Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Tanrının yaratdığı,ən gözəl əsər- Qadın!..

2022-07-19 17:42:07 2718 baxış
Xəbər şəkil

 

Bugün səhəri dəhşətli bir xəbər ilə acdıq...

 

Bakının Yasamal rayonunda Abbasova Aytən Maarif qızı iki azyaşlı övladı, 2018-ci il təvəllüdlü Abbasova Sofiya Suslan qızı və 2019-cu il təvəllüdlü Abbasova Sara Suslan qızı ilə birgə binanın beşinci mərtəbəsindən özünü atıb.
Qeyd edək ki, hadisə nəticəsində 3 yaşlı Sara Abbasova ölüb. Ana və onun 4 yaşlı övladı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

                                  ***

Həyat - bizə lazım olan hər şeyin toplusudur bəzən. Əlimizi atıb "hop" deyə götürürük, bir uduma içirik və... Və bitdi! Son! Adı da qəşəng alınır: "Yaşamaq..." 
.
Hansımız ölüm haqqında sakit düşünə bilirik ki?

İnsan dünyaya ilk gözünü açdığı dəqiqədən etibarən özünü tapmağa, onunla təmasda olanlardan özünü hər cür qorumağa, öz mənliyini təsdiq etməyə çalışır. Amma çox təəssüf ki, hələ də dünyada və elə yaşadığımız cəmiyyətdə də azadlığı əlindən alınaraq hüquqları  pozulan, bəzən bu və digər səbəblərdən zorakılığa məruz qalan, evdə əşya hesab edilən qadınlar vardır. Azadlığı yolunda basqılara məruz qalan, öldürülən, şikəst edilən  ən sonunda intihar edən qadınlar da az deyil. 

Tez-tez belə bir cəmiyyət xəyal edirəm: qadınlarının yad nəzərlər altında əzilmədiyi, şux davrandığı, küçələrdə ürəkdən qəhqəhə çəkə bildiyi, ya şəhərin düz mərkəzində, ya da hansısa kənddə körpəsini qucağına alıb sümüyünə düşən bir musiqinin havasına rəqs etdiyi bir cəmiyyət. Qadının azad quş kimi heç bir bədniyyət, heç bir məkrli baxış olmadan, olsa da, başını dik tutub yaşadığı həyatın büsbütün ona aid olduğunu qavrayaraq əzilmədən, sınmadan, əyilmədən, rahat nəfəs ala biləcəyi cəmiyyət. İndi belə bir qadının qucağında böyüyən uşağı düşünün... Dünyada bundan gözəl, bundan utopik cəmiyyət ola bilərmi?

