Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Prezident mesajını verdi, sərt xəbərdarlığını etdi - məmurların fəaliyyətində dönüş gözləyəkmi...

2022-07-28 17:54:39 233 baxış
Xəbər şəkil

 

Fəzail Ağamalı: “Onlar başa düşməlidirlər ki, deyilən sözlər, sadəcə olaraq, xəbərdarlıq deyil, bunun arxasında cənab Prezidentin dəmir iradəsi və qətiyyəti dayanır”

Prezident İlham Əliyevin cari ilin 25 iyul tarixində Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı çıxışında ölkədə iqtisadi-sosial sahələrə dair mühüm mesajlar verdi və xəbərdarlıqlar etdi.

Musavat.com xatırladır ki, Prezident dövlət proqramlarının müsbət nəticələrindən danışıb, deyib ki, son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görüldü, böyük infrastruktur layihələri icra edildi və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxıb. Ölkə rəhbəri rayonların sosial-iqtisadi inkişafına böyük töhfələri diqqətə çatdırıb, elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edildiyini deyib.

O, yeni iş yerlərinin yaradılmasının xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib.
Prezident xüsusilə bir sıra icra başçılarının həbsinə diqqət çəkib və “Bu onu göstərir ki, heç kim qanundan üstün ola bilməz” deyib.

Tələb edib ki, icra başçıları daim insanlarla təmasda olsunlar, kəndlərə getsinlər, problemlərlə maraqlansınlar, sosial ədalət prinsipinə əməl etsinlər.
Prezident xüsusi tapşırıq verib ki, şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir: “Heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun”...

Prezident bir daha sahibkarlara qayğı göstərilməsinin vacibliyini deyib: “Bəzi hallarda sahibkarlar qarşısında müəyyən qanunsuz, əsassız tələblər irəli sürülür”.
Həmçinin torpaqların qanunsuz zəbt edilməsinin yolverilməziyini önə çəkib.
Mühüm məqamlardan biri də məhz bu məqamdır: “İdarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır. Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar bunu görürlər... Qanunsuz işlərlə məşğul olmaq istəyənlər cəzalandırılacaq. Kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik. Torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır... Görülən və görüləcək bütün işlər elə aparılmalıdır ki, ekologiyaya ziyan dəyməsin. Hər qarış torpaq qiymətlidir, dəyərlidir və torpaqdan insanlar istifadə etməlidirlər. Fermerlər, kəndlilər məhsul yetişdirmək üçün istifadə etməlidirlər. Biz ölkəmizin ekoloji sistemini qorumalıyıq...Hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq. Dövlətin siyasəti bundan ibarətdir...”

Prezidentin çıxışını şərh edən Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ölkə Prezidentinin aparmış olduğu islahatlar içərisində idarəçilik sisteminin təkmilləşməsi və müasirləşməsi, şəffaflaşması xüsusi yer tutur: “Cənab İlham Əliyev 2018-ci ildə yenidən prezident seçildikdən sonra aparmış olduğu islahatlarda bu xətt daim önə çəkilib. Bu istiqamətdə ardıcıl və sistemli şəkildə addımlar atılır. Digər tərəfdən, tez-tez bu cür ciddi xəbərdarlıqlar da edilir. Vəzifələrə yeni təyinat alanlara xüsusi tapşırıqlar verilir, onların dövlətə və xalqa şərəflə xidmət etmələri ciddi tələb kimi qarşılarına qoyulur. Rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizənin mahiyyətini nəzərə almayan, tamahkarlığının girovuna çevrilərək bu cinayətlərə yol verənlər qanun qarşısında cavab verməli olurlar. Onlara da hər hansı bir güzəşt yoxdur. Dövlət başçısı son olaraq, üç rayona icra başçısı təyin edərkən söyləmiş olduğu fikirlər xüsusilə ciddi faktlar üzərində quruldu. Nəinki yeni təyinat alanlar, icra strukturlarında işləyən hər bir məmur bu sərt mövqedən və qətiyyətdən hökmən nəticə çıxarmalıdırlar. Onlar nəhayətdə başa düşməlidirlər ki, bu deyilən sözlər, sadəcə olaraq, xəbərdarlıq deyil, bunun arxasında cənab Prezidentin dəmir iradəsi və qətiyyəti dayanır. Kimsəyə güzəşt olmayacaq. Bilmirəm, başqa postsovet məkanında bu təyinatlar olarkən bu cür sərt tənqidlər, ciddi və açıq mesajlar verilir ya yox. Amma düşünürəm ki, burada ölkə başçısı xalqı ilə çox açıq münasibətlərini ortaya qoyur. Məmurlara xəbərdarlıq etməklə, qanunsuz əməllərə yol verənlərə qarşı mübarizənin stimullaşdırılmasına yol açır. Bununla ictimaiyyəti də proseslərə cəlb edir. Bu da proseslərə öz ciddi töhfəsini verməyə bilməz”.

