyişikliklərin kifayət olmadığı deyilərək, yeni qanunun işlənib, hazırlanmasının zəruriliyi ortaya qoyulurdu. Bu, kifayət qədər əsaslara malikdir. Çünki 1992-ci ildə qəbul edilmiş qanun, sonradan edilən dəyişikliklər və əlavələr müasir tələblər səviyyəsində deyildi, bu tələblərə cavab vermirdi. Bəlli olduğu kimi, ölkə Prezidentinin 2018-ci ildən başlayaraq həyata keçirdiyi islahatlar içərisində siyasi islahatlar xüsusi yer tutur. Yeni siyasi konfiqurasiyanın yaradılması üçün ölkə Prezidenti olduqca mühüm addımlar atdı. Prezident Aparatında bununla bağlı xüsusi şöbə yaradılıb, bu vəzifəyə hər birimizin xüsusi hörmət və rəğbət bəslədiyi Ədalət Vəliyev təyin edilib. Qısa zaman kəsiyində onun qarşısında qoyulan tələbləri uğurla yerinə yetirdi. Həqiqətən də cənab Prezidentin tapşırıqlarına uyğun olaraq istər parlamentdə, istərsə də Milli Məclisdən kənarda siyasi partiyaların koordinasiya edilməsi, ümummilli və dövlət maraqları ətrafında vahid mövqe nümayiş etdirilməsinə böyük əmək sərf olundu və onun konkret nəticələri də göz önündədir. Bütün bunlarla bərabər, siyasi partiyaların müasir tələblər səviyyəsində qurulması, siyasi konfiqurasiyanın daha da genişlənməsi, cəmiyyətin siyasi həyatında yer və rolunun artırılması üçün yeni, təkmil qanuna ciddi ehtiyac duyulurdu”.

F.Ağamalı əlavə edib ki, yeni qanun artıq günün tələbinə, sosial sifarişə çevrilib:

“Ona görə də bununla bağlı Milli Məclisdə təmsil olunan siyasi partiyalar olaraq yeni qanunun işlənib hazırlanması ilə bağlı Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət etdik. Bu müraciət məmnuniyyətlə qarşılandı və artıq müvafiq tapşırıqlar verilib. Ümidvaram ki, qısa zaman kəsiyində həmin qanun layihəsi hazırlanacaq. Təkcə siyasi partiyalar arasında deyil, həm də cəmiyyətdə geniş müzakirə predmetinə çevriləcək və həqiqətən günün tələblərinə uyğun yeni qanun işlənib hazırlanacaq. Söhbət ondan gedir ki, mövcud qanunda yetərincə boşluqlar var. Azərbaycan 1992-ci ildəki səviyyədə deyil. Hətta Azərbaycanın indiki inkişaf səviyyəsi 5 il bundan əvvəldən də müsbət mənada fərqlənir. Bu baxımdan biz həm bu günün, həm də gələcəyin tələblərinə cavab verə biləcək qanun layihəsi hazırlamalıyıq. Ümidvaram ki, bunun öhdəsindən həm parlament olaraq gələcəyik, həm də cəmiyyətdən gələn müsbət fikirləri, təklifləri, rəyləri almaqla yüksək səviyyəsi qanun layihəsi qəbul edəcəyik. Beləliklə də bu, ölkə Prezidentinin aparmış olduğu siyasi islahatların tərkib hissəsi kimi önə çıxacaq və partiyaların Azərbaycanın siyasi həyatında yer və rolunun artmasına geniş imkanlar yaranacaq”.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03