Azərbaycan Qarabağı və Zəngəzuru yenidən qurur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə iyulun 15-də 2022-ci ilin altı ayının yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə çıxış edən Prezident İlham Əliyev, bu gün ilin altı ayının yekunlarını müzakirə edəcəklərini, görüləcək işlər haqqında danışacaqlarını söyləyərək, ilin altı ayında ölkəmizin uğurla inkişaf etdiyini, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələrin icra edildiyini bildirdi. İlin altı ayının yekunları göstərdi ki, Azərbaycan həm xarici siyasətdə önəmli addımlar atmış, həm hərbi sahədə islahatlar aparmış, həm də ölkəmiz iqtisadi müstəqillik əldə edərək beynəlxalq nüfuzunu artırmışdır. Azərbaycanın apardığı uğurlu xarici siyasətinə misal olaraq Qoşulmama Hərakatındakı uğurla sədrlik etməsini, COVİD- lə bağlı 80-dən çox ölkəyə göstərilən humanitar yardımları, İslam Əməkdaşlıq Təşkilatı ilə, Avropa İttifaqı ilə, Türk Dövlətləri Təşkilatı ilə fəal əməkdaşlığı göstərmək olar. Preziden İlham Əliyev çıxışında bu ilin altı ayında Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılmasına baxmayaraq, hələlik real nəticələr olmadığını, Ermənistanın hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyini söyləyərək, delimitasiya üzrə işçi qrupların birinci görüşü keçirildiyini, bu da ölkəmizin təşəbbüsü ilə baş verdiyini, Azərbaycan sərhədlərin delimitasiyası ilə bağlı addımların tezliklə atılmasına çalışıldığını, Ermənistan tərəfi buna o qədər də meyilli olmadığını, birinci görüşün keçirildiyini, bu görüşün daha çox tanışlıq xarakteri daşıdığını, gələn ay ikinci görüşün keçirilməsi nəzərdə tutulduğunu, ikinci görüşün artıq praktik məsələlərin müzakirəsinə həsr olunacağını, bu formatda olan əməkdaşlıqdan hələ ki, tez nəticə gözləmədiyimizi, delimitasiyanın uzun bir proses olduğunu, amma hər halda bu prosesin başladığını bildirdi.
Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında həyata keçirdiyi cinayətlər və onların miqyası heyrət doğurmaya bilmir. Düşmən xalqımızın mədəniyyətinə, irsinə, respublikamızın təbiətinə qarşı tarixdə görünməmiş vandallıq törədib. Bütün bunlar sivil dünyamızda ermənilərin timsalında barbarlığın şüuruna hakim kəsildiyi bir toplumun hələ də qaldığını göstərir. Vətən müharibəsinin başa çatmasından ötən qısa müddətdə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri bütün məziyyətləri ilə yanaşı, dövlətimizin gücünün təsdiqidr. Qısa müddətdə nəhəng infrastruktur layihələrinin icrasının başa çatdırılması torpaqlarımızın xilaskarı Prezident İlham Əliyevin böyük siyasi iradəsinin təcəssümüdür. 2021-ci il həm növbəti möhtəşəm layihələrin təməlinin qoyulması, həm də icra edilən layihələrin başa çatdırılması ilə əlamətdar oldu. Güləbird Su-Elektrik Stansiyasının, 7 yarımtsansiyanın, Suqovuşan və Talışa gedən yolların istifadəyə verilməsi, Şuşanın su və elektrik təchizatının təmin edilməsi, Bülbülün ev-muzeyinin, Molla Pənah Vaqifin məqbərəsinin, o cümlədən büstünün, Üzeyir bəy Hacıbəylinin heykəlinin, Xarıbülbül və Qarabağ hotellərinin açılışı göstərdi ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası həm də kompleks xarakter daşıyır. Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanı kimi nəhəng və möhtəşəm layihələrin tam başa çatdırılması isə müharibədən yeni çıxmış dövlətimizin gücünü bir daha bütün dünyaya nümayiş etdirdi. Qısa dövrdə bu cür iri infrastrukturların yaradılması haqlı olaraq bütün dünyada heyrət və maraq doğurur. Bütün bu layihələr dövlətimizin öz maddi imkanları ilə həyata vəsiqə almışdır. Hazırda Qarabağ və Şərqi Zəngəzurda çoxsaylı layihələrin icrası davam edir. Ötən il Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza səfərləri zamanı Ağdam, Füzuli şəhərlərinin baş planları təsdiq olunaraq təməlləri qoyulub. Eyni zamanda Şuşada birinci məhəllənin, Ağdam şəhərində ilk yaşayış binasının və 1 saylı məktəbin, Ağdam Sənaye Parkının, Laçın Beynəlxalq Hava Limanının, Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, mərkəzi xəstəxananın, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, ilk çoxmənzilli yaşayış məhəlləsinin, memorial kompleksin, Füzulidə çoxmənzilli yaşayış məhəlləsinin, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin, Dövlətyarlı kəndində “Ağıllı kənd”in, Zəngilan rayonunda “Ağıllı kənd”in, Beynəlxalq Hava Limanının, Rəqəmsal Yarımstansiyanın, “Dost Aqropark”ın təməli qoyulub. Şuşada Radio-Televiziya Yayım Stansiyasının, mərkəzi xəstəxananın təməlqoyma mərasimində iştirak edib. Bütün bunlarla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad edilmiş bütün əraziləri əhatə edən yol şəbəkəsi qurulur. Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Hadrut, Hadrut-Cəbrayıl-Şükürbəyli, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Bərdə-Ağdam, Toğanalı-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın, Xudafərin-Qubadlı, Laçın, Qubadlı-Eyvazlı, Füzuli-Ağdam yolları ən müasir standartlar səviyyəsində inşa olunur. Bu layihələr üzrə avtomobil yollarının uzunluğu 700 km-dən artıq olacaq. Bu yolların bir qismi ən mürəkkəb relyef şəraitində inşa olunur. Görülən işlər, həyata keçirilən tədbirlər bir daha deməyə əsas verir ki, bu məqsədlə qəbul olunmuş proqramın uğurla icra olunması sayəsində quruculuq-bərpa işləri tezliklə başa çatacaq, insanlarımız yurd həsrətinə son qoyaraq öz doğma torpaqlarında firavan yaşayacaqlar. Qarabağ və Şərqi Zəngəzur həm də enerji, xüsusilə bərpa olunan enerji potensialı ilə töhfə verməkdədir. Artıq ötən il azad edilmiş ərazilərdə 9 elektrik yarımstansiyası inşa edilib, eyni zamanda alternativ enerji mənbələrindən səmərəli istifadə üçün praktik addımlar atılır. Bərpa prosesi həm də iş yerləri, kənd təsərrüfatı və sənaye parklarının qurulmasını əhatə edir. Bir sözlə, Azərbaycan postmünaqişə dövründə qarşıya qoyduğu vəzifələri plan üzrə yerinə yetirir. Əldə olunan uğurlar həm də layihələrin vaxtında icra olunmasının vacibliyini bir daha ön plana çıxarır.
YAP Salyan rayon Təşkilatının fəal gənci Cavid Ağayev