Deputat dövlət başçısının rayonlardakı “kiçik padşahlar” barədə dediklərinə də toxundu: “Prezidentin bu açıqlamalarından sonra Beyləqanın icra başçısının saxlanıldığı barədə mətbuatda məlumatlar getdi. Artıq onun haqqında da araşdırma aparıldığına dair xəbərlər var. Düşünürəm ki, cənab Prezidentin tapşırığı ilə Dövlət Təhlükəsizlik Xidməti bütün istiqamətlərdə fəaliyyət qurub. Bir sözlə, proseslər təhlükəsizlik orqanımızın nəzarətindədir. İcra strukturlarına təyinatdan sonra müvafiq qurumlar qanunvericiliyimizin vermiş olduğu səlahiyyət çərçivəsində onların fəaliyyətini izləməyə borcludurlar. Təbii ki, bu izləmə tənqid deyil, onların fəaliyyətlərinə mane olmaq anlamına gəlməməlidir. Sadəcə, ölkə başçısının vermiş olduğu mesajlardan nəticə çıxarmalıdırlar. Əgər nəticə çıxarmasalar, bəllidir ki, onların sonrakı taleyi dəmir barmaqlıqlar arxasında keçəcək. Kimliyindən, dünən hansı xidmətləri göstərməsindən asılı olmayaraq, onlar Azərbaycan qanunları çərçivəsində fəaliyyət göstərdiklərini bir an belə unutmamalıdırlar. Ölkəmizin uğur qazanmasının əsas başlıca səbəblərindən biri rüşvətxorluq və korrupsiyanın kökünün kəsilməsidir. Daxili siyasət güclü olarsa, bunun davamı olaraq, xarici siyasət də güclü olur. Bir məsələni də deyim. Son vaxtlar icra başçılarının təyinatı daha fərqlidir. Müasir insanlarla bərabər onların əksəriyyəti müstəqillik dövründə yetişən, formalaşan və deyərdim ki, kifayət qədər iş təcrübəsi olan insanlardır. Bu amil də çox vacibdir. Çünki onlar xalqla işləyirlər. Deyilənlərdən nəticə çıxarmayan hər bir məmur digərinin taleyini mütləq yaşayacaq. Burada heç kimə güzəşt yoxdur. Cənab Prezidentin qətiyyətini bütün dünya etiraf edir. 44 günlük müharibədə bu özünü açıq şəkildə göstərdi”.
Partiya sədri Ali Baş Komandanın şəhid ailələri ilə bağlı dediklərindən də söz açdı: “Cənab Prezident Vətən Müharibəsindən başlayaraq, bu günə qədər hər zaman böyük qəhrəmanılıq göstərən, şəhid olan övladlarımızın ailələrinə, eyni zamanda qazilərimizə, Vətən müharibəsi iştirakçılarına son dərəcə böyük diqqət və qayğı göstərir. Ölkə başçısının bu diqqət və qayğısı I vitse-prezident, hörmətli Mehriban xanım Əliyeva tərəfindən da eyni şəkildə sərgilənib. Son olaraq, cənab Prezidentin şəhid ailələri və qazilərlə bağlı söyləmiş olduğu fikirlər onun əvvəllər demiş olduğu fikirlərin davamı kimi qəbul olunmalıdır. Bu bir daha göstərdi ki, dövlət başçısının şəhid ailələri və qazilərə diqqət və qayğısı onun fəaliyyətinin prioritet sahələrindən biridir. Dünya miqyasında hər bir dövlətə, prezidentə nümunə ola biləcək diqqət və qayğıdan burada söhbət gedir. Amma təəssüflər olsun ki, hansısa səbəbdən bir sıra hallarda şəhid ailələri və qazilərə bəzi məmurlar tərəfindən diqqət və qayğı istənilən səviyyədə göstərilmir. Bu da xoşagəlməyən vəziyyəti ortaya qoyur. Nəticədə özünəqəsd hallarına da rast gəlirik. Təbii ki, buna qətiyyən haqq qazandırmıram. Elə etmək lazımdır ki, bu hallar baş verməsin. Unutmaq olmaz ki, həmin qazilər 44 günlük savaşdan çıxıblar. Onlarda təkcə fiziki deyil, həm də psixoloji problemlər var. Haqlı olsun, yaxud haqsız, bu insanlarla o dərəcədə həssas davranmaq lazımdır ki, o, bu və ya digər dərəcədə incik düşməsin. Ola bilər ki, haradasa tələblər daha yüksək səviyyədədir, daha çoxdur. O da ola bilər ki, qoyulan tələblər, istəklər o məmurların səlahiyyətləri çərçivəsində deyil. Lakin bunu həll edə bilmirsənsə, səlahiyyətin çatmırsa, onunla elə söhbət etməlisən ki, aralananda sənin timsalında dövlətdən narazı qalmasın. Bunlar təbii ki, keçici proseslərdir. O ağır günlərdə öz övladlarını itirən valideynlər var ki, hələ də o itkinin ağır təsiri altındadırlar. Onları anlamaq lazımdır. Məmur olaraq onların ayaqlarına getmək borcundur. İmkan tapıb vaxtaşırı şəhid ailələrini ziyarət etmək lazımdır. Qazilərlə görüşmək, onları dinləmək mütləqdir. Vətən müharibəsinin iştirakçıları ilə görüşmək lazımdır. Onların iş problemlərini həll etmək üçün yollar axtarılmalıdır. Onlara diqqət göstərmək hər bir vətəndaşın borcudur. Onların qanı hesabına torpaqlar müqəddəsləşdi, azad olundu və vətənə qovuşdu, qürur və ləyaqətimiz özümüzə qayıtdı. Bunu zərrə qədər unutmaq olmaz”.

