Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Fəzail Ağamalıdan ölümlə hədələnən İsrail səfirinə dəstək: "Yanında olmalıyıq" 

2022-07-25 17:31:46 333 baxış
Xəbər şəkil

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə İsrail səfiri Corc Dik Azərbaycanın tarixi şəhəri Təbrizin tarixindən, incəsənətindən bəhs edən "Təbrizin sehrli nağılları" kitabı ilə bağlı paylaşım edib.

İsrailli diplomat tvitterdə "Bu yaxınlarda mənə ərmağan edilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bu günlərdə nə oxuyursunuz?",- deyə kitab haqqında düşüncələrini qeyd edib. Onun bu paylaşımı birmənalı qəbul edilməyib. Belə ki, sosial şəbəkə istifadəçiləri israilli diplomatın sözügedən paylaşımını İranla Azərbaycan arasında münasibətin gərginləşdirilməsinə hesablanmış addım olduğunu deyib, bununla bağlı çoxsaylı paylaşım ediblər. Qeyd edək ki, "Təbrizin sehrli nağılları" kitabında dünya incəsənəti tarixində özünəməxsus yer tutan, Orta və Yaxın Şərq xalqları incəsənətinin maraqlı və zəngin bir hissəsi olan Azərbaycan miniatür sənətindən bəhs edilir. "Təbrizin sehrli nağılları" kitabının təqdimat mərasimi 2014- cü ildə keçirilib. Kitab Mədəniyyət və Turizm Nazirliyi, BP Azərbaycan və "Paşa Həyat Sığorta" ASC-nin dəstəyi ilə nəfis tərtibatla "İrs" Nəşriyyat Evində çap edilib. Nəşr sənətşünaslıq doktoru Cəmilə Həsənzadənin tədqiqatları əsasında hazırlanıb. Cəmilə Həsənzadənin müəllifi olduğu əsər 2019-cu ildə Roma Papası Fransiskə hədiyyə edilib. Kitab həmçinin dünya liderlərinin əksəriyyətinin diqqətini cəlb edib. Artıq dünyanının tanınmış liderləri bu kitabla maraqlanır, paylaşım edirlər. Kitabın məhz bu tərəfi sosial şəbəkə izləyiciləri arasında müzakirə predmetinə çevrilib. 

Həmçinin, İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi bir neçə gün öncə İsrailin Azərbaycandakı səfiri Corc Diki ölümlə hədələyib. Seyid Abbas Musəvi öz hesabında Corc Dikin paylaşımına “Bu macəraçı oğlancığazın məlumatı üçün: Bizim əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək. Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!”,- deyə cavab verib. 
Mövzu ilə bağlı Cebhe.info-ya Milli Məclisin deputatı Fəzail Ağamalı danışıb. Deputat Azərbaycan vətəndaşlarını Corc Dikə dəstək olmağa çağırıb:
"Biz İsrail səfirinin yanında olmalıyıq. Birinci, hamı bilsin ki, Təbrizin sehrli nağılları çox vacib kitabdır. Kitabda siyasiləşmiş nəsə yoxdur. Nahaq yerə kitaba "siyasi" adı qoyurlar. Burada Azərbaycanın tarixi var. Bilməyənlərin də təəssüratı olsun ki, belə bir kitab, mədəniyyət var. Əgər azərbaycanlı diplomat paylaşımın İranla Azərbaycan arasından gərginlik yaratmağa hesablandığını desəydi, bəlkə də bundan nəticə çıxarmaq olardı. Fikir bildirən Azərbaycan vətəndaşı deyil, İsrailin diplomatıdır". 
Deputat bildirib ki, İsrail səfirinin dediklərinə belə don geyindirmək İranın mövqeyini müdafiə etmək deməkdir:
"Əslində məsələnin aktuallığına kölgə salmaq və qəsdən, düşünülmüş şəkildə başqa istiqamətə yönəldilməsi deməkdir. Yazımın altıdakı şərhlərə baxıram, görürəm ki, dindarlar məsələyə tamam başqa cür yanaşırlar. Onlar buna deyilən kimi yanaşırlarsa, bu, İranın möveyi deməkdir. Həmin insanlar İranın təsiri altındadır. Kitab Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlıdırsa və bunu İsrail səfiri gündəliyə gətirirsə, vətəndaşlarımız məsələyə bu cür yanaşmasınlar. Sadəcə olaraq, həmin əsəri önə çəksinlər, Təbrizi, Ərdəbili, Xoyu unutmayaq. Bu cür hadisələrə həssas yanaşaq. Düşünürəm ki, əgər İsralin Azəbayandakın səfiri mədəniyyətimizə, tariximizə yaxşı münasibət bəsləyib, bunu dilə gətirirsə, ona ancaq təşəkkür etmək lazımdır. O, buna görə qınaq obyektinə, hədəfinə çevrilməli deyil".

Milli Məclisin Deputatı Ana Vətən Partiyasının Sədri Fəzail Ağamalı.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03