Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Bakı-Brüssel əməkdaşlığı Azərbaycana nə vəd edir? - Açıqlama

2022-07-18 21:22:45 53 baxış
Xəbər şəkil

“44 günlük müharibə nəticəsində Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqlar bir daha sübut edir ki, bu təkcə bölgə ölkələrinin deyil, eyni zamanda digər bölgələrin, xüsusən də Avropanın maraqlarına xidmət edir. Məhz ona görə də Qərb Azərbaycanın yaratdığı reallığı qəbul edib, onun şərtlərinə uyğun addım atırlar. Son vaxtlarda Avropa İttifaqı ilə (Aİ) Azərbaycan arasında yaranan əməkdaşlıq əlaqələrinin daha aktiv fazaya keçməsi, bunun bariz göstəricisidir. Baxmayaraq ki, Aİ ilə Azərbaycan arasında uzun illərdir sıx əməkdaşlıq edir. Təsadüfən deyil ki, Qərb hər zaman Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayan bir dövlət hesab edib. Amma son vaxtlardakə əməkdaşlıq əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir”.

Bunu “Ölkə.Az”a açıalamasında deputat İltizam Yusifov deyib.

Onun sözlərinə görə, Aİ son vaxtlarda təkcə iqtisadi və enerji sahəsində deyil, o cümlədən bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunmasında da aktiv rola oynamağa başlayıb.

“Aİ-nin Ermənistan-Azərbaycan münaqişəsinin həllində göstərdiyi səylər bunu deməyə əsas verir. Bununla paralel olaraq Aİ Azərbaycanla logistika və enerji, xüsusən də qaz sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində də ciddi səylər göstərir. Aİ eyni zamanda qərblə şərqi biləşdirən “Orta dəhliz”in və həmin dəhlizin tərkib hissəsi olan “Zəngəzur dəhlizi”nin reallaşmasına öz töhfəsini verməyə çalışır”, - o qeyd edib. 

Deputat bildirib ki, Aİ hazırda daha çox Azərbaycan qazının Avropaya ixracına nail olmaq istəyir və bu istiqamətdə də ciddi işlər gedir: “Bu məsələni daha geniş formada müzakirə etmək üçün    Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı xanım Kadri Simson Azərbaycana səfər edəcək. Baş tutacaq səfər zamanı Avropa İttifaqı və Azərbaycan Aİ-yə, xüsusilə də Cənub-Şərqi Avropaya təbii qaz tədarükünün şaxələndirilməsində Cənub Qaz Dəhlizinin rolunu yüksəltmək istiqamətində enerji sahəsində strateji tərəfdaşlığın möhkəmləndirilməsinə çalışılacaq. Cənab Prezident İlham Əliyev də ötən həftə ilin 6 ayına həsr olunmuş müşavirədə məsələyə toxunaraq qeyd edib ki, yeni saziş üzərində iş gedir və həmin sazişin böyük hissəsi razılaşdırılıb. Razılaşdırılmayan məsələlər də bu səfər zamanı müzakirə edilərək razılaşdırılacaq. Azərbaycan həm region, həm də Avropa ölkələri üçün etibarlı enerji təchizatçısı kimi rolunu davam etdirəcək. Strateji əhəmiyyətə malik olan Cənub Qaz Dəhlizi enerji böhranı zamanı Avropa istehlakçılarını fasiləsiz və sərfəli təbii qazla təmin edəcək.

Bundan hər iki tərəf qazanacaq. Bir yandan Aİ Azərbaycanda daha çox qaz almış olacaq, digər tərəfdən isə Azərbaycan iqtisadi cəhətdən qazanacaq.

Ölkə başçısının da dediyi kimi razılaşma əldə olunduqdan sonra yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında yeni enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq və Brüssellə Bakı arasında əməkdaşlıq daha yüksək səviyyəyə qaldıracaq”.

Deputat hesab edir ki, yeni sazişin imzalanması isə Aİ-Azərbaycan arasındakı əməkdaşlıq münasibətlərini təkcə keyfiyyət baxımından deyil, eyni zamanda Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun artıb, mövqeyinin möhkəmlənməsi, Avropanın, bölgənin təhlükəsizliyinin təmin olunması istiqamətindəki rolunu artırmış olacaq.

“Bu eyni zamanda Azərbaycan iqtisadiyyatının, maliyyəsinin və insanların rifah halının yaxşılaşmasına, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin tam həllinə və nəticə etibarı ilə sülh sazişinin imzalanmasına öz töhfəsini vermiş olacaq.

Bu, bir daha Azərbaycan Prezidentinin lider olduğunu, qlobal çağırışlara zamanında çevik reaksiya verib, öz ölkəsinin üzləşdiyi vəziyyətdən uğurla və uduşla çıxardığını sübut edir”, - o qeyd edib.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03