Müsahibimiz sonda İ.Əliyevin sahibkarlarla, eləcə də qanunsuz torpaq zəbt edənlərlə bağlı söylədiklərinin mühüm əhəmiyyət kəsb etdiyini dedi: “Ölkə başçısının bu dedikləri onun siyasətinin əsasını və mahiyyətini təşkil edir. Qanunsuzluqlara qarşı cənab Prezident hər zaman qətiyyətli mövqeyini ortaya qoyub. Uzun müddət gedən müzakirələrdə Xəzər dənizinin qanunsuz şəkildə hasarlanması ilə bağlı narazılıqlar ortada olub. Biz də dəfələrlə ölkə başçısının bu fikirlərinə dəstək vermişik. Xəzər dənizinin xalqımızın milli sərvəti olduğunu daim önə çəkərək, qanunsuz olaraq insanların üzünə bağlandığını qəbuledilməz hesab etmişik. Nəhayət, cənab Prezidentin Buzovna ilə bağlı verdiyi tapşırıqlar hər kəsə ciddi mesajdır. Heç kəsə ixtiyar verilməyib ki, Xəzər dənizini başdan-başa hasarlasın, onu kilometrlərlə mənimsəsin, divarların hündürlüyünü az qala Çin səddi səviyyəsinə qaldırsın və insanlarımızın Xəzər sahilində dincəlməsinə mane olsun. Ümidvaram ki, bununla bağlı Azərbaycanın müvafiq qurumları müvafiq addımlarını atacaq. Buna əminik. Torpaqların zəbt edilməsi də elə bunun tərkibindədir. Bütün bunlarla bağlı düşünürəm ki, cənab Prezidentin yeni yanaşması var. Qarşıdan gələn zaman kəsiyində müvafiq qurumların cənab Prezidentin tapşırıqlarına uyğun şəkildə sərt və qətiyyətli addımlar atmasının şahidi olacağıq”.





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03