Elə ki, bu fikrin sehrindən çıxıb başını yana çevirirsən, görürsən ki, pisliklər yan-yana düzülüb üzünə irişir.Biz mühafizəkar cəmiyyətin illərdən bəri miras qalan (özü də qara miras) standart qəliblərinin məhsullarıyıq. Yaşlılarımız buna dədə-babalarımızdan qalan adət-ənənə deyirlər. Bunları qəlib adlandırmaq onları qəzəbləndirir. Nəsillər arasındakı uçurum belə yaranmağa başlayır.Hər dəfə qadın intiharlarının təfərrüatları araşdıranda onların ölümü səbəb olan insanın nə qədər pis, vəhşi, mərhəmətsiz, şüursuz ola biləcəyinin fərqinə varırsan. O an canını vahimə bürüyür.
Səhərimizi bizə dəhşətlə açdıran Aytənin intihar törədənə qədər onun  necə bir cəhənnəm həyatı yaşatdığını təxmin etmək elə də çətin deyil. Şiddət göstərən, mütəmadi dava salan, heyvanlara zərər verən, uşaqları döyən, qadınları qanına qəltan edən, ağacları kəsən, rüşvət alan, başqasını aşağılayan, alçaldan, sosial şəbəkədə ona-buna ağzına gələni yazan, fərqli olana nifrət edən, irqçilik, bütün buna bənzər hallara haqq verənlərlə eyni cəmiyyəti paylaşdığımızı düşünsək, "Aytən niyə bu yola əl atdı" sualına cavabda hazırdır demək...
Buna sadizm də demək olar. Sadizmin kökündə isə sadəcə başqalarına acı vermək deyil, həm də digərinin üzərində iqtidar qurmaq, onun "Tanrısı" olmaq, onunla istədiyi kimi oynamaq, yönləndirmək dayanır. İnsanın içindəki pisliyi qidalandıran daxildə bəslədiyi şiddətdir. Hər keçən gün "insanlığın üz qarası" deyiləcək şəxslərin dəhşətli hadisələrə səbəb olmasından, xəbər tutmaq ağırdır.
 Birdə özümü düşünürəm...
Dönüb geriyə baxanda gənc yaşlarımdan  bəzi həyat şərtlərimlə özümü məcbur hesab etdiyim insanlarla mübarizə aparmağa sərf etdiyim enerjiylə, buna görə itirdiyim vaxtla əslində nə qədər xəyalımı reallaşdıra biləcəyimi fikirləşirəm hərdən. Fərqliliyin əxlaqsızlıq olmadığını, özümü daşla yox, qanun-qaydayla, ağılla-kamalla qoruya bildiyimi, bu həyatın mənim olduğunu, onların bir çıxıntısı yox, azad fərd olduğumu, gülüşümün hesabatını onlara vermək məcburiyyətində olmadığımı, hansı sənəti seçəcəyimə, kiminlə evlənəcəyimə yalnız özümün qərar verə biləcəyimi, başqa bir ölkəyə yanımda kişi olmadan çıxmaq kimi bir hüququm olduğunu cəmiyyətə izah etməyə çalışmaq, hər addımımda aldığım hər nəfəsin hesabatını vermək kimidir bu. Buna görə mən, bu ölkədə intihar edən hər qadınla birlikdə intihar edirəm, əslində. İçimdə bir qadın ölür. Hamısı da məndir sanki. Hamısına gözlərim dolur, hamısına əsəbləşirəm. Çünki hər dəfə mən bu həyatı, bu qəlibləri istəmirəm, mən bunu yaşamaq istəmirəm deyib, həyatıma son verməyi düşünəndə, bir tərəfim o tərəfimə qalib gəlib.İntihar etməyi düşünürsənsə, deməli, başqa da hər şeyi gözə ala bilərsən.Məgər o boyda dəryadan, o boyda mübarizə içindən qoca dənizçini sağ-salamat sahilə çatdırmaq asan işdir ki? Bunu o adam edə bilərdi ki, içindəki mübarizə və yaşam hissi, əzmkarlığı həmin o dəryadan da böyük olsun, o nəhəng balıqdan da. Amma ölkəmizdə hələ də, hər il onlarla Aytənlər intihar edir. Bəlkə də, güclü ola bilmədikləri üçün, bəlkə də təsadüfdən...
Bəlkə də, iki körpə övladı ilə sıradan bir səhər açmışdı intihar edən gün Aytən.Onun iki övlad dünyaya gətirdiyini yaşamaq normal aile olmaq üçün çaba, həyata tutunmaq kimi ştrix olmasına rast gəlsək də, Aytən özü özünə, öz iradəsizliyinə yenilib övladları ilə bərabər intihar etdi. Amma məncə, onun intiharına "iradəsizlik" damğasını vurmaq heç də ədalətli deyil. Çünki o, normal bir ailəyə bütün yaşam əzmini obrazlarına xərclədi, onları inandırdı, həyata bağladı, "ata", "nənə"," baba", "bibi","əmi" adı qazandırdı. Gücünün tükəndiyini gördükdə isə bütün adlardan onları məhrum edib övladları ilə bərabər intihar etdi. Bilirdi ki, artıq yeni yaranacaq həyat adına, həyata tutunma adına verəcək heç nəyi qalmamışdı.Aytən tükənmişdi. Onun bütün ümidlırini özü bildiyi səbəblər və insanlar tükətmişdilər, bütün gücünü sovurmuş, ümidini öldürmüşdülər.Unutmayaq, ümid insanı tənəffüs cihazına bağlayan borudur. Həmin borunun zədələnməsi, deşilməsi, kəsilməsi isə insanın sonudur.
Amma öz haqqlarını, hüquqlarını bilmədikləri, özlərinə güvənmədikləri, mental olaraq başqalarının təsiri altında qaldıqları, öz dəyərlərini başqalarının gözündən ölçdükləri, başlarına gələn hadisə hər nə olubsa, onu mühakimə etmədən dinləyəcək, anlayacaq, yardım edəcək valideynləri olmadığı üçün Aytənin öldüyündən əminəm. Başqa da yazmadığım, amma hamımızın çox gözəl bildiyi bir çox səbəblərdən dolayı. Bir qadının ağıllı bir şəkildə azad olması üçün elmə və valideyn sevgisinə ehtiyacı var. Bu ölkənin bütün qadınları yaralıdır. Hamısının da yaraları bir-birinə bənzəyir. Mən o yaraları hiss edirəm - bəzilərini gözlərindən, bəzilərini isterik davranışlarından, bəzilərini uşağını vəhşicəsinə döyməyindən, bəzilərini nataraz, əxlaqsız tutumlarından, bəzilərini də özlərini asdıqları kəndirin boyunlarında, hündür mərtəbəli binanın pəncərəsindən buraxdığı izdən...

Yaralı qadın sağlam uşaq böyüdə bilməz. Boyunduruq altında, təzyiq altında olan, gülüşünə belə senzura qoyulan qadın, savadsız, mütaliəsiz qadın, təhlil etmə qabiliyyəti korlaşdırılmış qadın, azad seçim etməkdən məhrum buraxılmış qadın həmişə hüznlü olur. Torpağa gömülmüş kimi içində basdırılmış bu qədər arzu-istək adətən qəzəblə, anlaşılmaz isterikayla əvəzlənir. Özünü açıq şəkildə ifadə edə bilmədiyi üçün hiyləgərliklə, dolanbaclı, atmacalı ifadələrlə müşahidə olunur. İndi düşünün - bu qadınların bətnində, sonra da qucağında böyüyən körpələrin taleyini düşünün...

Bu intihar xəbərini eşidən kimi ürək yanğısı ilə 
yazdığım bu məqalədə tək məqsəd bu cəmiyyətdə bir qadının necə intihar həddinə gəldiyi, intihardan əvvəl illərlə nələrə məruz qaldığını, bu qədər insanın içində necə yalnız, çarəsiz olduğunu bir zərrə hiss etdirməkdir. 

Ümid edirəm, hiss etdiz..

Qadınam, qadın, ana..
Hər dərdə sipər qadın!..
…Tanrının yaratdığı,
ən gözəl əsər-
Qadın!..

Çox heyif!..

Aygül Bağırova





Oxşar xəbərlər


Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
2026-11-02
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
2026-11-02
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib
2026-11-01